Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 6 may 2022-ci il tarixdə, saat 10:00-da Fondun Zaqatala rayonunda yerləşən Regional Ərazi Filialında Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı müraciəti olanlar 26 apreldən 30 aprelədək Fondun Zaqatala və Balakən rayonlarında yerləşən filiallarına müraciət etməklə qəbula yazıla bilər və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilər.