Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində Aprel döyüşləri şəhidi Nurlan Əsgərliyə, İkinci Qarabağ müharibəsində igidlik göstərib şəhidlik zirvəsinə ucalan qardaşı, "Vətən Müharibəsi Qəhrəmanı" İntiqam Əsgərliyə həsr olunmuş "Cəsur Qardaşlar” adlı anım tədbiri keçirildi. Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənovun, Təhsil Şöbəsinin əməkdaşları Samit İslamovun, Hörmət Balakişiyevin, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyevanın, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərovun, şəhid ailələri, kənd ağsaqqalları, ziyalılar, eləcə məktəb kollektivin qatıldığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri bir dəqiqəlik sükutla yad etməklə başlandı.
Dəmirçi kənd ümumi orta məktəbin direktoru Aytən Şükürova giriş sözündə qonaqları salamlayıb tədbir haqqında geniş məlumat verdi. Daha sonra Təhsil Şöbəsinin müdir müavini Samit İslamov, məsləhətçisi Hörmət Balakişiyev, kənd ağsaqqalı Mirhəsən Cəfərov, 2 şəhid anası Ziba Əsgərova, şəhid Vüsal Məhərrəmlinin atası Aslan Məhərrəmov, şəhid qardaşı Vüsal Məmmədov, təqaüdçü müəllim Rasim Əzimov, məktəbin direktor müavini İradə İmanbəyli çıxışlarında Vətən yolunda şəhidlik zirvəsinə ucalan igid Vətən oğulların keçdikləri şərəfli həyat yolundan danışdılar, həmçinin belə tədbirlərin ənənə halı almasının vacib olduğunu bildirdilər.
Tədbirin bədii hissəsində isə şagirdlər Vətəni, şəhid qardaşları vəsf edən şerlər söylədilər. Həm də tədbirin təşkilində daha çox zəhməti olan müəllim Gülər Qulamova və 4-cü “b” sinfi məktəb rəhbərliyi tərəfindən "Cəsur Qardaşlar" fəxri fərmanı ilə təltif olundular.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü