Bazar günü günü, 13 sentyabr 2026
     

“Böyük köç” Azərbaycanda demoqrafiyanın inkişafına yeni nəfəs verir...

Image


“Böyük Qayıdış” proqramı çərçivəsində azad rayonlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bir zamanlar öz evlərindən, yurdlarından didərgin salınan insanlarımız öz evlərinə, el-oblarına, kəndlərinə, şəhərlərinə qayıdırlar. Heç şübhəsiz ki, azad rayonlara qayıdış prosesi o bölgələrin demoqrafik mənzərəsini daha da inkişaf etdirir.

İndiyə qədər azad rayonlara nə qədər əhalinin qayıtması ilə bağlı statistika var.

Bu il oktyabrın 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4826 ailənin qayıdışı təmin edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Bildrilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən həyata keçirilir.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 304 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2152 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59 565 nəfər təşkil edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərdə keçirilən Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir. O, təkcə həmin rayonlara kifayət qədər əhalinin qayıtdığını deyib: “Artıq 1 040 ailə – 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumilikdə bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub".
Qeyd olunub ki, hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.

Bu faktlar azad ərazilərin demoqrafik vəziyyətinə necə təsir edir?

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə bildirdi ki, 2020-ci ildə 44 gün davam edən, şanlı Zəfərlə başa çatan İkinci Qarabağ savaşından sonra Azərbaycan yeni reallıqda yaşayır və bu yeni reallıqda da şübhəsiz, dövlətin qarşısında çox mühüm vəzifələr durur. “Uzun illər işğal altında olmuş, Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərimizin ilk növbədə o yerlərin minlardan təmizlənməsi, ordakı infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı məsələsi dövlətimiz üçün əsas priorotetlərdən, vəzifələrdən biridir. Şübhəsiz ki, müharibə bitən kimi Prezident İlham Əliyev bu məsələyə çox rasional yanaşaraq bununla bağlı ardıcıl addımlar atıb. Proses bu gün də davam edir. Belə ki, ilk növbədə azad ərazilərdə mina problemi çox ciddi bir problem kimi qarşımızda durur. Azərbaycan xalqı hələ də mina problemi üzündən əziyyət çəkir. Orda basdırılmış minalar indinin özündə də ciddi fəsadlar törədir. Başlanğıcda ərazilərimizin minalardan təmizlənməsi əsas vəzifələrdən biri idi. Çünki ora köçürüləcək əhalinin təhlükəsiz yaşaması üçün ilk növbədə ərazi minalardan təmizlənməli idi. Azərbaycan dövləti müharibə bitən kimi bu istiqamətdə böyük işlərə başladı və bu yöndə xeyli işlər görülüb. Ərazinin xeyli bir hissəsi minalardan təmizlənib. Şübhəsiz ki, bu əsasən Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilib. Ondan sonra qarşıda duran vəzifələrdən biri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına şərəfli qayıdışının təmin edilməsi idi ki, dövlət başçısı bunu da rasional bir şəkildə həll etməyə başladı. İlk növbədə ölkə başçısının Sərəncamı ilə “Böyük Qayıdış” I Dövlət Proqramı qəbul olundu. Prezident İlham Əliyev böyük tarixi bir sənəd imzaladı. Bu sənəddə keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı ilə bağlı bütün məsələlər detallı şəkildə öz əksini tapdı. Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə məsələləri mərkəzləşmiş qaydada həll etmək üçün Əlaqələndirmə Qərargahı yaratdı. Onun nəzdində akdemik və təhsil məsələləri üzrə İşçi Qrupu da yaratdı ki, bu İşçi Qrupu keçmiş məcburi köçkünlər arasında sorğu keçirməli, onların rəy və təkliflərini də Böyük Qayıdış prosesində öyrənməli idi. Burda məqsəd o idi ki, Azərbaycanın postkonflikt ərazilərinə repartasiyanın proqnozlaşdırılması və effektiv təşkili ilə bağlı keçmiş məcburi köçkünlərin təklifləri əsasında bir sənəd, proqram, Yol Xəritəsi hazırlamaq idi. Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı ictimai rəyə böyük önəm verdi və bu məsələyə ictimai rəy əsasında yanaşdı. Bu addımla o, bir daha qərar qəbul etmədə ictimai rəyə böyük önəm verdiyini sübut etdi. Həmin sorğu da bir neçə formada, bir neçə tədqiqat metodu ilə keçmiş məcburi köçkünlər arasında keçirildi, onların rəyləri öyrənildi. Bu rəylər də Böyük Qayıdış prosesində nəzərə alınır.

Bütövlükdə “Böyük Qayıdış” proqramı, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı məsələsi dövlət başçısının müharibədən dərhal sonra atdığı bütün addımlarda özünü göstərdi. Ölkə başçısının ardıcıl olaraq azad rayonlara səfərləri, orda quruculuq-abadlıq işlərinin həyata keçirilməsi, bununla bağlı zəruri addımların atılması günün reallığına çevrildi”.

Ü.Şəfiyev qeyd etdi ki, 2 fevral 2021-ci ildə Prezident İlham Əliyevin sosial-iqtisadi inkişafa dair prioritetlərində də məhz “Böyük Qayıdış”, keçmiş məcburi köçkünlərin geri qayışı əsas prioritetlərdən bir kimi qeyd olunur. O, vurğuladı ki, eyni zamanda bu Sosial-İqtisadi İnkişafa dair Milli Strategiyada da bu məsələ öz əksini tapıb. Ü.Şəfiyev vurğuladı ki, 2022-ci ildə artıq “Böyük Qayıdış”la bağlı I Proqramı Prezident Əliyev təsdiqlədi, 2025-ci ildə artıq II proqram öz təsdiqini tapdı: “2026-cı ilə qədər təqribən 140 min keçmiş məcburi köçkünün öz yurd-yuvalarına qayıdışı nəzərdə tutulur. Bu proses gedir. Qarabağ və Şərqi Zəngəzur ərazisində keçmiş məcburi köçkünlərin yerləşdirilməsi prosesi davam edir. Artıq on minlərlə keçmiş məcbuiri köçkün ora qayıdır, orda işlə təmin olunur, məşğulluq var, orda dayanıqlı şəkildə məskunlaşma həyata keçirilir. Bu proses davamlı xarakter alıb və şübhəsiz ki, bu amil nəinki Qarabağda və Şərqi Zəngəzurda, bütövlükdə Azərbaycanda demokrafik proseslərə müsbət təsir göstərəcək. Bu əhalinin təbii artımına, ailə, məşğulluq məsələsinə, demoqrafik mənzərənin dimanikasına müsbət töhfə verəcək. Biz görürük ki, böyük qayıdışla bağlı aparılan işlər həm də işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiya prosesinə də töhfə verəcək. Həmin torpaqlar məhsuldar torpaqlardır, o torpaqların iqtisadiyyatı dirçələcək, ölkə iqtisadiyyatının gücünə güc qatacaq...”

Ü.Şəfiyev qeyd etdi ki, azad ərazilərə qayıdış bölgənin və ölkənin demoqrafik vəziyyətinə müsbət təsir göstərir. Mütəxəssis hesab edir ki, proses ölkənin demoqrafik mənzərəsini daha da inkişaf etdirir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ