Bazar günü günü, 07 iyun 2026
     

İSTEDADLI ALİM HAQQINDA GÖZƏL KİTAB

Image


Onilliklərdir ki, dünya xalqlarının alimləri haqqında sanballı kitabları nəinki oxuyur, həm də toplayıram. Azərbaycanlı alimlərimizin həyatı və elmi uğurları haqqında qələmə alınmış kitabları da nəzərdən qaçırmamağa çalışıram. Lakin nə qədər çalışsam da təəssüflər olsun ki, bəzən baş vermiş bu qəbildən olan hadisələrdəki gecikmə hallarını da etiraf etməliyəm. Onlardan sonuncusu haqqında təəssüratımı bölüşmək fikrinə düşmüşəm.

İstedadlı kimyaçı alimimiz, elmi uğurlarına və şəxsi keyfiyyətlərinə dəyər verdiyim professor Eldar Məmmədbəyli ilə xalqımızın müqəddəs bayramı – Novruz bayramı ərəfəsində görüşdük. O, yaxınlarda qeyd edilmiş yubileyi münasibəilə tərtib edilmiş kitaba ürək sözlərini yazaraq mənə hədiyyə etdi. Mənsə onu məmnuniyyətlə qəbul etdim. Bu şəxs həmkarları və digər sahə mütəxəssisləri arasında elmə dəyərli töhfələr vermiş, müsbət şəxs kimi ad çıxarmış həmyerlimizdir. ”Eldar Məmmədbəyli Alimin və mütəfəkkirin ömrünün səhifələri” adlı 390 səhifəlik kitab ötən ildə “Müəllim” nəşriyyatı tərəfindən nəfis halda nəşr edilmişdir. Kitabı yubatmadan mütaliəyə başladım. Alimimiz haqqında gözəl fikrim olduğu kimi elə öncədən bildirim ki, kitab haqqında da fikrim gözəl oldu, yəni alimin adına layiqdir bu kitab.

Həmin kitab həmkarım – kimya elmləri doktoru, professor Eldar Hüseynqulu oğlu Məmmədbəyli haqqındadır. Alimin 80 illik yubileyi ilə əlaqədar qələmə alınmış xatirələr, elmi yaradıcılığından bəhs edən esse və məqalələr toplusu halında işıq üzü görmüşdür. Topluda həmçinin alimi tanıyan digər peşə adamlarının onun həyatının maraqlı məqamları, ümumilikdə ömür yolu haqqında yazıları verilmişdir. Kitabı zənginləşdirən məqamlardan biri isə yubilyarın özünün yazdığı həyatı, doğulub böyüdüyü məkan, soy-kökü, eləcə də qurduğu ailəsi haqqında materialdır.

Kitabın redaktoru tanınmış yazıçı-filosof, AMEA-nın ilk Fəxri Fəlsəfə Doktoru Əlisa Nicatdır. Söz ustadı Əlisa müəllim yubilyarla şəxsən tanışdır, onun özünə və yaradıcılığına yaxından bələddir. Haqqında əvvəllər də yazmışdır. Bu dəfə isə yubiley kitabına da geniş əhatəli, gözəl redaktor sözü qələmə almışdır. Yazıda belə cümlələr vardır: “Kitabda toplumun müxtəlif zümrələrinin, ayrı-ayrı sənət sahiblərinin Eldar müəllim haqqında ürək sözləri, fikirləri verilmişdir. Çıxış edən alimlər onun əmək və elmi fəaliyyətinin müxtəlif aspektləri, apardığı işlərin faydalığı və aktuallığı barədə fikirlər söyləmişlər. Müəlliflər onun həyat fəaliyyətinin müxtəlif sahələrini öz baxış prizmaları ilə işıqlandırmağa çaışmışlar. Çox maraqlıdır ki, professorun bir alim kimi fəaliyyəti haqqında istər Respublikamızın tanınmış alimlərinin, istərsə də dünyanın tanınmış alimlərinin fikri üst-üstə düşür. Qeyd olunur ki, onun seçdiyi elm sahəsi aktualdır, apardığı tədqiqatlar müasir tələblərə uyğun şəkildə yerinə yetirilir. Bütövlükdə, kitabdakı yazı karvanında iştirak edən müəlliflərin məqalələrində Eldar müəllimin örnək olan bir alim, nümunəvi bir insan, haqq-ədalət tərəfdarı, vətənini, dövlətini ürəkdən sevən bir vətəndaş obrazının konturları əks olunur”. Yubilyar haqqında həqiqət necə də dəqiq və aydın ifadə edilmişdir. Redaktor yazısını belə bitirir: “Əminəm ki, professor Eldar Hüseynqulu oğlu Məmmədbəylinin 80 illik yubileyinə həsr olunmuş bu kitab rəğbətlə oxunacaq, elmə, zəhmətə, vətənpərvərliyə, mərdliyə münasibəti aşılamağa meyl yaradacaq”.

İlk fəsil alimin doğulub böyüdüyü məkan, soy-kökü və ailəsi haqqındadır. Yubilyar doğulub böyüdüyü ailəni, kəndi, dağları səmimiyyətlə təsvir edir. Valideynləri haqqında, hətta, onların soyu haqqında ətraflı məlumat verilir. Böyük Vətən Müharibəsi öncəsi doğulan bu insan uşaqlıq və gənclik illərinin çətinliklərini real hadisələrlə, boyalarla etiraf edir. Həmçinin onu elm adlı zəngin aləmə aparıb çıxarmış dərslərə, fənlərə marağını, həvəsini və məktəbə, müəllimlərə hüsn-rəğbətini göstərə bilmişdir. Yubilyarın olmuşları söyləyərkən səmimiliyi oxucuda oxuduqlarına qarşı inam yaradır. Doğma kəndinin ətrafındakı dağlar, dərələr, çaylarla birlikdə yaratdığı gözəlliyi aydın təsvir etməyi bacarır. Maraqlıdır ki, alimin son illərdə doğma Arısu kəndi haqqında yazdığı və mətbuatda dərc edilmiş böyük həcmli şeiri də kitaba daxil edilmişdir. Misralarda onun kəndinə, ətrafdakı dağlara, təpələrə, meşələrə və daha nələrə məhəbbəti, vurğunluğu uğurla ifadə edilmişdir. “Arısu” şeirindən iki bəndə diqqət yetirək. Birində doğma kəndini necə məhəbbətlə təsir edir:

Dağların sərt zirvəsiylə,

Kəkliklərin nəğməsiylə,

Qartalların qıy səsiylə,

Şirin yuxudan oyanan,

Günəşlə doğan Arısu.

Şeirin digər bəndində isə atasını da ehtiramla xatırlayır:

Mən Eldaram Arısulu,

Sinəm xoş sözlərlə dolu.

Atam şair Hüseynqulu,

Yolum da Söhrabın yolu,

Bu yol uğurlarla dolu.

Təbii ki, şeir sevgidən doğulmuş hisslərin ifadəsi, iftixar hisslərinin təzahürüdür. Məhz bu səbəbdən misralar xoş təsir bağışlayır.

Kitabın növbəti fəsli alimin həyatı, elmi, pedaqoji, habelə digər fəaliyyətləri haqqında yazılar toplusundan ibarətdir. Onları kimyaçı alimlərimiz yazsalar da xoşagələn haldır ki, yubilyarın təkcə elmi işlərini işıqlandırmaqla məhdudlaşmamış, təhsil, elmi kadrlar hazırlanması və ictimai sahədəki fəaliyyətini də qeyd etməklə diqqətə çatdırmışlar. Eldar müəllimə bələd olan, onunla bir institutda işləmiş, digər şəhərlərdən olub birgə tədqiqatlar aparmış, onun rəhbərliyi altında dissertasiya işi yerinə yetirmiş adamlar yazmışlar. Bu qəbildən olan ilk yazının müəllifi bizim görkəmli alimimiz akademik Əjdər Məcidova məxsusdur. Əjdər müəllim gənclik illərində Moskvada, SSRİ EA-nın Kimyəvi–Fizika İnstitutunda Eldar müəllimlə tanış olmuşdur. Sonralar Bakıda Respublikamızın EA-nın institutlarında çalışmışlar. Məqalədə Eldar müəllimin apardığı elmi işlər barədə akademikin etdiyi qeydlərdən bəzi parçaları sitat gətirək: “İlk dəfə xlor tərkibli norbornen törəmələrini sintez etmişdir, asimmetrik sintezin ilk inkişaf dövrlərində bu sahədə işləyən ilk pionerlərdən biridir. Onun apardığı işlər dünyada asimmetrik sintez sahəsində tanınmış nüfuzlu alimlər: K.Narasaka, H.B.Kaqan, K.Koqa və digərləri tərəfindən qəbul edilmiş və bu işlərə yüksək qiymət verilmişdir. Müalicəvi neftlərin optiki aktivliyinin öyrənilməsi sahəsində geniş tədqiqat işləri aparılmış və yüksək nəticələr əldə edilmişdir”.

Onilliklərlə Eldar müəllimlə eyni institutda fəaliyyət göstərmiş digər akademik Akif Əzizov isə oxucunun diqqətini yubilyarın elmi işləri ilə yanaşı digər fəaliyyət sahələrinə də yönəltmişdir. O yazır: “Eldar müəllim tələbələrin təhsilinə də vaxt və əmək sərf edir. Azərbaycan Dövlət Tibb Universitetinin buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Komissiyasının sədri olmuşdur, ictimai işlərlə də məşğul olur. 1999-cu ildən başlayaraq uzun müddət AR Səhiyyə Nazirliyinin Əczaçılıq müəssisələrinə nəzarət edən daimi komissiyanın üzvü olmuşdur. 2000-ci ildə Ukrayna Respublikasında olan Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olmuşdur. Bir çox populyar və publisistik məqalələrin müəllifidir”.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı yazır: “yapon (K.Koqa və b., 1979) və amerika (V.R. Rouşet və b., 1982) alimləri tərəfindən Eldar müəllimin bu işləri prioritet kimi qəbul edilmiş və inkişaf etdirilmişdir. Daha sonra bu işlərə dünyanın bir sıra aparıcı alimlərinin əsərlərində istinadlar edilmişdir (Y.Mori, 1982; M.Noqradi, 1989; K.Narasaka, 1991; H.V. Kaqan, V.D. Riant, 1992 və s.).

Rusiyalı alimlər də yubilyarın əldə etdiyi elmi nəticələri yüksək qiymətləndirmişlər. REA-nın görkəmli kimyaçı alimləri: “Jurnal Orqaniçeskkoy Ximii” jurnalının baş redaktoru, MDU-nun professoru, akademik İ.P. Beletskaya, uzun müddət EÜBİ-nin direktoru işləmiş akademik Y.N. Bubnov, KFİ-nin laboratoriya müdiri, professor R.Q. Kostyanovski və başqaları Eldar müəllimin işlərinə yüksək qiymət vermişlər.

Məqalə müəllifi daha sonra yazır: “Eldar müəllim yüksək ixtisaslı kimyaçı kadrların yetişdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi və məsləhətçiiyi ilə 6 fəlfəsə doktorluğu və 3 elmlər doktorluğu dissertasiyası işi yerinə yetirilmiş və uğurla müdafiə edilmişdir. O, həmçinin bir çox dissertasiya işlərinin rəsmi opponenti olmuşdur.

Professor Eldar Məmmədbəyli AMEA NKPİ-nin Elmi Şurasının, həmçinin institut nəzdindəki Dissertasiya Şurasının, “Azərbaycan Əczaçılıq və Farmakoterapiya”, “Neft kimyası və neft emalı prosesləri” jurnallarının Redaksiya şurasının üzvüdür.

Necə də xoş haldır ki, Eldar müəllimin dostlarının da fikirləri bu fəsildə yer almışdır. Onlardan biri, texnika elmləri doktoru, dosent Sahib Yunusov öz dostu haqqnda nələr yazmışdır? Təbii ki, maraqlıdır. İlk öncə bir məqamı yada salaq ki, bu dostu professor E.H. Məmmədbəyliyə “elimizin milli qəhrəmanı” deyə müraciət edir. Gəlin onun yazdıqlarından bəzi məqamlara birgə baxaq: məlum oldu ki, Eldar müəllimin yubileyi ilə əlaqədar kitab tərtib olunur. Ona görə mən də öz ürək sözlərimi yazmaq qərarına gəldim və özü bütöv, sözü bütöv, sözünün çəkisini bilən, hünəri özündən çox böyük, doğrunu deməyi bacaran, görkəmli bir ziyalımız haqqında yazmağı özüm üçün şərəf bildim.

Mən Eldar müəllimi uzun illərdir tanıyıram. Ölkəmizin gözəl bölgələrindən biri olan Gədəbəy rayonunda doğulub, dağlar oğludur, şərəfini həmişə o dağlar kimi uca tutan, ürəyi o dağlardan axan bulaqların suyu kimi saf, xasiyyəti o dağların mehi kim həlim olan Eldar müəllim gözəl kimyaçı alimdir, çoxlu yetirmələri var. Əziz qardaşıma yeni-yeni yaradıcılıq uğurları, cansağlığı, xoşbəxtlik və qalan ömrünü sağlam yaşamağı arzulayıram!

Yubilyarın yetirməsi, kimya üzrə fəlsəfə doktoru İsa Cəfərovun hazırladığı yazıda fərqli məqamlara rast gəlirik. O da elmi rəhbərinə qarşı diqqətlə yanaşmış və müəyyən cəhətlərin şahidi olmuşdur. Həmin cəhətlərdən bir neçəsini misal gətirərək: “Eldar müəllim öz doktorant və dissertantları ilə münasibətlərini xoş ünsiyyət, demokratik prinsiplərlə qurur, o, inzibati amiranəlik üsullarından çox uzaq bir insandır. Bütün bunları şəxsən mənə qarşı olan münasibətində görmüşəm. Bunlarla yanaşı o, elmi işlərdə əməkdaşlarına qarşı ciddi və prinsipial mövqe sərgiləyir. Eyni zamanda, əməkdaşlarına və tələbələrinə əlindən gələn köməyi əsirgəmir. Eldar müəllimin rəhbərliyi, təmənnasız və xeyirxah münasibəti nəticəsində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa nail oldum. Bütün bunlara görə ona dərin minnətdarlığımı bildirirəm. Eldar müəllimi qürurlu, qətiyyətli, heç kimə əyilməyən, tələbkar, ədalətli, elmdə güzəştə getməyən bir insan kimi tanımışam. Yaltaqlıq, məddahlıq və riyakarlığa nifrət edir. Hər kəsin sözünü üzünə deyir, arxasınca danışmır”.

Professor Məmmədbəyli haqqında düşüncələrini yazan digər yetirməsi kimya üzrə fəlsəfə doktoru, dosent İlqar Əyyubovdur. O da elmi rəhbərinin istedadlı alim olduğunu etiraf edir, lakin digər cəhətlərini də xüsusilə qeyd etməyi özünə borc bilir. Əyyubov yazır: “Mən elmlər doktorluğu işi üzrə öz işlərimi davam etdirərkən yenə də o mənə hərtərəfli köməklik göstərmişdir. (Sonradan mənə çatan informasiya nəticəsində bildim ki, İ. Əyyubov Eldar müəllimin rəhbərliyi ilə 2021-ci ilin dekabr ayında elmlər doktorluğu dissertasiya işini uğurla müdafiə etmişdir).

Mən yazının bu hissəsində professoru bir alim kimi xarakterizə etməyə çalışdım, indi isə onun bir insan kimi xasiyyətlərindən bəzi ştrixləri nəzərinizə çatdırmaq istəyirəm:

1. Çox sadə insandır, təvazökardır, hər cür təmtəraqdan uzaqdır. Güman edirəm ki, onun bu cür olmasında Moskvada Kimyəvi-Fizika İnstitutunda və Element-Üzvi Birləşmələr İnstitutunda keçdiyi məktəblərində güclü təsiri olmuşdur. Hesab edirəm ki, bu amillərin böyük rolu olsa da, insan lap uşaqlıqdan formalaşdığından, bunlar onunla birlikdə doğulmuşdur.

2. Mərddir, qorxmazdır, sözü üzə deyəndir, pislik etmək ona yaddır, çox xeyirxahdır, haqq-ədalət sevəndir, həmişə düzgünlüyün yanındadır.

3. Yeniliyi sevir, köhnə patriarxal münasibətlərdən zəhləsi gedir, fanatikliyi qəbul etmir, dünyəvi dəyərlərə daha çox üstünlük verir.

4. Hər cür məddahlığa, yalançılığa, satqınlığa dözümsüzdür (kim bilir, bəlkə də özü bunları bacarmadığına görə).

5. Vətənini, xalqını, doğulduğu torpağı çox sevir. Torpağa bağlı bir insandır.

6. Yüksək əxlaqa malikdir, ailəsinə çox bağlıdır, həmişə ailəsi ilə bir yerdə olmağa çalışır. Hətta, məzuniyyət zamanı belə ailəsindən ayrı qalmır.

Eldar müəllim bütövlükdə, laboratoriyada öz əməkdaşlarına və dissertantlarına həmişə həssaslıqla və qayğı ilə yanaşır. Bunu mən onu tanıdığım 20 ildən çox müddətdə müşahidə etmişəm. O mənə təkcə qayğıkeş rəhbər kimi yox, həm də ortaya çıxan digər problemlərdə həmişə atalıq qayğısı göstərir.”

Bu çür səmimi sözləri oxumaq necə də xoşdur.

Bu fəsildə tanınmış rus alimi Konstantin Koçetkovun “Tanınmış alim, etibarlı dost” adlı təbrik məqaləsi də yer almışdır. O, Rusiya EA Element-Üzvi Birləşmələr İnstitutunun laboratoriya müdiri, D.İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin “Biotibbi preparatların kimyası və texnologiyası” kafedrasının professorudur. Professor Koçetkovun yazısından bəzi par-çaları oxucuların diqqətinə çatdırmağı gərəkli bilirik. “Ənənəyə görə ad günlərində və bayramlarda mən onu ya telefonla, ya da elektron poçtla təbrik edirəm. Bu dəfə onun 80 illik yubileyi olduğundan səmimi xatirələrimi və hisslərimi məqalə halında yazmaq qərarına gəldim.

Hər dəfə onun Moskvaya gəlişi zamanı biz görüşürük və xiral bioloji aktiv maddələrin asimmetrik sintezlə alınması və onların praktiki cəhətcə faydalı xassələrinin tədqiqi üzrə birgə işlərin aparılması imkanlarını müzakirə edirik.

Çox enerjili və müvəffəqli insan olan professor E.H. Məmmədbəyli gələcək birgə işlərimizin aparılması haqqında institutlarımızın arasında rəsmi beynəlxalq elmi-texniki müqavilənin bağlanmasına çalışırdı. Onun səyi nəticəsində 2005-ci ildə AMEA ilə REA arasında bağlanmış Sazişin tematik planına professor E.H. Məmmədbəylinin rəhbərlik etdiyi iki elmi istiqamət daxil edilmişdir.

Qeyd etmək istəyirəm ki, uzun illər bakılı alimlərlə birgə işlər yerinə yetirmiş və Eldar Məmmədbəylini yaxşı tanıyan akademiklər İrina Petrovna Beletskaya, Yuri Nikolayeviç Bubnov və professor Remir Qriqoryeviç Kostyanovski vaxtıyla onun namizədliyini AMEA-nın müxbir üzvlüyünə təkidlə təqdim etmişlər. Bu isə onun böyük elmi xidmətlərinin və yüksək insani keyfiyyətlərinin şübhəsiz sübutudur”.

Professor Koçetkovun Bakıda keçirdiyi ezamiyyət günləri haqda da qeydləri vardır. Həmin qeydlərdən də bəzi məqamlara baxaq: Bakıda olduğumuz unudulmaz həftə ərzində biz hər gün görüşürdük və birgə işlərimizin nəticələrini müzakirə edirdik, gələcəyə planlar qururduq. Eldarın fantastik enerjisi sayəsində və geniş tanışlıq dairəsində mən nəinki məhsuldar işləyirdim, həm də gözəl istirahət edirdim və Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış olurdum.

Hazırda AMEA-nın NKPİ və Rusiya Elmlər Akademiyasının EÜBİ-nin arasındakı 2018-ci ildə bağlanmış 1/18 saylıelmi-texniki Müqavilə əsasında bizim birgə elmi tədqiqatlarımız davam etdirilir. Aparılmış işlərimizdən alınmış nəticələr təkcə Rusiya və Azərbaycanın nüfuzlu elmi jurnallarda deyil, həmçinin bir sıra beynəlxalq jurnallarda da – Tetrahedron, Green and Sustainable Chemistry – dərc edilmişdir.

Şübhə yoxdur ki, istənilən COVİD-lərə baxmayaraq E.H. Məmmədbəyli Azərbaycanın rolunu dünya miqyaslı elmi tədqiqatlarda yüksəltmək üçün hələ çoxlu işlər görə bilər. Əziz dostumu və həmkarımı şərəfli 80 illiyi münasibətilə öz adımdan və çoxsaylı moskvalı dostları adından təbrik edir, ona möhkəm cansağlığı və uğurlar arzlayıram.

Nə demək olar? Əlbəttə, kifayət qədər səmimi və dolğun təbrikdir. Belə təbrik yalnız insanın həm elmi imkanlarına və uğurlarına, həm də şəxsi dəyərlərinə yaxşı bələd olan şəxsin qələmindən çıxa bilər.

Eldar müəllim ali təhsilini Azərbaycan Tibb Universitetndə aldığından təbii ki, oranın əməkdaşları arasında onun dost-tanışları az deyildir. Əczaçılıq fakültəsində oxumasına baxmayaraq əczaçılarla yanaşı digər sahə mütəxəssisləri ilə də sıx əlaqə saxlamaqdadır. Onların da bir neçəsinin təbriki kitabda özünə yer tapa bilmişdir.

Təbrik müəlliflərindən biri tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Yaqub Məmmədovdur. O yazır: “Azərbaycanda optiki fəal maddələrin laboratoriya şəraitində optiki aktiv şəkildə alınması sahəsində ilk pionerlərindən biri olduğundan bu sahədən elə həvəslə danışırdı ki, qarşımda bir fanatik elm adamı dayandığını hiss edirdim. Eldar müəllimin rəhbərliyi ilə sintez edilən yeni kimyəvi birləşmələrin antimikrob xassələrinin tədqiqi sahəsində bizim universitetin əməkdaşları ilə birlikdə elmi tədqiqat işləri aparılır. Alınan yüksək nəticələri onlar birgə dərc edirlər. Sevindirici haldır ki, o, oxuduğu əczaçılıq fakültəsi ilə həmişə əlaqə saxlayır.

Mən Eldar müəllimin Azərbaycanın milli azadlıq hərəkatında və müstəqillik uğrunda mübarizədə fəal vətəndaş mövqeyindən iştirak etdiyini xüsusi qeyd etmək istəyirəm. O, Azərbaycanın müstəqilliyinin onun üçün hər şeydən üstün olduğunu həmişə qeyd edir”.

Yubilyarla eyni fakültədə paralel oxumuş, əczaçılıq elmləri doktoru, professor Qayıbverdi İskəndərovun da qeydləri maraqlı və səmimidir. Onun belə qeydləri vardır: ”Eldar müəllim tələbəlik illərində özünü bacarıqlı, zəhmətkeş tələbə kimi göstərmiş, təhsil sahəsində çox böyük uğurlara nail olmuşdur. Elmi dərnəklərin seçilən və qabaqcıl üzvlərindən biri kimi ali məktəblərarası “Tələbə Elmi Cəmiyyəti”nin konfranslarında dəyərli məruzələrlə çıxış etmiş, müvafiq tərifnamələrə və birinci yerlərə layiq görülmüşdür. Tələbəlik illərində kimya fənninə bu cür maraq onun gələcək fəaliyyətinin təməlini qoymuşdur.

Eldar müəllim əsl dostdur. Yaxşı yadımdadır, mənim dissertantım bitki xammalından əldə etdiyi saponinləri kimyəvi-toksikoloji cəhətdən tədqiq edirdi. Bu maddələrin quruluşlarının fiziki-kimyəvi üsullarla tədqiq olunmasına böyük ehtiyac var idi. Professor yaxınlarda Moskvaya elmi ezamiyyətə getməsi nəzərdə tutulduğunu bildirdi və orada həmin tədqiqatların yerinə yetirilməsi imkanını vurğuladı. O, əsil kişi kimi dediyi sözlərə əməl etdi, maddələrin nüvə-maqnit rezonans spektroskopiya və kütlə spektrometriya üsullarla tədqiqinin nəticələrini təqdim edərək interpretasiyasını izah etdi.

Eldar müəllim çox dəyərli alim və həmçinin, bacarıqlı, səriştəli müəllimdir. Mən buna bir neçə illər ərzində əczaçılıq fakültəsinin məzunlarının dövlət imtahan komissiyasının sədri vəzifəsini icra edəndə şahidi olmuşam. Bu dövrlər ərzində də Eldar müəllimin çox prinsipial, obyektiv, dəqiq bir mütəxəssis olduğunun şahidiyəm.

Tibb sahəsi mütəxəssislərindən daha üç alimin təbriki kibabda öz əksini tapmışdır. Onların da məğzini oxuculara çatdırmaq tam yerinə düşərdi. Tibb elmləri doktoru, professor, əməkdar müəllim Akif Qurbanov yubilyarı “görkəmli alim, fədakar və yorulmaz tədqiqatçı”, fəlsəfə elmləri doktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Ağazadə “ədalətli, dönməz insan” və biologoya üzrə fəlsəfə doktoru, dosent Hüseyn Abıyev isə “təvazökar, təmənnasız və alicənab insan” adlandırmışdır.

Eldar müəllim təbiətcə ünsiyyətli insandır. Onun dost-tanışları arasında müxtəlif sahələrdən olan insanlar az deyil. Belə olan halda kitabda humanitar sahənin alim və ziyalılarının da yubilyara təbriklərinin yer alması təbiidir. Belələrindən biri Ramiz Əliyevdir, psixologiya elmləri doktoru, professor, əməkdar müəllim. Ramiz müəllim həm də yubilyarın xalası oğludur, onu uşaqlıq illərindən tanıyır. Onun təbrikindən bəzi qeydləri nəzərə çatdırmaq yerinə düşər:

Məşhur psixoloq Perelzin bir sözü var: “İnsan başqalarına bənzəmək istəməyəndə, öz təbiəti, mahiyyəti, iç dünyası necədirsə, elə olduqda şəxsiyyət olur. Başqasına bənzəyən insan özünü itirir”.

Eldar Məmmədbəyli də belə şəxsiyyətdir. Bütövdür, dəyişməzdir, öz həqiqətləri, öz prinsipləri var. Belə adamlar sözün əsl mənasında “BÖYÜK ŞƏXSİYYƏTDİRLƏR”. Ümumiləşdirib belə demək olar: “ELDAR MƏMMƏDBƏYLİ BÖYÜK ŞƏXSİYYƏTDİR”.

Hesab edirəm ki, mən Eldar müəllim haqqında bir neçə parametrdən danışa bilərəm. Bi-rincisi, onu uşaqlığından bəri yaxından tanıyan bir adam kimi. İkincisi, çox müxtəlif situasiyalarda birlikdə olduğumuza görə. Üçüncüsü, onu bir alim kimi dəyərləndirdiyimə görə. Dördüncüsü, onun bir vətəndaş kimi mövqeyini bildiyimə görə.

Ali məktəbi fərqlənmə diplomu ilə başa vurub. Ona görə də ixtisasını gözəl bilir. Alim kimi onunla fəxr etmək olar. Azərbaycanda çox böyük alimlər onun uğurlarına qibtə edə bilər.

Eldar müəllimi başqalarından fərqləndirən bir xüsusiyyət də var. Bizdə, adətən, insanlar imkanlı, varlı qohumların, tanışların, hətta tanımadıqlarının yanında olmağa can atırlar. O isə kasıbın, imkansızın yanında olmaq, onunla söhbət etmək, heç olmasa qısa müddətə də olsa onun əhvalını yaxşılaşdırmaq istəyir. Eldar müəllim həqiqəti, onun kimliyini elə dəlillərlə, həm də nümayişkəranə şəkildə göstərir ki, sonu qanqaraçılığı ilə qurtarır. Yəni sübut edir ki, ay filankəs sən busan.

İnsanlar arasında olmağı xoşlayır. Müzakirələr açır. Ona görə də hər kəs onun söhbətlərinə maraqla qulaq asır. Amma burada bir məsələ də var. Hər kəs Eldar müəllimlə polemikadan qaçır. Çünki polemikada güzəşt yoxdur.

Kitabda rastlaşdığım digər maraqlı və xoş fakt. Redaktor yazıçı-filosof Əlisa Nicat həmçinin iki təbrik yazısını və bir şeirini də kitaba daxil etmişdir. Yazılardan biri “Elm və müdriklik” adlanır və Məmmədbəylinin 70 illiyinə yazılmış, “Hürriyyət” qəzetində (24 yanvar 2011-ci il) dərc edilmişdir. Onun etirafları belədir:

“Mən Eldar müəllimlə hələ keçən əsrin 90-cı illərinin ortalarından tanışam. Bunun tarixi isə o vaxtlar təzəcə çapdan çıxan “Ruhların söhbəti” adlı kitabımı alan Eldar müəllimin reaksiyasından başlayır. Sonrakı görüşlərimizdə o, bu kitabdan elə danışdı, onun məziyyətlərindən elə dəqiq və ürəklə bəhs etdi ki, doğrusu məəttəl qaldım. Əvvələn, ilk dəfə idi ki, belə fəlsəfi-publisistik yazıları oxuyan, ikincisi isə dəqiq və incə zövq sahibi və qavrayan görürdüm”.

Əlisa müəllimin “Elm korifeyi” adlanan (“Hürriyyət” qəzet, 25-28 yanvar 2016-cı il) ikinci yazısında da maraqlı məqamlardan bəhs olunur. Belə etiraflarını xatırlayaq: “Eldar müəllim peşəkar filosof deyil, kimyaçı və əczaçı olsa da, filosoflarla söhbət və mübahisə edə bilən bir müdrikdir. Onun kimya elmi sahəsindəki nailiyyətləri və zəngin biliyi çoxdan ona elmlər doktoru və professor dərəcəsi qazandırıb, respublikamızdakı bir çox elmi müəssisə və təşkilatların üzvü, sədri və iştirakçısı etsə də, Eldar müəllimin böyüklüyü onun dünyagörüşündə, söhbət və çıxış-larında daha çox üzə çıxır. Bizdə, adətən, elmlər doktoru və professorlar öz sahələrindən başqa çox az şey bilirlər. Eldar müəllim isə kimya, tibb, fizika, ədəbiyyat və fəlsəfəyə çox dərindən bələddir və onun söhbətlərini maraqlı edən də budur. Bir də odur ki, o, təbiətən sağlam düşüncə sahibi olan bir insandır. Bu isə bizdə, alimlərimiz arasında çox nadir xüsusiyyətdir”.

Kitabda rastlaşdığım xoş məqamlardan biri də bu oldu ki, yubilyara şeirlər də ithaf edildi-yinin şahidi oldum. Əslində həmin misralarda şair təbiətli insanların qəlbində yubilyara qarşı yaranmış hisslər, həyəcanlar, fikirlər, qənaətlər ifadə edilmişdir. Əlisa müəllimin imzasıyla da şeir vardır. Qələm sahibi yubilyara müraciətində əminliklə deyir:

Mən bilirəm yüzündə də

Belə cavan qalacaqsan.

Bəsirətli, cəsarətli

Bir qəhrəman qalacaqsan.

Bu sözlər, belə əminlik təbii ki, yubilyarı yaxından tanıyan, ona hörmət bəsləyən və qəlbi xoş arzularla döyünən insanın dilindən gələ bilər. Bu misralar şair qəlbli insanın qələmindən süzülə bilər. Məgər başqa cür mümkündürmü?

Siyasi partiyalardan birinin başçısının təbrikinə də rast gəlirik. Bu – Sərdar Cəlaloğludur. Bu təbrik də vaxtı ilə mətbuat (“Hürriyyət” qəzeti, 30 iyun 2020-ci il) vasitəsiyə ictimaiyyət arasında yayımlanmışdır. Onun bilavasitə gördüyü, şahidi olduğu cəhətləri yazıda qabartması yazını oxucu üçün dəyərli edir. Müəllifin yazısındakı Məmmədbəylinin fərqli cəhətləri haqqındakı məlumatı oxucunun diqqətinə çatdırmaq yerinə düşərdi. Məsələn, Eldar müəllim haqqında Sərdar müəllimin belə qənaətləri vardır:

“Bizim “Eldar müəllim” kimi müraciət etdiyimiz Eldar Məmmədbəyli çoxlu elmlər doktoru və elmlər namizədi yetişdirmiş, çoxsaylı elmi məqalələrin müəllifi və ölkə sərhədlərindən çox-çox uzaqlarda etiraf edilən alim, həm də aktiv siyasətçi, demokratiya və insan haqları uğrunda fəal mübariz bir insandır. Mən onu həqiqi vətəndaş kimi tanıyıram və Eldar müəllim həqiqi alimlik məsuliyyətini dərk edən bir ziyalı kimi, digər alimlərdən çox-çox önə çıxır.

Mən Eldar müəllimi uzun illər ən müxtəlif vəziyyətlərdə müşahidə etmişəm. İcazəli-icazəsiz mitinqlər, rəsmi və təmtəraqlı iclaslarda, el şənliklərində, toylarda, yaslarda həmişə Eldar müəllimin şəxsiyyətinin bütünlüyünün, onun prinsipiallığının, məsuliyyətliliyinin şahidi olmuşam.

Bir çoxlarından fərqli olaraq, Eldar müəllim çox iş görüb, az danışan insanlardandır. O, gördüyü hər işi bir alim, bir vətəndaş mövqeyi ilə görür, həmişə özünün fədakarlıqlarını millət, dövlət və silahdaşları qarşısında bir vəızifə və borc hesab edir”.

Üçüncü fəslə professor Eldar Məmmədbəylinin publisistik və bədii əsərləri daxil edilmişdir. Müxtəlif mövzularda qələmə alınmış və oxucuda xoş təəssürat oyadan elmi-publisistik məqalələr respublikamızın nüfuzlu qəzet və jurnallarında dərc edilərək geniş ictimaiyyətə çatdırılmışdır. Burada alimin Naftalan neftinin tədqiqi işlərinə dair müsahibəsi də vardır. Eyni zamanda Eldar müəllimin “Sarıtel” adlı şeiri də yer almışdır.

Sonuncu fəsildə yubilyarın elmi əsərlərinin biblioqrafiyası, elmi rəhbərlik, təltiflər, rəylər, zəmanətlər, fotoşəkillər toplanmışdır. Elmi əsərlərinin biblioqrafiyasında dövri, ardı davam edən və seriyalı nəşrlərdə dərc olunmuş elmi məqalələr verilir. Alimin ümumilikdə dərc edilmiş 480-dən artıq əsərinin burada bir qismi göstərilir. Elmi məqalələrin adlarından onların dəyərlilik dərəcəsi, müxtəlif ölkə jurnalarının adlarından isə necə nüfuzlü məcmuələrdə yer aldıqları məlum olur. Kitabda çoxlu sayda şəkillər də verilir. Onların bir qismi yubilyarın müxtəlif illərdə çəkilmiş şəxsi şəkilləridir. Həmçinin ailə üzvləri, dost-tanışlari ilə birgə çəkilmiş şəkillər də vardır. Şəkillər də sanki dil açaraq çox məqamlardan danışır. Eldar müəllim doğma republikamızın guşələrini həvəslə gəzir, xarici ölkələrə səfər edir. Şəkillərin digər qismi isə yerli və əcnəbi həmkarları ilə olanlardır. Bu şəkillər qalereyası bir daha göstərir ki, professor Məmmədbəyli geniş maraq dairəsinə malik və ünsiyyətli şəxsdir. Elmi əlaqələr yaratdığı görkəmli alimlərlə də birgə şəkilləri verilir. Rəhbəri olduğu laboratoriyanın kollektivi ilə də bir neçə şəkil burada yer almışdır. Kitab epiloqla bitir. Epiloqa yubilyar əlavə yazmışdır. O, bu bölmədə bəzi fikirlərini oxucularla bölüşməyi vacib hesab etmişdir. Həmin fikirlər də səmimiyyətlə söylənildiyindən elə oxucu tərəfindən də səmimiyyətlə qarşılanır.

Etiraf edim ki, bu yubiley kitabını məmnuniyyətlə oxudum. Müxtəlif sahələrin mütəxəssisləri olan onlarla insanın hörmət, diqqət və zəhməti ilə yoğrulmuş bu sanballı əsər fikrimcə istedadlı və yüksək nəticələr əldə etmiş alimimizə əslində dəyərli yubiley hədiyyəsidir. Eyni zamanda yazılardan belə qənaətə gəlmək mümkündür ki, onilliklər ərzində tanıdığım Eldar Məmmədbəylini digərləri də xalqımızın layiqli övladı kimi tanıyır. Bu isə kifayət qədər məmnunedici qənaətdir.

Sonda isə hörmətli həmkarım professor Eldar Məmmədbəyliyə səmimi müraciətim vardır. Yubiey kitabı tərtibi haqda zamanında eşitsəydim, təbii ki, mən də ürək sözlərimi qələmə alardım. Necə deyərlər, olan oldu, keçən keçdi. Hörmətli Eldar müəllim, nə Sizdən, nə də məndən asılı olmayaraq buraxılmış boşluğu, pozitiv şəxslər olaraq gəlin bu yazımla doldurulmuş sayaq. Belə daha yaxşı olar. Üstəlik də mən öz tərəfimdən sizə möhkəm sağlamlıq, ürəyinizcə üzün ömür, xeyir-bərəkət, xoş günlər və elmimiz naminə, xalqımızın sağlamlığı naminə yeni uğurlar arzulayıram.

Rəsul RƏXŞANLI,
kimya üzrə fəlsəfə doktoru.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənilərin Başkəndi Azərbaycanın hansı kəndi ilə dəyişdirilə bilər? - Paşinyan niyyətini açdı...

Vətən müharibəsi və Milli Qəhrəmanların təqaüdlərini bərabərləşdirmək olar...(?)

Yuxarı məmurların övladları əsasən dövlət məktəblərində oxumurlar... Təhsil məmurları isə...

SON XƏBƏRLƏR

07.06.2026 / 11:07
Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

07.06.2026 / 11:05
İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

07.06.2026 / 11:03
Ermənistanda parlament seçkiləri keçirilir

07.06.2026 / 07:46
İsrail ABŞ-a qarşı casusluğu gücləndirməkdə həddini aşdı - New York Times

07.06.2026 / 07:18
Kim Çen Inin anası haqqında danışmamasının “niyə”si bilindi - İlginc…

06.06.2026 / 21:14
Rusiya Qərbə məğlub olacaq... ölkə müstəmləkəyə çevriləcək, Avropa Birliyi dağılacaq... Kremlin ideoloqundan ŞOK HESABAT...

06.06.2026 / 20:37
Suraxanıda kütləvi dava - polis hərəkətə keçdi...

06.06.2026 / 19:20
Azovda dron hücumlarında həlak olan və yaralanan azərbaycanlıların dəqiq sayı açıqlandı...

06.06.2026 / 18:35
Macarıstanın yeni hökuməti erməni miqrantların ölkəyə girişini qadağan etdi...

06.06.2026 / 16:51
Krım sahillərində Türkiyəyə aid balıqçı gəmisi batırıldı – ölən və yaralananlar var...

06.06.2026 / 16:36
Azovda vurulan gəmilərdən xilas edilən azərbaycanlılardan yeni xəbər var...

06.06.2026 / 15:33
Kəlbəcərdə iki hərbçimiz dərəyə yıxıldı, biri həlak oldu - RƏSMİ

06.06.2026 / 15:07
Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı

06.06.2026 / 14:00
Yasamalda vətəndaşa məxsus mənzil ondan xəbərsiz sökülür? – İcra Hakimiyyətindən AÇIQLAMA...

06.06.2026 / 13:38
ABŞ-da İranla bağlı gizli danışıqlar sızdı - 100 nüvə alimi də danışıqlara cəlb edilir...

06.06.2026 / 13:20
Sərnişin təyyarəsində baş verən qəzanın maraqlı sirri

06.06.2026 / 13:10
Enerji siyasətindən geosiyasi gücə uzanan strategiya

06.06.2026 / 12:44
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

06.06.2026 / 12:11
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi

06.06.2026 / 11:46
ABŞ İrana, İran ABŞ bazalarına hücum etdi...

06.06.2026 / 11:21
“Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir” - MDU rektoru Anar Eminov yazır

06.06.2026 / 10:56
Azərbaycan nefti 99 dollara düşdü...

06.06.2026 / 10:33
İranlı futbolçulara ABŞ vizası verildi

06.06.2026 / 10:09
Azərbaycan sərhədini pozmaq istəyən əcnəbilər saxlandı

06.06.2026 / 09:23
Sabunçu və Yasamalda oğurluq edən şəxslər saxlandı

06.06.2026 / 08:14
Spiker Simonyan -Ermənistan heç bir hərbi blokda olmalı deyil, NATO, KTMT...

05.06.2026 / 23:18
Kiyevə gedib Zelenskidən Putinə təklif gətirən rusiyalı iş adamı kimdir? - Rusiya prezidenti maraqlı fakt açdı...

05.06.2026 / 22:54
Putin Zelenskinin açıq məktubdakı tonunu bəyənmədi, orduya çağırış etdi – müharibəyə davam...

05.06.2026 / 22:15
Putinin şəxsi nümayəndəsi Azərbaycanla Ermənistanı intriqaya çəkmək istəyir...

05.06.2026 / 21:56
Tramp Milli Kəşfiyyatda ixtisar qərarı verdi - “Hətta ləğv edə bilərik” dedi

05.06.2026 / 21:40
ABŞ “İqtisadi Qəzəb” kampaniyasını bir az da genişləndirdi - ikinci hədəf də var…

05.06.2026 / 21:30
Rusiya Paşinyanın qələbədən sonra atacağı addımı planlaşdırıb...

05.06.2026 / 21:05
Tramp 907 məsələsində özünün unikal şansını buraxdı - payızdan sonra belə şans çətin bir daha düşsün...

05.06.2026 / 20:38
“Aİİ cəlbedici olsa, Ermənistan niyə ondan qaçır?!” - Qaluzinin Azərbaycana təklifinə məntiqli cavab...

05.06.2026 / 20:12
"Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır" - MEDİA

05.06.2026 / 19:56
Rusiya 3 iyun ABŞ-Ermənistan “Tramp dəhlizi sazişini” inkar edir...

05.06.2026 / 19:26
Zelenski Putinin üstünə “at gedişi” etdi -dünya Putindən cavab gözləyir...

05.06.2026 / 19:10
"CNN"in saxta iddialarının arxasında kim(lər) durur? - MM komissiyası şirkət qarşısında tələb qoydu...

05.06.2026 / 18:53
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

05.06.2026 / 18:46
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib

05.06.2026 / 18:36
Fərhad Quliyev:"Əsas prioritetlərdən biri institut nəzdində fiziki antropoloji laboratoriyanın yaradılmasıdır ki..."

05.06.2026 / 18:27
Fərhad Quliyev:"Mina təhlükəsi tədqiqatların aparılmasına maneə yaradan əsas amil olaraq qalır"

05.06.2026 / 17:47
Rusiya Paşinyanın seçki qələbəsini 3 gün öncədən "bəyan etdi" - "mexanizm hazırlanır"...

05.06.2026 / 17:35
Ərəb Körfəz ölkələrinin İrana qarşı birgə müharibə çağırısı edildi...

05.06.2026 / 17:22
ABŞ Departamentinin Livanda barış bəyanatını İsrail yerə vurdu...

05.06.2026 / 17:14
Küveyt Əmiri Prezident İlham Əliyevə məktub göndərdi

05.06.2026 / 17:10
Paşinyan İrəvanın KTMT-dən çıxa biləcəyini açıqladı - Bizi bununla qorxudursuz?...

05.06.2026 / 16:51
Almaniyanın BMT TŞ-yə yolunu Tramp, ya Putin bağladı?.. Birinin şəxsi, digərinin dövlət qisası...

05.06.2026 / 16:37
Almaniyanın BMT uğursuzluğu - ölkə artıq mövcud olmayan bir dünyanın qocalar evinə və muzeyinə çevrilib

05.06.2026 / 16:29
18 respublikaçı konqresmen Trampa qarşı çıxdı... Ukrayna kursu dəyişir...

05.06.2026 / 16:26
Paşinyana qarşı bahalı - 50 milyonluq əməliyyata start verildi...

05.06.2026 / 16:19
Tramp öz partiyasına nəzarəti itirmək təhlükəsi ilə üzləşdi - dalbadal 2 İran, 1 Ukrayna qətnaməsi...

05.06.2026 / 16:13
Rusiya Paşinyanın seçki qələbəsini 3 gün öncədən "bəyan etdi" - "mexanizm hazırlanır"...

05.06.2026 / 16:07
Rusiya XİN Azovda içərisində azərbaycanlıların olduğu gəmilərə hücumla bağlı bəyanat yaydı...

05.06.2026 / 16:03
Moskva qorxur - Ermənistan Avropaya qoşulub Rusiyaya savaş açacaq...

05.06.2026 / 15:45
Zərəngiz Dəmirçi Qayalı: “Daşkənd, Səmərqənd və Buxaraya olan səfərim ömrümə yazılan günlərdəndir!”

05.06.2026 / 15:38
Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi (FOTO)

05.06.2026 / 15:22
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi

05.06.2026 / 15:21
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı

05.06.2026 / 15:18
Paşinyan İlham Əliyevin “Minsk Qrupu kursunu” da tam qəbul etdi...

05.06.2026 / 15:14
Kreml Paşinyanın qələbəsi ilə barışıb? – Putinə qəribə VƏD

05.06.2026 / 15:13
ABŞ-la Ermənistan Zəngəzur dəhlizini böldü - 74:26 faiz...

05.06.2026 / 15:09
Paşinyanı devirmək üçün Rusiyadan göndərilmiş erməniləri bir-bir tutub orduya göndərirlər...

05.06.2026 / 14:55
Xamenei Trampdan əvvəl müharibənin qələbə ilə bitdiyini elan etdi...

05.06.2026 / 14:44
İsrail İrana qarşı Azərbaycan ərazisindən istifadə edib? - XİN CNN-in iddialarını rədd etdi...

05.06.2026 / 14:36
MEDİA yalan məlumata görə, CNN-in təkzib verməsini və üzr istəməsini tələb etdi...

05.06.2026 / 14:33
“Bakıdan Türkiyəyə dəmiryolu ilə gediş-gəliş başladı” xəbərləri yanlışdır...

05.06.2026 / 14:26
Cərimə balları artırıla bilər - 20-dən 40-50-yə...

05.06.2026 / 13:57
Naxçıvan Avtomobil Yolları Agentliyinin işi prokurorluğa göndərildi

05.06.2026 / 13:35
Azovda yük gəmilərinə dron hücumu - 5 Azərbaycan vətəndaşı həlak oldu....

05.06.2026 / 13:20
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

05.06.2026 / 12:41
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

05.06.2026 / 12:20
"Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib" - Prezident

05.06.2026 / 12:05
Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

05.06.2026 / 11:47
"Azərişığ"ın idarə rəisləri və müavinlərinə maliyyə sanksiyası tətbiq edildi...

05.06.2026 / 11:01
Ermənistan və ABŞ "Tramp Marşrutu" layihəsi üzrə saziş imzalayıb

05.06.2026 / 10:57
Bizim ölkənin adı "Ştrafıstan" deyil - Prezident etiraz etdi, deputat "dala verdi"...

05.06.2026 / 10:48
Kiyevdə poçt terminalında bağlama partladı - ölən və yaralananlar var...

05.06.2026 / 10:36
ABŞ İrandan nüvə məsələsində yazılı zəmanət istədi - razılaşmanın son versiyası üzərində iş gedir...

05.06.2026 / 10:24
Azovda içərisində azərbaycanlıların olduğu iki gəmi vuruldu - ölənlər var...

05.06.2026 / 10:03
Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini təbrik etdi

Məcburi köçkün gənclərin inkişafına son 20 ildə dövlət dəstəyi...

XƏBƏR ARXİVİ