Axtarışda olan keçmiş məhkum avtomobil oğurladı

img

Abşeronda axtarışda olan keçmiş məhkum avtomobil oğurlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə mayın 11-də saat 1 radələrində Masazır qəsəbəsi ərazisindən Quba rayon sakini P.Əkbərova məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İntiqam Məmmədov avtomobillə birgə saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə, həmçinin borclu qismində axtarışda olması müəyyən olunub.

Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Peşə etikası

Son xəbərlər