şənbə günü, 14 noyabr 2026
     

Neftlə çirklənmiş əraziləri tam təmizləmək niyə mümkün olmur…

Image


Bəşəriyyətin inkişafının bütün dövrlərində ətraf mühit həmişə özünə qayğı tələb edir. Azərbaycanın Abşeron yarımadası 200 ilə yaxın tarixi olan neftçıxarma rayonudur. Mütərəqqi neftçıxarma texnologiyasının olmaması, ətraf mühitin mühafizəsinin ən sadə tələblərinə belə riayət edilməməsi yarımadada çoxlu neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələrinin yaranmasına səbəb olub.

Neft yataqlarının istismarı zamanı torpaqların münbit qatı dağıntıya məruz qalıb və bunun nəticəsində münbit məhsuldar torpaq sahələri bitki örtüyündən məhrum olub. Bu torpaqlar neftli tullantılarla həm eninə, həm də dərinliyə doğru müxtəlif dərəcədə çirkləniblər.

Qeyd edək ki, elm və texnikanın inkişafı isə ekosistemə çox mənfi təsir göstərir. Məlumat üçün bildirək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Prezident İlham Əliyev tərəfindən kompleks tədbirlər planı təsdiqlənib. Bu plan Bakı və Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsinə yönələn tədbirləri də nəzərdə tutur.

Neftlə çirklənmiş ərazilər təkcə Azərbaycanda deyil, Avropada, Orta Asiyada, ərəb ölkələrində var. Xarici ölkələrdə neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində müəyyən işlər görülür. Maraqlıdır, Azərbaycanda neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində vəziyyət necədir? Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Mirsalam Qənbərov: “Neftlə çirklənmiş ərazilərin bərpası istiqamətində müəyyən işlər görülür, ancaq hələ istədiyimiz səviyyədə hədəfə çatmamışıq”

Nazirliyin şöbə müdiri Mirsalam Qənbərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Abşeron yarımadasında uzun illərdir sənaye üsulü ilə neft çıxarılır: “Neft hasilatında, emalında, istər-istəməz, neft qalıqları, məhsulları formalaşır və onlar düzgün idarə olunmursa, ətraf əraziləri çirklənməyə məruz qoyur. Bu amil bizdə də olub. Bu gün də bəzi sahələrdə problemlər var. Ona görə də Abşeron yarımadasında kifayət qədər neft və neft məhsulları ilə çirklənmiş ərazilər qalıb. Əsasən Suraxanı, Balaxanı, Binəqədi, Bahar enerji, az miqdarda Bibiheybət Əmirov adına, Nəriman Nərimanov adına neft-qazçıxarma idarələrinə məxsus mədən əraziləridir”.

M.Qənbərov onu da vurğuladı ki, neftlə çirklənmiş ərazilərin bərpası istiqamətində müəyyən işlər görülür: “Bu sahə ilə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Ancaq hesab edirəm ki, həyata keçirilən işlər müəyyən qədər səmərəsiz olub. İstədiyimiz səviyyədə hədəfə çatmamışıq. Neft-qazçıxarma idarələrində köhnə texnologiyalardan istifadəetmə prinsipi bu məsələnin tam aradan qaldırılmamasına səbəb olub. Köhnə texnologiyaların hələ də istifadə olunması bu sahədə yaşanan problemlərin hələ də bitməməsinə səbəbdir. Mütərəqqi addımlar olarsa, neftlə çirklənmiş ərazilər qısa müddətdə bərpa olunar”.

Həmsöhbətimiz qeyd etdi ki, neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində indiyə qədər müəyyən işlər görülüb: “2018-ci ildə Suraxanı rayonunda neft şirkəti tərəfindən 18-19 mənbədən neftlə çirklənmiş şlamlar idarə olunan məntəqələrə yerləşdirilib. Beləliklə, neftlə çirklənmiş müəyyən ərazilər bərpa olundu”.

Neft məhsulları ilə çirklənmiş ərazilərdə yaşayış evlərinin olmasına gəlincə, həmsöhbətimiz bildirdi ki, bütün inkişaf etmiş ölkələrdə sənaye zonaları mövcuddur. Sənaye zonalarında hər hansı bir infrastrukturun, yaşayış sahələrinin salınması düzgün deyil: “Nəzərə almaq lazımdır ki, həmin ərazidə müəyyən dərəcədə zərərli maddələr formalaşır. Eyni zamanda, tullantılar yaranır. Neftlə çirklənmiş ərazilərdə yaşayış evlərinin olması o ərazidə yaşayan sakinlərin səhhətinə zərərdir. Həmin ərazilərdə yaşayış məskənlərinin olması həm təhlükəsizlik, həm də ekoloji baxımdan qəbuledilən deyil.Təəssüf ki, bu gün mədən ərazilərdə evlər hələ də tikilməkdə davam edir”.

  • Telman Zeynalov: “Neftli torpaqların təmizlənməsi prosesi o qədər də qənaətbəxş deyil”

Ekoloq Telman Zeynalov bizimlə söhbətində qeyd etdi ki, neft olan ərazilər radiaktiv hesab edilir. Həmin torpaqlarda radiasiya olur, ancaq orada yaşayan insanların orqanizmi buna öyrənir. Elə ərazilər var ki, orada neft uzun illərdir çıxarılır. Hətta 200 il neft çıxarılan ərazilər var. Suraxanı və Sabunçuda 160 ildən çoxdur neft çıxarılır. Bu amil, eyni zamanda, hazırda neft hasilatı və emalı müəssisələrinin bu ərazilərdə cəmlənməsi adıçəkilən rayonların ərazilərinin neftlə daha çox çirklənməsinə səbəb olub.

Onun sözlərinə görə, neftli torpaqların təmizlənməsi prosesi o qədər də qənaətbəxş deyil: "Bütün ölkələrdə neftli torpaqların təmizlənməsinin 100-ə yaxın texnoloji qaydası var. Tərkibində daha az neft olan torpaqların təmizlənməsi üçün azot gübrəsindən istifadə olunur. Ancaq torpağın tərkibindəki neft 4-5 metrdən daha çox nüfuz edibsə, bu zaman başqa texnologiyalardan istifadə etmək lazımdır. Bunun üçün də bizdə yetərli qədər imkan var. Ancaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmizlənmiş torpaqlarda əkilən ağacların müəyyən müddətdən sonra yerindən çıxarılıb yeniləri ilə əvəzləndiyini müşahidə edirik. Bu isə o deməkdir ki, bu sahədə görülən işlər öz faydasını verməyib".

Həmsöhbətimiz onu da vurğuladı ki, neftdən təmizlənmiş torpaqlarda yaşayış obyektlərinin tikilməsi doğru deyil: "Çünki həmin ərazilər radon qazı və digər zəhərli komponentlərlə zəngindir. Bütün bunlar həmin binalarda yaşayan insanların sağlamlıqlarına ciddi təhlükə mənbəyidir. Ona görə də təmizlənmiş ərazilərdə torpaqların münbitliyinin təmin olunması, eləcə də atmosferin və suyun təmizlənməsi üçün bir sıra profilaktik tədbirlər həyata keçirilməlidir. Məsələn, yaşıllıq salınmalıdır ki, müəyyən müddətdən sonra torpaq, su və hava təmizlənmə prosesini təmin edə bilsin".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ