Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalında uşaqlar, azyaşlı yeniyetmələr və yeniyetmələr arasında cüdo idman növü üzrə keçirilən yarış Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuşdu. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində baş tutan, iki gün davam edən yarışda 60 nəfərə yaxın idmançı iştirak etmışdir. Onun təşkilində isə əsas məqsəd Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutmaq, idmançılar arasında dostluq əlaqələrinin yaranması, uşaqlar və yeniyetmələri sağlam həyat tərzinə yönəltmək, eləcə cüdo idman növünə daha da həvəs göstərməkdən ibarət olmuşdur.
Gərgin və maraqlı keçən yarışda qalib idmançılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar verilib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü