şənbə günü, 14 noyabr 2026
     

İçərişəhərlə bağlı şəbəkə kampaniyaçılığının hədəfi – Avroittifaqla sazişi və Qran-Prini qaralayanlar daha fəaldır, təsadüfmü…

Image


Bir neçə gündür hamı İçərişəhərdən yazır. Birdən-birə elə hay-küy qaldırıldı ki, insan heyrətlənməyə bilməz. Söhbət Azərbaycanın nadir tarixi abidə komplekslərini özündə birləşdirən İçərişəhər qoruğundakı qala divarlarının dağıdılmasından gedirdi. Hətta divarın sökülməsinə dair fotolar da paylaşılırdı. İnformasiya ilə işləyən adamlar bunun fərqinə vara bilir ki, bəzən bu tip məlumatlar insanların psixikasına tez təsir edir və sürətlə paylaşılır.

Artıq bənzər texnologiyalar dünyanın bir çox ölkəsində sınaqdan keçirilib və hətta dövlət çevrilişləri ilə belə nəticələnən hallar qeydə alınıb. Yəni adi bir təsirli mövzunu sürətlə yaymaqla müasir texnologiyaların köməkliyi ilə xalqı səfərbər etməyin mümkünlüyü tam təsdiq olunur və heç kim tərəfindən inkar edilmir. İlk olaraq bu kampaniyanın kimlər tərəfindən aparılıdığı diqqəti çəkdi. Hazırkı hakimiyyətə qarşı radikal müxalifətdə dayanan bu şəbəkənin canfəşanlığı şübhələr yaratmaya bilmirdi. Bu o şəbəkədir ki, hər zaman Azərbaycanla bağlı mühüm qərarların verilməsi gözlənilən zaman, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etdiyi dönəmlərdə antikampaniyaçılığa start verirlər. Bir-bir analiz etdikdə məlum olur ki, “ay aman, qoymayın, İçərişəhərin divarlarını söküb, yerində restoran tikirlər” kimi təbliğata start verib, reallığı əks etdirməyən fotoları paylaşanlar Azərbaycanın bu yaxınlarda Avropa İttifaqı ilə saziş imzalanmasına bütün vasitələrlə mane olmağa çalışan şəbəkədir. Məhz eyni adamlardır ki, hazırda paytaxtımızda start götürən “Formula-1” yarışlarını da qaralayırlar.

Bizim yanaşmamızdan heç də o nəticə çıxmasın ki, İçərişəhərdə aparılan hansısa qanunsuzluqlarla bağlı tənqidi fikirlərin səslənməsinə qarşıyıq. Tarixi abidələrimizi qorumağa hamı borcludur. Son vaxtlar İçərişəhərin simasında edilən dəyişikliklərdə tənqidəlayiq aspektlər də az deyil. Ancaq qalanın divarlarını sökmək kimi cəsarətə sahib olan bir iş adamı ola bilməz. Çünki bütün dünyada nadir tarixi abidələrin restavrasiyasına vəsait xərcləyən Azərbaycan necə ola bilər ki, öz qədim tarixinin məhv edilməsinə göz yumsun? Axı bir kafenin gəliri nə qədər ola bilər ki, Azərbaycan hakimiyyəti onun müqabilində bu cür qınaqları üzərinə götürmüş olsun. Heç inandırıcı görünmür. Başqa bir versiya, hansısa məmurlara bağlı bir iş adamı bunu gizlin həyata keçirə bilərdimi? Bu da mümkün deyil, çünki İçərişəhərdə belə əməli gizli törətməyə heç kim qadir deyil. Bu yöndə kampaniyanın start götürdüyü tarixlə uzlaşan tədbirlər və kampaniyanın hansı şəbəkə tərəfindən aparılması burada siyasi çalarların mümkünlüyünü diqtə edir.

Bəli, hazırda İçərişəhərdə kafe-restoranlar, satış köşkləri, mağazalar, otellər fəaliyyət göstərirlər. Tələbat artdıqca, İçərişəhərdə iaşə obyeklərinə ehtiyac artır. Bunun üçün qoruq heç bir əsaslı tikinti aparmadan, yüngül konstruksiyalarla iaşə obyektlərinin sayını artırır, heç bir tarixi abidəyə zərər vurulmur. Bu normaldır. Bunu niyə müzakirə mövzusina çeviririk? Qoruq buna şərait yaratmaqla həm öz büdcəsinə xeyir verir, həm sahibkarlar bundan yararlanır, həm də İcərişəhər  insan axını hesabına öz aktuallığını saxlayır. Təbii ki, bu işlər də əndazəni aşmadan həyata keçirilməlidir ki, tarixi abidələrin görünüşünə xələl gəlməsin. Maraqlıdır ki, qoruğun rəhbərliyi ora mediatur da təşkil etdi. Gördükləri reallıqları yazan jurnalistlər məhz həmin şəbəkə tərəfindən satqın elan edildilər. Gəlin görək, qoruğun rəhbərliyi bu məsələ ilə bağlı nə deyir?

"Hazırda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir. Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etməyərək, sadəcə, qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə aparılan rekonstruksiya işlərindən ibarətdir".

Bunu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) aparat rəhbəri Riad Qasımov keçirilən mətbuat konfransında deyib. O bildirib ki, son illər Qız qalası, Şirvanşahlar sarayı kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri həyata keçirilib: "İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Qeyd etməliyik ki, həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib. Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırılması kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı,  İçərişəhərin, Qala divarlarının görünüşünə xələl gətirmir".

İdarənin rəsmi məlumatına görə, “Facebook”da yayılan həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işlərinin durduğu bildirilib. Qeyd olunub ki, həmin vaxt Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib. İçərişəhər DTMQİ fotoşəkillə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq, 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görmək mümkündür.

Bu açıqlama ilə yanaşı, İçərişəhər DTMQİ-nin mətbuat katibi Rahib Azəri jurnalistlərin iştirakı ilə dağıdıldığı iddia edilən qala divarının – bürcün yerləşdiyi ərazidə olub, videogörüntü paylaşıb. Videogörüntüdən də aydın olub ki, Qala divarlarının zədələnməsi ilə bağlı ittihamlar tam əsassızdır. Bəzi ərazilərdə Qala divarı boyunca quraşdırılan iaşə obyektlərinə gəlincə, bu tikililər əvvəllər də olub və sırf konstruksiyalardan ibarətdir. Həmin konstruksiya Qala divarlarından aralıda quraşdırılıb və məqsəd ondan ibarətdir ki, Qala divarlarına zərər vurulmasın. Bütün bunlar onu deməyə əsas verir ki, məlum şəbəkə Azərbaycanda medianın, internetin azadlığından, insanların tarixi abidələrə olan həssaslığından sui-istifadə edir, məqsədli şəkildə bugünkü reallıqla uzlaşmayan fotolar paylaşır, cəmiyyətdə gərginlik yaratmağa cəhd edir.

Artıq bunun məqsədli şəkildə aparılan təxribat olduğu qənaətində olanların sayı artır. Tanınmış QHT rəhbəri Sahib Məmmədovun sözlərinə görə, istənilən halda, mədəni-tarixi abidələr, arxitektura əhəmiyyətli binalar qorunub saxlanmalıdır və bunun əksi olduğu halda, ictimai qınağın özünü göstərməsi normal haldır: “10 il öncə çəkilən hansısa fotonu ortaya atıb süni ajiotaj yaratmaq qəbuledilməzdir. Elə məsələlər var ki, sivil dünya, ictimaiyyət ona münasibətdə çox həssaslıq nümayiş etdirir. Tarixi-memarlıq abidələrinə yanaşma da bu qəbildəndir. Düzdür, zamanla İçərişəhərdə qanunsuz əməllərə yol verilib. Lakin İçərişəhər qoruğu yaradıldıqdan sonra bunun qarşısı alınır, maksimum səviyyədə çalışırlar ki, hansısa pozuntulara yol verilməsin. Son günlər sosial şəbəkələrdə paylaşılan fotoya gəlincə, bunun üzərindən süni ajiotajın yaranması səbəblərindən biri də aidiyyəti qurumun ictimaiyyətə çox gec açıqlama verməsi, əsl həqiqətin nədən ibarət olmasını operativ dilə gətirməməsi oldu. Xatırlayıram ki, bundan əvvəlki illərdə də hansısa abidənin guya sökülməsi barədə süni ajiotaj yaradılmışdı. Bir müddət sonra Ermənistandakı və dünyadakı erməni mediası həmin materiallara istinad edərək Azərbaycan xalqını öz mədəniyyətinə, abidəsinə sahib çıxmayan xalq kimi təqdim edirdi. Bununla demək istəyirdilər ki, öz mədəniyyətinə hörmət etməyən azərbaycanlılar başqalarının da mədəniyyətinə hörmət etməyə qadir deyillər. Yəni erməni mediası həmin dezinformasiyalara istinad etməklə Azərbaycanı vandal bir ölkə kimi təqdim edirdi. Son günlər sosial şəbəkələrdə İçərişəhərin qala divarının guya uçurdulması ilə bağlı paylaşılan foto, həmçinin, sahibsiz itlərin guya hazırda da öldürülməsini əks etdirən fotolar da bir qədər əvvəl söylədiyim məqsədə xidmət edir”.

Bəli, belə faktlardan ermənilərin məharətlə istifadə etdiyinin bu gün də şahidi oluruq. Məsələn, dünya söhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin də mözvunu araşdırmadan İçərişəhərdəki vəziyyətlə bağlı səsləndirdiyi sərt tənqidi fikirlərə istinad edən erməni KİV-i bu gün bizi dünyaya vandal kimi təqdim edir. Hər halda, nüfuzlu şəxslər xüsusilə də məqsədi məkrli olan bu cür təbliğatların təsiri altına düşməməlidirlər.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ