Cümə günü, 06 noyabr 2026
     

Xəzərdə ekoloji böhran, Bakının təşəbbüsü və Rusiyadan asılı işlər...

Image


Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla, həm ekoloji, həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Lakin son onilliklərdə müşahidə edilən iqlim dəyişiklikləri, antropogen təsirlər və su səviyyəsinin azalması bu unikal dənizi ciddi ekoloji böhranla üz-üzə qoyub.

Xəzər dənizinin dayazlaşması artıq region ölkələrinin, xüsusilə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın diqqət mərkəzindədir. Bu proses yalnız təbiət hadisəsi deyil, həm də regional iqtisadi təhlükəsizlik və ekoloji tarazlıq üçün böyük çağırışdır.

Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi deyil

Azərbaycan daim Xəzər məsələsinin aktuallığını diqqət mərkəzində saxlayır. Bu xüsusda prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində qeyd edir: “Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil”.

Dövlət başçısının sözlərinə görə, yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir: “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır. Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir”. Son 30 ildə Xəzər dənizinin səviyyəsi təxminən 2 metrə yaxın azalıb. Mütəxəssislərin fikrincə, bu, əsasən iki amildən qaynaqlanır: iqlim dəyişikliyi və insan fəaliyyəti. Əvvəla, iqlim dəyişikliyi nəticəsində bölgədə temperaturun artması buxarlanma səviyyəsini yüksəldir. Xəzər dənizi qapalı akvatoriya olduğu üçün su səviyyəsinin bərpası yalnız çay axınlarından asılıdır. Ən böyük mənbə sayılan Volqa çayının suyu isə son illərdə xeyli azalıb. Bunun səbəbi həm yağışların azalması, həm də çay hövzəsində suvarma məqsədilə çoxsaylı bənd və su anbarlarının tikilməsidir. İkinci mühüm amil antropogen təsirdir. Xəzəryanı ölkələrdə sənaye və kənd təsərrüfatı məqsədləri ilə su resurslarının həddindən artıq istismarı, çirklənmə və torpaq eroziyası su balansını pozur. Xəzərin dayazlaşması regionun ekosisteminə ciddi zərbə vurur. Dənizin səviyyəsinin enməsi ilə sahil ekosistemləri, xüsusilə də quşların qışlama yerləri, balıqların yumurtlama sahələri məhv olur. Əvvəllər dənizin orta dərinliyi 200–300 metr arasında dəyişsə də, bəzi sahil zonalarında, xüsusilə Qazaxıstan və Türkmənistan sahillərində suyun çəkilməsi nəticəsində yeni quru sahələr yaranıb. Bu isə duzlaşma, toz fırtınaları və ekoloji səhralaşma kimi fəsadlar törədir. Biomüxtəliflik baxımından da vəziyyət təhlükəlidir. Nadir növlərdən olan Xəzər suitisi, qızılbalıq, kütüm və digər endemik növlər yaşayış mühitini itirir. Su səviyyəsinin azalması bioloji tarazlığı pozmaqla yanaşı, balıqçılıq sənayesinə də ciddi zərbə vurur. Xəzərin dayazlaşması yalnız ekoloji deyil, həm də iqtisadi problem yaradır. Əvvəla, su səviyyəsinin enməsi limanların fəaliyyətini çətinləşdirir. Bu, Xəzər dənizi vasitəsilə həyata keçirilən Orta Dəhliz layihələrinin effektivliyinə mənfi təsir göstərir. Neft və qaz infrastrukturunun təhlükəsizliyi də risk altındadır. Dənizin dayazlaşması boru xətlərinə, dənizdəki platformalara və liman infrastrukturuna texniki zərər vura bilər. Balıqçılıq və turizm kimi sahələrdə çalışan əhali də gəlir itkisi ilə üzləşir.

Əsas ümid Volqa çayınadır

Bəllidir ki, Xəzər dənizi beş dövlətin ortaq sərvətidir və bu problem yalnız bir ölkənin səyləri ilə həll oluna bilməz. Buna görə də, regional əməkdaşlıq mexanizmləri gücləndirilməlidir. 2018-ci ildə imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əsas hüquqi çərçivə yaratsa da, ekoloji problemlərin həlli üçün əlavə mexanizmlərə ehtiyac var. Mütəxəssislər “Xəzər Ekoloji Strategiyası” adlı vahid proqramın hazırlanmasını, hər bir ölkənin su və ekoloji siyasətinin koordinasiyasını zəruri hesab edirlər.

Azərbaycan bu istiqamətdə fəal mövqe tutur. Bakı bir neçə beynəlxalq forumda Xəzərin qorunması, ekosistemin bərpası və dayanıqlı istifadə ilə bağlı təşəbbüslər irəli sürüb. Xəzəryanı dövlətlərin ekoloji məlumat mübadiləsini təmin edən “CaspEcoNet” platforması da bu əməkdaşlığın mühüm alətidir. Müasir texnologiyalar Xəzər dənizinin vəziyyətinə nəzarət etməkdə mühüm rol oynayır. Peyk müşahidələri, dron xəritələşdirmə sistemləri və hidroloji modellər vasitəsilə su səviyyəsinin dəyişməsi və sahil xəttinin dinamikası dəqiq izlənilir. Bundan başqa, elmi dairələr dənizin “bərpa potensialı”nı artırmaq üçün təbii tarazlığın qorunmasına yönəlmiş təkliflər irəli sürürlər. Əsas istiqamətlərdən biri Volqa çayı hövzəsində suyun daha səmərəli idarə olunması və tullantı sularının təmizlənməsinin gücləndirilməsidir. 2017-ci illə müqayisədə 2025-ci ildə Volqa hövzəsində əkin dövriyyəsinə cəlb olunan torpaqların sahəsi 35%-dək artıb. Bununla bağlı, Volqa çayının suyundan suvarılma məqsədilə daha çox istifadə edilməyə başlanıb.

İkincisi,Volqa hövzəsində orta illik yağıntı 2017-ci illə müqayisədə 2024-cü ildə təxminən 100 mm az və ya 15.3% azalma müşahidə olunur. Lakin bu azalma Volqa hövzəsində mövcud su anbarlarındakı su həcminə əhəmiyyətli təsir göstərməyib. Son 8 il ərzində su səthi sahəsində azalma cəmi 1%-ə qədərdir. Bu o deməkdir ki, suvarılma məqsədləri üçün su anbarlarında suyun səviyyəsini sabit saxlamaqla çaya buraxılan suyun həcmi məhdudlaşdırılıb. Deməli, burada Rusiyanın düzgün yanaşması Xəzərin xilası üçün müstəsna əhəmiyyətə malikdir. Volqa eyni adlı hövzənin Kama və Oka adlı digər çayları ilə birlikdə Xəzər dənizinin ən böyük su mənbəyidir. Amma Rusiyanın yanaşması bu çayların suyunun Xəzərə çatmasında əngələ çevrilib. Halbuki, bundan ruslar özləri də zərər görür.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ