şənbə günü, 14 noyabr 2026
     

Məktəb direktoru rəhbər yox, məhz idarəedici...

Image


Bu günlərdə Bakının tanınmış məktəblərindən biri olan 162 saylı orta məktəbdə baş vermiş şagird intiharından sonra müxtəlif səviyyələrdə məktəb-şagird, müəllim-valideyn münasibətlərinin müzakirəsi başlayıb. Hamının fikri tam kamil olmasa da, hər kəsin mövqeyində milli təəssübkeşlik, təhsilə yanaşma, cəmiyyətimizin gələcəyi sarıdan bir narahatlıq olduğunu görürük. Əksər müşahidəçilər Təhsil Nazirliyinin son illərdəki təhsil islahatlarının məqbul və ümidverici olması nöqtəsində birləşir, lakin prosesin daha da irəli aparmağı vacib sayırlar.

Bu yöndə “Məktəb direktoru necə olmalıdır” müzakirələrindən tarix müəlliminin maraqlı yazısını oxucu müzakirəsinə veririk. Yazılanlarla razılaşmayanlar olarsa, digər reaksiyalara da yer ayıra bilərik.

Zəngilan rayonu 4 saylı tam orta məktəbinin tarix müəllimi Quliyev Musa Yusif oğlu yazır:

“Təhsil cəmiyyətin tərkib hissələrindən biridir. Təhsildən danışarkən ulu öndər Heydər Əliyevin təhsilə, müəllim peşəsinə verdiyi qiyməti, dəyəri mütləq vurğulamaq lazımdır: “Təhsil millətin gələcəyidir”, “Təhsil xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, “Mən müəllim peşəsindən üstün peşə tanımıram”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumtəhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.

Ölkəmiz üçün müasir düşüncəli və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında ən kütləvi təhsil sahəsi olan ümumi təhsil xüsusi əhəmiyyətə malikdir. Ona görə də ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzinə çəkilən mühüm vəzifə hesab olunmuşdur.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ümumi təhsilin inkişafına dövlət qayğısı xeyli güclənmiş, onun mütərəqqi dünya təcrübəsi zəminində məqsəd, məzmun və mahiyyət baxımından yenidən qurulması, habelə şagird nailiyyətlərinin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi istiqamətində islahat xarakterli tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsil idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci dərs ili ölkənin dövlət ümumtəhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunmuşdur.

Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli əmrilə ümumi təhsil (haqqında) sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri təsdiq olunmuşdur. Konseptual xarakter daşıyan ümumi təhsilin müasir tələblərə uyğun inkişafına təminat verən bu əmrdə təhsilin keyfiyyəti ilə bağlı nazirliyin fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi qeyd olunmuşdur.

XXI əsr həyatımızın bütün sahələrində yeni nailiyyətlərə yol açmış, inkişaf dinamikası durmadan artmaqdadır. Bu dinamika, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də öz əksini tapmışdır. Ölkəmizdə aparılan təhsil islahatı tədrisə və təlimə yeni aspektdə yanaşma tələb edir. Dünyanın bir çox ölkəsinin təcrübəsi əsasında formalaşdırılaraq təhsilin inkişafına yönəldilən bu yeniliklər respublikamızda məqsədyönlü təhsil islahatlarının aparılması, ümumtəhsil məktəblərində uğurlu nəticələrin əldə olunmasına imkan yaratmışdır.

Müstəqillik qazandığı gündən inkişaf edən Azərbaycan dövləti bütün sahələrdə fəaliyyət göstərərək özünü dünyanın qabaqcıl ölkələri ilə bərabər səviyyəyə çatdırmağa çalışır. Qloballaşan dünyada inteqrativliyin qorunub saxlanması, nailiyyətlərə doğru irəliləmək, uğurlar əldə etmək üçün təhsilin rolu əsas vasitələrdən biri kimi hələ də öz aktuallığını qoruyub saxlamaqdadır.

Dünyanın mənzərəsi dəyişdiyi kimi, onun mühüm atributlarından biri olan təhsil də dəyişir. Cəmiyyətin böyük irəliləyişlərinin fonunda təhsil də, məktəb də daha çox inkişafyönümlü xarakter alaraq nəinki onu müşayiət edir, eyni zamanda, qabaqlayıcı ideyaları, tədbirləri ilə ona töhfələr verməklə irəliləyişlərinə yol açır. Ölkəmizin də təhsil həyatında bu dəyişiklik baş verməkdədir. Müasir texnoloji yeniliklərlə əhatə olunduğumuz dünyada hər bir cəmiyyətin inkişafı, ilk növbədə, müasir tələblərə uyğun yüksək bilik və bacarıq potensialına malik kadrların mövcudluğundan asılıdır. Bu səbəbdən də Azərbaycan hökuməti vətəndaşları üçün dünya standartlarına cavab verən yüksək səviyyəli təhsil imkanlarını yaratmaq istiqamətində ciddi addımlar atmaqdadır. Bu addımlar Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında olan (2013), “Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən (2016) irəli gələn vəzifələrin həlli istiqamətində islahat tədbirləri kimi həyata keçirilir. “Təhsil haqqında” Qanunda edilmiş dəyişikliklər də ölkə vətəndaşlarının təhsil şəraitini daha da yaxşılaşdırmaq missiyasından irəli gəlir.

Məlum olduğu kimi, islahatdan irəli gələn vəzifə kimi təhsilin müxtəlif pillə və səviyyələri üzrə keyfiyyət standartlarının hazırlanması üzərində işlər davam etdirilir. Bu standartların hazırlanıb istifadəyə verilməsi fəaliyyətimizi keyfiyyət baxımından izləməyə, dəyərləndirməyə imkan verəcək. Lakin nəzərə almaq lazımdır ki, bu gün təhsil sahəsində müxtəlif səviyyələr üzrə standartlardan, eləcə də mexanizmlərdən istifadə olunur. Biz onların əsasında məqsədlərimizi, gözlənilən müvafiq nəticələrimizi konkretləşdirə və fəaliyyət strategiyalarımızı qura bilirik. İndiki halda mövcud imkanlardan daha səmərəli istifadə edərək az risqlərlə nəticələrə çatmaq üçün strategiyalar qurmalı, əldə olunan nəticələr əsasında ciddi təhlillər aparmalıyıq. O zaman təhsilin bir atributu kimi keyfiyyət amilindən daha uğurla istifadə edə biləcəyik.

Qlobal dünyanın inkişafı məktəbin qarşısında daha ciddi vəzifələr qoyur. Başqa sözlə, məktəb gənc nəslin inkişafını təmin edən, onun kreativ bacarıqlarının yaranmasına imkan və şərait yaradan bir müəssisəyə çevrilir. Bu müəssisənin idarəedicisi məktəb direktorudur. Rəhbəri yox, məhz idarəedicisidir. Təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir vaxtda ümumtəhsil müəssisələrində inkişafa xidmət edən mühitin yaradılması, formalaşdırlması mühüm əhəmiyyət kəsb edir. Bu işdə məktəb direktorlarının üzərinə böyük məsuliyyət düşür. Məktəb direktoru müasir təhsildə çox vacib aparıcı qüvvədir. Hər bir direktor işi elə qurmalıdır ki, yaradılan şərait nailiyyətlərin artmasına xidmət etsin. Konkret olaraq qeyd etmək lazımdır ki, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər arasında, bütün pedaqoji kollektiv üzvləri arasında səmimiyyət, sağlam münasibət olmalıdır. Və bu münasibət məktəb rəhbərliyi tərəfindən yaradılmalıdır.

Məktəbdə inkişafın əldə edilməsi təhsildə keyfiyyətin artırılması istiqamətində addımlar atılması, müəllim-şagird münasibətlərinin normal şəkildə qurulması, dünya təhsil sistemində baş verən yeniliklərdən bəhrələnmə və digər bu kimi məsələlərlə bağlıdır.

Təhsilin keyfiyyətinin yüksəldilməsində ən vacib şərtlərdən biri və əsası məktəbdə idarəetmənin demokratik ruhda, demokratik qaydada təşkil edilməsidir. Bu mühitin yaradılması birbaşa məktəb direktorunun işidir. Heç kim məktəb direktoru doğulmur, əsl direktor olmaq isə mümkündür. Məktəbin demokratik idarə edilməsində konkret qayda, “resept” yoxdur. Bu işdə mövcud şərait nəzərə alınmaqla, müxtəlif variantlardan istifadə edilə bilər. Əsas məsələ direktor başda olmaqla məktəb kollektivinin işi düzgün  qurması, yeniliyin tətbiq edilməsidir. Əslində, hansı yeniliyin tətbiq edilməsindən asılı olmayaraq, məktəbdə uğurun qazanılması birbaşa işin qurulması səviyyəsindən və idarəetmənin təşkilindən asılıdır.

Təhsildə keyfiyyətin artırılmasında mühüm şərtlərdən biri də məktəb-müəllim-valideyn münasibətlərinin düzgün, normal qurulmasıdır. Məktəbin qarşısında duran vəzifələrin yerinə yetirilməsində, həyata keçirilməsində məktəbin valideynlərlə əməkdaşlıq etməsinə xüsusi ehtiyac yaranır. Təhsilin keyfiyyətli olması valideynlərlə əlaqələrin davamlı olmasından çox asılıdır. Məktəb, ilk növbədə, fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi bu əlaqələrin yeni xarakter almasına çalışmalı, valideynlərlə ardıcıl maarifləndirmə işləri apararaq, onların məlumatlı fəal bir icmaya çevrilməsinə səy göstərərək məktəbin işlərinin planlaşdırılması, təşkili və idarə olunmasında onların maraqlı olan tərəf kimi əməkdaşlığının yaranmasına nail olmalıdır. Bu mənada məktəb öz tərəfdaşı ilə əlaqələrinin sıx olmasında maraqlı tərəflərdən biri kimi daha fəal olmalı, təşkilatçı, maarifləndirici funksiya daşımaqla fəaliyyətini qurmalıdır. Bu tədbirlərin həyata keçirilməsində təlim-tərbiyə işləri üzrə direktor müavini, sinifdənxaric, məktəbdənkənar işlər üzrə direktor müavini, sinif rəhbərləri, məktəb psixoloqu UBT-nın məktəb rəhbərliyi ilə sıx əlaqəli şəkildə fəaliyyətlərini qurmalıdırlar. Bütün bunlara əməl edildiyi halda, təbii ki, məktəbdə təhsilin keyfiyyətinin artırılmasına nail olmaq olar”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ