Xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə Nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.