çərşənbə axşamı günü, 10 noyabr 2026
     

BMU və DGKA-nın birgə təşkil etdiyi “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” öz işinə başlayıb - FOTO

Image


Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsi Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” öz işinə başlayıb.

BMU-dan “Bakı Xəbər”ə bildirilib ki, tədbirdə öncə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən və hər il təşkil olunan mötəbər konfransın bu dəfə DGKA ilə birgə təşkil olunduğunu önə çəkərək, bunun Azərbaycan ali məktəbləri arasında əməkdaşlığa gözəl nümunə olduğunu diqqətə çatdırıb.

Havar Məmmədov bildirib ki, konfransın təşkilində əsas məqsəd dünyanın müxtəlif universitet, akademiya, eləcə də elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək və  bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri digərləri ilə paylaşmaq, eyni zamanda, ortaq problemlərin həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.

Rektor ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə yüzlərlə təhsil müəssisələri və gənclər mərkəzlərinin açıldığını, 15 mindən artıq gənc azərbaycanlının sovet məkanının nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanlarının yaradıldığını bildirib.

Ulu Öndərin həmişə gənclərə xüsusi diqqət göstərdiyini nəzərə çatdıran rektor ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla icra olunduğunu deyən Havar Məmmədov cənab Prezidentin 2022-ci il 28 fevral tarixli müvafiq Sərəncamı ilə növbəti “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq olunduğunu bildirib. Rektor proqram çərçivəsində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2 min nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının təmin ediləcəyini söyləyib.

Elmi kadrların hazırlanmasında belə konfransların keçirilməsinin hər bir ali təhsil müəssisəsi, o cümlədən BMU üçün vacib olduğunu fikirlərinə əlavə edən rektor konfransa çox böyük maraq göstərildiyini deyib.  Ali təhsil ocağının rəhbəri konfransda məqalələrin qəbul edilib rəyə göndərilməsi, həmçinin konfransın bütün işlərinin gedişinə ümumi nəzarətin “Konfrans Elektron İdarəetmə Sistemi” vasitəsilə həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, statistikaya əsasən konfransa ümumi olaraq 950-yə yaxın məqalə daxil olub və anonim rəyçilər tərəfindən 585 ən yaxşı məqalə qəbul edilib.

Havar Məmmədov konfransa Türkiyə, Rusiya, Amerika, Macarıstan, İtaliya, Özbəkistan, Ukrayna və digər 10-a yaxın ölkədən məqalə göndərildiyini fikirlərinə əlavə edib. Bununla yanaşı, Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şamaxı, Quba, Mingəçevir, Lənkəran, eləcə də digər şəhər və regionlardan olan 40-a yaxın universitet, həmçinin AMEA-nın əksər institutlarından gənc tədqiqatçılar konfransa öz tezislərini təqdim ediblər.

Konfransda aktual problemlərlə bağlı məruzələrin dinləniləcəyini bildirən rektor gənc alimlərin gələcəkdə Azərbaycan elminin, təhsilinin, sənayesinin inkişaf etməsinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov konfransda iştirak etməkdən məmnunluğunu dilə gətirib. Pandemiyadan sonra ənənəvi konfransların təşkil olunmasını sevindirici hal kimi qiymətləndirən Akademiyanın rəisi DGKA-nın ilk dəfə digər universitetlə konfrans keçirdiyini bildirib, bunun iki universitet arasında əməkdaşlıq üçün başlanğıc platforma olacağına ümidvar olduğunu qeyd edib. Təlim-tədris prosesində DGKA-nın ən yaxından əməkdaşlıq etdiyi universitetin BMU olduğunu vurğulayan Qulu Novruzov bu tərəfdaşlığın səmərəli tərəflərini nəzərə çatdırıb. 

Qulu Novruzov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin edən əsgərlərin döyüş əzmi və şəhidlərin ruhu qarşısında olan borc kimi qarşımızda böyük məsuliyyətin qoyulduğunu bildirib. Qeyd edib ki, ali təhsil müəssisələrində professor-müəllim heyəti və tələbələr Azərbaycan əsgərinin döyüş ruhuna adekvat olaraq fəaliyyət göstərməlidir.

Akademiyanın rəisi gənc tədqiqatçılara həsr edilən konfransın mahiyyət etibarilə digər konfranslardan fərqli olduğunu, daha kütləvi elm sahələrini əhatə etdiyini söyləyib. Qulu Novruzov çıxışının sonunda konfransın təşkilində əməyi keçən hər kəsə öz dərin  minnətdarlığını çatdırıb.

Millət vəkili, Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova ulu öndər Heydər Əliyevin gənclərə, təhsilə verdiyi diqqət və qayğıdan  bəhs edib.

Ulu öndərin bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını bildirən Tamam Cəfərova bu sahələrin inkişafında dahi şəxsiyyətin misilsiz xidmətlərini vurğulayıb. Diqqətə çatdırıb ki, istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli Lider daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb. Heydər Əliyevin rəhbərliyi dövründəki illərin Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil olduğunu önə çəkən millət vəkili
ötən əsrin 70-80-cı illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması, gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaradılması yönündə görülən işləri sadalayıb.
Tamam Cəfərova bildirib ki, o illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması olub və məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı gəncin göndərildiyini xatırladan millət vəkili xüsusi olaraq vurğulayıb ki, o da Azərbaycandan kənar təhsil proqramının məzunu olduğu üçün çox xoşbəxtdir.
Ulu Öndərin müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymadığını, həyata keçirilən təhsil islahatlarından danışıb. Bildirib ki, elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarıb.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli ulu öndər Heydər Əliyevə həsr olunmuş konfransda iştirak etməkdən və alimlərin içərisində olmaqdan böyük şərəf duyduğunu bildirib. Nazirlik rəsmisi qeyd edib ki, bu elmi konfransın xüsusi özəlliyi 2 universitetin əməkdaşlığında qabarıq nəzərə çarpır.

Elmi araşdırmalar üçün universitetlər arasında əməkdaşlığın vacibliyinə toxunan Nicat Məmmədli bunu ümumilikdə elmi əlaqələrin daha səmərəli və nəzərəçarpan olmasını təmin edən məsələlər kimi önə çəkib. BMU-da ən məhsuldar alimlər cəmləşdiyini fikirlərinə əlavə edən N.Məmmədli gənc tədqiqatçılara öz tövsiyələrini verib, xarici dil biliklərinə yiyələnməyin və metodologiyanın öyrənilməsinin əhəmiyyətinə toxunub. Çıxışının sonunda gənclərə və tədqiqatçılara uğurlar arzulayıb.

Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin əməkdaşı, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov “Qarabağın tarixi irsinin tədqiqi və bərpasında milli-mənəvi dəyərlərin əhəmiyyəti”, BMU-nun Fizika kafedrasının dosenti Ülkər Abdurəhmanova  “AIII BIII C2VI tip üçqat birləşmələrin bəzi nümayəndələrinin xüsusiyyətləri”, DGKA-nın Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev “Post pandemiya dövründə rəqəmsal iqtisadiyyatın formalaşması” (The formulation of digital economy in post-pandemic situation) mövzularında məruzə ilə çıxış edib.

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov konfransın əhəmiyyətinə toxunub, tədbirin DGKA ilə birgə əməkdaşlıq şəraitində keçirildiyini bildirib. Konfransın əsas istiqamətlərinin mühəndislik, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləri olduğunu vurğulayan prorektor yekunda nəşrlərin  konfransın saytına (http://yric.az/) elektron qaydada yerləşdiriləcəyini fikirlərinə əlavə edib.

Sonra plenar iclasda çıxış edənlərə sertifikatlar təqdim edilib. 

Qeyd edək ki, ikigünlük konfrans öz işini ayrı-ayrı seksiyalarda hibrid formada davam etdirir. Konfransa Türkiyənin Kafkas Universiteti və İstanbul Universiteti, Macarıstanın Pecs Universiteti, Rusiyanın Qaqarin adına Saratov Dövlət Texniki Universiteti onlayn formada qatılıb. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ