çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Gənclərin fiziki və mənəvi inkişaf prosesində Azərbaycanın uğurlu idman siyasətinin rolu...

Image


Həyatda hər bir insanın formalaşmasında idman, bədən tərbiyəsi müstəsna önəm kəsb edir. İdman insanın çoxşaxəli təhsilinin əsas növlərindən biridir, ümumi tərbiyə sisteminin praktiki olaraq ayrılmaz hissəsidir.

Təhsilin müxtəlif aspektlərinin qarşılıqlı əlaqəsinin təbii ilkin şərti isə insanın fiziki və mənəvi inkişafının uğurlu vəhdətinin yaradılmasıdır.

  • Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün  Azərbaycan dövləti bütün imkanlardan istifadə edir

Artıq sübut edilib ki, bədən tərbiyəsi insanın təkcə fiziki deyil, həm də mənəvi inkişafına ciddi təsir göstərir. İdmanın vasitə və üsulları, hərəkətlərin öyrədilməsi və fiziki qabiliyyətlərin təlqini sxemləri əxlaqi, iradi, estetik və intellektual tərbiyənin məzmunu ilə bağlı bir sıra problemləri səmərəli həll etməyə imkan verir. Amma yenə də bu imkanlar düzgün istiqamətləndirilmiş fəaliyyətlə həyata keçirilmədikdə, istənilən nəticə əldə edilmir. İndiki mərhələdə, ilk növbədə, tərbiyə işinin bütün sahələrində fiziki və mənəvi inkişafın üzvi birləşməsini təmin edən kompleks yanaşma əsasında şəxsin, xüsusən də uşaq və yeniyetmələrin fəal həyat mövqeyinin formalaşmasına xüsusi əhəmiyyət verilir. Bütün bunlar həm də o deməkdir ki, bədən tərbiyəsi və idman insanı həyat üçün hazırlayır.  Bu mənada Azərbaycanda uşaq və gənclər siyasətində idman, fiziki tərbiyə ilə bağlı məqamlara xüsusi diqqət yetrilməsi təsadüfi xarakter daşımır.

Məsələ burasındadır ki, Azərbaycanın bir dövlət kimi gələcəyinin müəyyən edilməsi gənc nəslin hansı ruhda, hansı formada yetişdirilməsindən bilavasitə asılıdır. Qeyd edilənlər fonunda təsadüfi deyil ki, cəmiyyətin, xüsusən də onun gənclər təbəqəsinin fiziki və mənəvi inkişafında idmanın rolu daim yüksək qiymətləndirilir.  İndi də Azərbaycanda bu müstəvidə genişmiqyaslı işlər görülür. Ölkə əhalisinin müxtəlif kateqoriyalarının və qruplarının, ilk növbədə uşaqların və gənclərin fiziki hazırlığının yüksəldilməsində bu mənada ciddi nailiyyətlər qeydə alınır. Sağlam həyat tərzi formalaşdırmaq məqsədilə müxtəlif proqramlar tətbiq olunur. Hazırda bu, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri və məqsədlərindən biri kimi təsbit edilir. Burada məqsəd həm də gənclərin vətənpərvər ruhda yetişməsinə nail olmaqdır. Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini ötən ay qəbul edərkən bu xüsusda prezident  İlham Əliyev qeyd edib: “Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər... Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır”. Hazırda  ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahəyə bilavasitə cavabdeh olan dövlət qurumları qarşısında dövlət başçısı tərəfindən konkret vəzifələr qoyulub. Bu da nəticə etibarı ilə idmanın inkişafı üçün mövcud bazaların, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yenilərinin yaradılması, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması istiqamətində mühüm uğurlar əldə edilib. Hazırda bu proses davam edir.

  • Görüləsi işlər də az deyil...

Azərbaycan üçün digər önəmli məqam odur ki, milli zəmində bədən tərbiyəsi və idman hərəkatının ən yaxşı ənənələrini qorumağa və bərpa etməyə, əhalinin bütün təbəqələrini aktiv fiziki fəaliyyətə maksimum cəlb etməyə yönəlmiş addımlar da öz müsbət nəticələrini verir. Dövlət nəzərə alır ki, fiziki və mənəvi mədəniyyət cəmiyyətin tərəqqisində böyük önəm kəsb edir. Bu, hər bir cəmiyyət üzvünün  formalaşmasına birbaşa təsir edir.  Məhz bu fenomen hər bir fərdin və bütövlükdə cəmiyyətin təkmilləşməsində özünün universal potensialını ortaya qoyur.

Müasir Azərbaycan cəmiyyətinin bütün sahələrində baş verən dəyişikliklərin keyfiyyəti əsasən təhsil potensialından asılıdır. Təhsil ümumbəşəri təcrübəni ardıcıl olaraq mənimsəyir və onu sivilizasiya axınına daxil edir, mədəniyyətin gələcək inkişafı üçün zəmin yaradır. Özünü inkişaf etdirmək və təkmilləşdirmək üçün ən mühüm amillərdən biri bilikdir. Bu mənada ölkəmizdə təhsil faktoruna xüsusi önəm verilir və bu, mənəvi inkiaşda böyük önəm kəsb edir. Təhsil öz növbəsində müxtəlif həyat vəziyyətlərində hər bir insanın özünü təkmilləşdirməsində mühüm önəm kəsb edir. Ümumiyyətlə, ölkəmizdə təhsil sistemi mənəvi və fiziki sağlamlıq probleminin həllinə hesablanıb. Bunlarla  yanaşı, bir sıra addımların atılmasına da ehtiyac var. Məsələn, ölkəmizdə bədən tərbiyəsi və idmanı təhsil müəssisələrinin əsas tədris planına vacib komponent olaraq daxil etmək zəruri şərtdir. Bu fonda sağlamlıq imkanları məhdud şagirdlər də daxil olmaqla tədris müəssisələrində  əlavə dərslər də salınmalıdır. Eləcə də gündəlik rejimdə bədən tərbiyəsi istirahət fəaliyyətinin komponenti sırasında olmalıdır. Bütün bunlar hər bir məktəbəqədər yaşda olan uşağı, şagirdi,  tələbəni, yeniyetmənin həftədə ən az 8-10 saat fiziki fəaliyyətlə məşğul olmasını təmin etməlidir. Uşaqların və gənclərin aktiv bədən tərbiyəsinə cəlb edilməsi ilə bağlı problemlərin həllində valideynlər də imkanlarını səfərbər etməlidir. Onlar bu fonda uşaqların asudə vaxtlarına xüsusi diqqət yetirilməlidir. Çünki bunlar uşaq və yeniyetmələrin fiziki, mənəvi inkişafında böyük önəm kəsb edir, cəmiyyəti dada sağlam hala gətirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ