çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Fəzail Ağamalı Əmək... Nazirliyi barədə fikirlərini arqumentlərlə əsaslandırır...

Image


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının Milli Məclisin iclasında etdiyi  çıxış qalmaqala səbəb olub. Deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) çağırış edib, nazirlikdən izahat tələb edib: “Çıxın televiziyaya, xalqa deyin ki, pensiyanızı biz kəsmişik. Biz nə günahın sahibiyik ki, hamı deputatın üstünə düşür? Bizi hər yerdə buna görə təhqir edirlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deputat Fəzail Ağamalıya cavabı isə bir qədər aqressiv tonda olub. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov açıqlamasında deyib ki, deputat populist çıxışlar edir: “Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır. Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir. Əlillik müddəti bitdiyi halda isə həmin müddətin uzadılması üçün yenidən qiymətləndirmə aparılmalı, bu məqsədlə yeni göndəriş daxil edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməlidir.

Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, bir millət vəkilinin populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur”.

Biz Fəzail Ağamalı ilə əlaqə saxlayıb, yaranmış situasiya ilə bağlı onun fikirlərini öyrəndik. Deputat “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövzu ilə bağlı bəzi KİV-ə açıqlama verib: “Düzü, mən bu mövzunu qapamaq istəyirəm. Sizə hörmətim olduğu  üçün bəzi detalları bölüşmək istərdim. Nazirliyin fəaliyyəti göz qabağındadır. Böyük əksəriyyət bunlardan narazıdır, onlar isə özlərini hamıdan üstün sayırlar. Bu nə yanaşmadır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdirinin mənə ünvanladığı qeyri-peşəkar və emosional cavab nazirliyin mövcud vəziyyətini özündə əks etdirir. Sözsüz ki, vətəndaşları narahat edən, cəmiyyətdə narazılıq yaradan məsələlərə aydınlıq gətirilməsinə ehtiyac var. Hesab edirəm, müxtəlif səbəblərdən pensiyaları kəsilən vətəndaşlara kütləvi informasiya vasitələrindən istifadə etməklə daha anlaşıqlı formada izah vermək vacibdir. Nəzərə almaq lazımdır ki, sənədlərini təqdim etmiş vətəndaşa elektron formada göndərilən, təxminən "sizə pensiya düşmür" formasında cavab məktubu bir çoxları üçün anlaşılan deyil. Belə olan halda, vətəndaş nazirlikdən onu qane edən cavab ala bilmədiyinə görə deputata üz tutur. Təbii ki, nazirlikdən deputatların da suallarına aydın cavab verilmir və vətəndaş deputatı nəinki tənqid, hətta təhqir etməyə başlayır. Həmin cavab dövlət qurumunun təmsilçisinə yaraşmır.  Fəzail Ağamalının məsuliyyəti hər kəsə bəllidir. Ana Vətən Partiyasının sədri və Milli Məclisin VI çağırış deputatı kimi cəmiyyətdə özümü təsdiq etmişəm, amma həmin şöbə müdirinin kim olduğu və orada nə qədər işləyəcəyi bilinmir. Yəqin, təkcə onun deyil, həm də onun başının üstündə duranın emosional cavabıdır. Görün, bu cür emosional mövqe nümayiş etdirən nazirlik hazırda nə gündədir? Sorğu keçirilsə aydın olar ki, bütün nazirlər içərisində Əmək və əhalinin sosial müdafiəsi nazirinə münasibət necədir... Bu gün bizə vergi, sahibkarlıq, əmlak, özəlləşmə ilə bağlı, demək olar ki, şikayətlər gəlmir. Deputatlara gələn ən çox haqlı şikayətlər məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı olur. Mən bu problemi gündəmə gətirdiyim üçün məsuliyyətsiz hesab edilməliyəm? Vətəndaşın pensiyasını kəsirsənsə, əvəzini ödəməlisən. Əlbəttə ki, saxta yolla özünə əlillik dərəcəsi alan vətəndaşlara haqq qazandırmıram, belə halların qətiyyən əleyhinəyəm. Amma istənilən halda, vətəndaşlarla diqqətli davranmaq lazımdır. Onlar aydan, göydən gəlməyiblər, Azərbaycan vətəndaşıdırlar. Adından da göründüyü kimi, həmin nazirliyin borcu əhalinin sosial müdafiəsini təmin etməkdir. Niyə nazirliyin əməkdaşları yerlərdə, rayonlarda insanlarla canlı görüşlər keçirmirlər, məsələləri elektron şəkildə həll edirlər? Rayonlarda, kəndlərdə pensiyaçıların internetdə izahat yazmaq imkanı varmı? Yoxdur.  Ona görə rayonlarda canlı görüşlər keçirməlidirlər, insanlar arasında izahat işləri aparmalıdırlar. Görsünlər ki, insanlar onları necə qarşılayacaqlar. Bu gün nazirlik mərhəmət ünvanına deyil, nifrət ünvanına çevrilib. Bu, bizi narahat edir. Bunlara cavab vermək əvəzinə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov yaşından fərqli açıqlama verir, məni məsuliyyətsizlikdə və populizmdə ittiham edir. Fikrimcə, hansısa səbəbdən pensiyalar dayandırılırsa, buna ədalətli yanaşma olmalıdır, obyektiv yanaşılmalıdır”.

Millət vəkili deyir ki, bir neçə ay əvvəl əksəriyyəti Qarabağ müharibəsinin qaziləri və veteranları olan 1000 nəfər imza toplayaraq Prezidentə və aidiyyəti qurumlara Sahil Babayevin məsuliyyətə cəlb edilməsilə bağlı müraciət ünvanlayıb: “ Nazirlik buna nə ad verəcək? Görürsünüzmü, narazılıq ifadə edən tək Fəzail Ağamalı deyil. Deputatın sözlərinə görə, həmin nazirlikdən kütləvi şikayətlər var. Bunlar özlərini çox yuxarıdan aparırlar. Xaricdə təhsil almaq, bir neçə xarici dil bilmək o anlama gəlmir ki, sən müstəsna səlahiyyətlərə maliksən və ya hamıdan üstünsən. Bu adamlar kütləvi narazılıq yaratdıqlarının fərqində deyillər. Çünki xalqdan tam ayrı düşüblər. Yalnız kabinetdə oturmaqla iş bitmir. Xalqın içinə çıxıb, onun problemləri ilə tanış olmaq lazımdır. Gedin görün, pensiyası kəsilən ayağı olmayan şəxs dərmanını hansı pulla alacağını sizdən hansı tonda  soruşacaq?  Əsaslı tənqidi belə qarşılamaq nazirlikdəku sağlam olmayan atmosferdən xəbər verir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ