Cümə günü, 06 noyabr 2026
     

Ayın 1-dən “donosbazlıq” başlanacaq - “filankəs bibisi qızı ilə evlənib”...

Image


İyulun 1-dən Azərbaycanda qohum nikahlarını qadağan edən maddə qüvvəyə minib.

Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilmir.

Rəsmi dəyişiklik qüvvəyə mindikdən sonra cəmiyyətdə müəyyən söhbətlər dolaşır.

Hətta bəziləri belə iddia edir ki, bu evlilik qanunla qadağan edilsə də, bunun qarşısını tam almaq mümkün olmaya bilər, molla nikahı ilə də evlənmələr mümkündür və sair.

Turalım, 10-15 min nəfər əhalisi olan bir qəsəbədə, bir kənddə, şəhərdə kimin kimin dayısı oğlu, kimin kimin bibisi qızı olduğunu necə müəyyən edə bilərlər ki? Bunu necə müəyyən edəcəklər? Bunun müəyyənləşdirilməsində nə kimi bir mexanizm işləmək olar? Ola bilsin, camaatın arasında "donosbazlar" olacaq və kimin kimin qohumu olduğu barədə müvafiq qurumları məlumatlandıracaq. Onsuz da hər yerdə belələri olur. Məsələn, birisi öz dayısının, yaxud xalasının qızı ilə evlənəcək, bunu hamı bilməyə bilər, amma tanıyanlar gedib aidiyyəti dövlət orqanlarına məlumat verəcəklər.

Bu nikahlara bağlı ictimaiyyətdən gələn informasiyalar, müəyyən dövlət orqanlarına verilən məlumatlar ölkədə insanların arasında həmrəyliyə necə təsir göstərəcək?

Tural İrfan: “Gərək heç olmasa bir neçə il maarifləndirmə aparılaydı, bölgələrdə formal yox, real, dinamik təbliğat aparılaydı”

Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış dinşünas Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, qohum evliliyinin qarşısını təbliğat və maarifləndirmə yolu ilə almaq daha yaxşı olardı, daha müsbət nəticə verərdi. “Belə məsələlərdə qanun qəbul etmək bir qədər işlək olmur. Bəzi insanlar həmişə qadağalara daha meyllidirlər. Təmtəraqlı ehsanın israf və yanlış olması barədə təbliğat aparırıq, maarifləndiririk, artıq demək olar ki, ləğv olmaq üzrədir. Bu məsələdə də gərək belə olaydı. Məncə çətinliklər olacaq. Xala qızı ilə xala oğlu bir-birini illərdir sevibsə Əsli və Kərəmin arasına girən Qara Keşiş kimi aralarına girib ayıracaqlar, onlar da qoşulub gedəcəklər başqa məmləkətlərə. Eşqin, məhəbbətin qarşısını hansı qüvvə ala bilər? Məcnunu atası Kəbəyə də apardı, eşqindən dönmədi. Bu, bazardan dana almaq deyil qanun qoyasan ki, hamı qırmızı dana almalıdır. Bu həyatdır, taledir. Tale də Allahın əlindədir. Qohumluğu tam müəyyən olunmayan, lakin nikah bağlamış iki gəncin qohum olduğunu, tutaq ki, xəbər verəcəklər. Toyun ortasında, yaxud gərdəyə girdikləri anda müfəttişlər daxil olub qızı oğlanın əlindən alıb aparacaqlar? Bu, gərək uzun müddət müzakirə olunaydı, sosial tərəfləri daha dərindən düşünüləydi, sorğular keçiriləydi. Ola da bilər ki, bu qayda qohum evliliyinin yaratdığı fəsaddan daha ağır fəsad yaratsın. Son zamanlar onsuz da adi bir narazılıqdan intihar halları artıb. Sevəni sevəndən ayırmaq bu halların artmasına yol aça bilər. Qohumlar arasında düşmənçiliyin artmasına, qan davalarına qədər gətirib çıxara bilər. İllərlə bir-birini sevmiş adamları evlənməyə qoymamaq qanunsuz, yəni qeyri-rəsmi nikahların sayını artıracaq. Yaxud gedib hansı ölkədə qadağa yoxdursa orada vətəndaşlıq alıb nikaha girə bilərlər. Qeyri-rəsmi evlənənlər haqda nə ediləcək? Tutaq ki, rəsmi nikaha düşmədən el adəti ilə toy edənin gəlib toyunumu pozacaqlar? Tərəfləri məsuliyyətəmi cəlb edəcəklər? Düşünürəm ki, bu, qohum evliliyinin əsla qarşısını almayacaq. Sadəcə qeyri-rəsmi nikahların sayı həddən artıq artacaq.

Doğrudur, qohumlar arasında evlilik tibbi cəhətdən bəzi problemlərə səbəb olur, uşaqların şikəst olmalarına səbəb olur. Quranda xala qızı, əmi qızı ilə evlənmək yasaq deyil. Lakin dinin fiqhi hökmləri üsuli-fiqh qaydalarına, yəni İslam hüququnun əslinə görə zamana, məkana, zəruri tələblərə, qarşıya çıxmış ehtiyaca görə dəyişə bilir. Yəni qohum evliliyi Quranda icazəli olsa da, əgər fəsada, zərərə səbəb olarsa ondan uzaq durmaq olar. Bu, dinin qaydasıdır. Necə ki, su halaldır, lakin ziyan verdikdə haram olur. Bu da həmin meyarla ölçülür. Lakin burada gərək sərt qaydalardan əvvəl mexanizm, həyata keçirilmə metodu, sosial yöndən maarifləndirmə aparılsın. Qohum evliliyinin qadağan edilməsindən doğacaq növbəti problemlərin də qarşısının alınması üçün müxanizm varmı? Məlum deyil. Gizlin şəkildə artıq evlənmiş qohumlar ömür boyu rəsmi nikaha düşə bilməyəcəklərmi? Uşaqlarına doğum şəhadətnaməsi ala bilməyəcəklərmi? Yoxsa məsuliyyətəmi cəlb olunacaqlar? Bu kimi sualların açıq qaldığı görünür”.

T.İrfan hesab edir ki, tibbi yöndən zahirən faydalı olan bu qərarın tətbiqindən doğan digər problemlər daha dərin çətinliklər yaradacaq və ona görə də işlək olmayacaq: “Gərək heç olmasa bir neçə il maarifləndirmə aparılaydı, bölgələrdə formal yox, real, dinamik təbliğat aparılaydı”.

Lalə Mehralı: “Artıq bununla bağlı mexanizm də işlənib, kiminsə deməyinə ehtiyac olmayacaq”

Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı isə "Bakı-Xəbər"ə bildirdi ki, artıq bununla bağlı mexanizmlər mövcuddur: “Artıq bununla bağlı mexanizm də işlənib, kiminsə deməyinə ehtiyac olmayacaq. Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq. Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq.

Amma hətta bu cür yoxlama olmasaydı belə, insanlar qohum nikahlarla mübarizə üçün hər şey etməlidirlər. Bu nə danosbazlıqdır, nə çuğulluq, bu vətəndaşlıq borcudur, öz genofonduna sahib çıxmaqdır. Hamı qohum nikahlara qarşı mübarizə aparsa, el bir olsa dövlət də daha yaxşı gələr öhdəsindən”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ