Bazar günü günü, 13 sentyabr 2026
     

AYNA - Noyabrın 1-dən bir taksini bir neçə nəfər işlədə bilər...

Image


Akif Nəsirli: “Təklifin azalması və bazarda rəqabətin zəifləməsi ilə qiymətlərin 20–30 faiz yüksələcəyi proqnozlaşdırıla bilər

Məlum olduğu kimi, Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub. Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, paytaxt ərazisində taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrə əlavələrin sayı maksimum 25 min olacaq.

Sənədə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hər il avqustun 1-dək paytaxt üzrə icazə əlavələrinin say həddi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Bu, gələcək illərdə bazarın vəziyyətinə uyğun olaraq icazə limitinin yenilənməsinə imkan verəcək. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək və həmin tarixə qədər qüvvədə olan icazələr əvvəlki qaydada etibarlı qalacaq.

Bu qərar taksi sürücüləri arasında narazılığa səbəb olub. Maraqlıdır, yeni qayda taksi sürücüləri, sərnişinlər üçün nə kimi problem, çətinlik vəd edir? Məlum hadisə işsizliyə və taksilərdə gediş haqqına təsir edəcəkmi?

Bazar iqtisadiyyatı şəraitində dövlətin vəzifəsi bazara girişi məhdudlaşdırmaq yox, şəffaf rəqabəti qorumaq və iqtisadi azadlıqları təmin etməkdir

Libaral İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeni qayda gələcək illərdə bazarın vəziyyətinə uyğun olaraq icazə limitinin yenilənməsinə imkan verəcək: “Rəsmi arqumentlərə görə, məqsəd Bakıda nəqliyyat axınını tənzimləmək, tıxacların qarşısını almaq və xidmət keyfiyyətini yüksəltməkdir. Lakin qərar həm taksi sürücüləri, həm sərnişinlər, həm də bazar balansı üçün bir sıra ciddi sosial-iqtisadi nəticələr doğura bilər.

Bakı taksi bazarının real mənzərəsi barədə deyim ki, hazırda paytaxtda təxminən 50–60 min taksi fəaliyyət göstərir. Bu, hər 100 min sakinə orta hesabla 29 taksi düşməsi deməkdir. Müqayisə üçün, Londonda bu göstərici 9,9, Moskvada 5,8, Parisdə isə 9,5-dir. Yəni Bakı şəhərində taksi sıxlığı Avropa paytaxtları ilə müqayisədə 2–3 dəfə çoxdur. Lakin bu bizə əsas vermir ki, inzibati yollarla taksilərin sayı azaldılsın. Bu azalmanı alternativ sərnişindaşıma vasitələrini gücləndirməklə reallaşdırmaq lazımdır. Məsələn, ictimai nəqliyyat üçün xüsusi zolaq yaratmışıq, bunu maksimum həddə çatdırmaq olar, yolları bir qədər də genişləndirmək və avtobusların hərəkət intensivliyini artırmaq vacibdur. İctimai nəqliyyatı Avropadakı kimi ödənişsiz etmək mümkündur. Fərdi avtomobillərin küçəyə çıxmasına məhdudiyyətlər qoyula bilər, ayın tək günlərdə tək rəqəmlə bitən, cüt günləri də cüt nömrə ilə bitən avtomobillərə küçəyə çıxmaq icazəsi verilə bilər və s. Yəni tıxacın aradan qaldırılmasının müasir metodları var, amma inzibati (qeydiyyatı məhdudlaşdırmaq, vergiləri artırmaq, tələbləri ağırlaşdırmaq və s.) vasitələrlə taksilərin sayını azaltmaq çıxış yolu deyil.

Rəsmi statistikaya əsasən, 2022-ci ildə ölkə üzrə taksilərlə sərnişin daşımalarının həcmi 83,8 milyon səfərə çatıb. 2023–2024-cü illər arasında taksi sifarişlərinin ümumi sayı isə 31–32 faiz azalıb. Bu göstəricilər taksi bazarında artıq müəyyən doyma nöqtəsinin formalaşdığını göstərsə də, tələb səviyyəsi hələ də yüksəkdir.

Bakı sakinləri arasında tıxac səbəbindən şəxsi avtomobil əvəzinə taksidən istifadə meyli artır. OECD hesabatına görə, paytaxtda demək olar ki, hər ailənin avtomobili var — bu da tıxac yükünü artıran əsas faktordur. Numbeo məlumatına əsasən, Bakıda sürücülərin orta hərəkət vaxtı 36 dəqiqədir və bu göstərici region şəhərləri arasında ən yüksək sıxlıq göstəricilərindən biridir”.

Həmsöhbətimizin fikrincə, yeni qərar iqtisadiyyata və bazara təsir edəcək: “Yeni qərarla təklif edilən limit faktiki olaraq hazırda fəaliyyət göstərən taksilərin yarıdan çoxunun bazardan kənarda qalması deməkdir. İqtisadi qanunlara əsasən, təklif azaldıqda və tələb sabit qaldıqda qiymətlər artır. Bu isə birbaşa olaraq gediş haqlarının bahalaşması ilə nəticələnəcək. Hazırda paytaxtda orta minimum taksi yol pulu 3,5–4,5 manat civarındadır. Təklifin azalması və bazarda rəqabətin zəifləməsi ilə bu qiymətlərin 20–30 faiz yüksələcəyi proqnozlaşdırıla bilər. Tələb çox, taksi az olduqda, sərnişinlər daha uzun müddət gözləməli, uzaq məsafələrə isə daha baha yol pulu ödəməli olacaqlar.

Digər tərəfdən, bu məhdudiyyət əmək bazarında da ciddi təsir yaradacaq. Hazırda minlərlə vətəndaş taksi sürücülüyünü əsas dolanışıq mənbəyi kimi seçib. Limit tətbiq olunduqdan sonra 25–30 min nəfərin fəaliyyət imkanının məhdudlaşması və bunun nəticəsində işsizlik səviyyəsinin artması istisna deyil. Bu, qeyri-leqal fəaliyyətin genişlənməsi risqini də artırır: icazə ala bilməyənlər qeydiyyatsız fəaliyyət göstərəcək, bu isə nə dövlətin vergi gəlirlərinə, nə də sərnişinlərin təhlükəsizliyinə fayda gətirəcək.

Onu da deyim ki, nazirliyin əsas arqumenti paytaxt tıxaclarının azaldılmasıdır. Lakin müstəqil nəqliyyat tədqiqatçıları bildirir ki, Bakı tıxaclarının əsas səbəbi taksilər deyil. Məsələnin kökündə şəhərin planlaşdırılması, infrastrukturun yüklənməsi, parklanma qaydalarının pozulması və ictimai nəqliyyatın səmərəsizliyi dayanır.

Məsələn, AMAK-ın hesabatına görə, tıxacların 60 faizdən çoxu yol genişliyinin azlığı və marşrutların sıxlığı ilə bağlıdır. Taksilərin ümumi hərəkət axınında payı isə 15–17 faiz civarındadır. Belə olan halda, tıxacların əsas yükünü az sayda taksi deyil, şəxsi avtomobillər və inzibati nəzarətsizlik yaradır. Beləliklə, taksilərin sayının azaldılması tıxac problemini qismən yüngülləşdirsə də, onu köklü şəkildə həll etməyəcək. Əvəzində isə paytaxtda sərnişin daşımaları sisteminin çevikliyi və əlçatanlığı azalacaq”.

Ekspert hesab edir ki, icazə limitinin tətbiqi bazara yeni iştirakçıların daxil olmasını məhdudlaşdıracaq. Bu, rəqabətin azalması və bazarın bir neçə iri platforma - Bolt, Uber, A-taksi və başqaları tərəfindən nəzarət altına alınması ilə nəticələnə bilər: “Kiçik müstəqil sürücülər bazardan sıxışdırılacaq, qiymət siyasəti isə iri şirkətlərin əlində cəmləşəcək. Bu, uzunmüddətli dövrdə bazarda süni qiymət tənzimləməsi, ədalətsiz gəlir bölgüsü və xidmət keyfiyyətinin aşağı düşməsi kimi fəsadlar yarada bilər. Halbuki, dünya təcrübəsində dövlətlər bazar inhisarını məhdudlaşdırmaq üçün addımlar atır, azad rəqabəti qorumağa çalışır. Azərbaycanda isə əks proses – məhdudlaşdırıcı qərarlarla bazarın inhisarçılıq konsentrasiyasını artırmaq tendensiyası müşahidə olunur. Məqsəd doğrudan da tıxacların və ekoloji yükün azaldılmasıdırsa, bunun yolu sərt məhdudiyyətlərdən deyil, səmərəli tənzimləmə mexanizmlərindən keçməlidir. Buna görə də bir sıra alternativ addımlar təklif edirik:

– Taksi avtomobilləri üçün ekoloji və texniki standartların sərtləşdirilməsi;

– Taksi fəaliyyətinin şəhər mərkəzindən kənara yönləndirilməsi;

– Taksi dayanacaqlarının artırılması və parklanma siyasətinin təkmilləşdirilməsi;

– Metro və avtobus sistemləri ilə inteqrasiya edilmiş taksi zonalarının yaradılması;

– Bazarın şəffaf qeydiyyat sistemi ilə izlənməsi, lisenziya verilməsinin elektronlaşdırılması.

Bu addımlar həm tıxacların azaldılmasına, həm də sürücülərin və sərnişinlərin maraqlarının qorunmasına imkan verə bilər.

Yəni paytaxtda taksi icazələrinin 25 minlə məhdudlaşdırılması qısa müddətdə inzibati idarəetməni asanlaşdıra bilər, lakin uzunmüddətli dövrdə bu qərar sosial narazılıq, işsizlik, inhisarçılıq və qiymət artımı kimi nəticələr doğura bilər”.

A.Nəsirli bildirdi ki, bazar iqtisadiyyatı şəraitində dövlətin vəzifəsi bazara girişi məhdudlaşdırmaq yox, şəffaf rəqabəti qorumaq və iqtisadi azadlıqları təmin etməkdir. Əks halda, bu qərar nə tıxac problemini həll edəcək, nə də ictimai rifahı artıracaq. Əvəzində, iqtisadi fəallığın azalması, inhisarlaşmanın güclənməsi və sosial gərginliyin artması ilə nəticələnə bilər.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ