çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Ənənəvi media hər zaman aktuallığını saxlayıb, saxlayır, saxlayacaq...” – Əməkdar jurnalist

Image


Mətanət Ağamirli: "Oxuduğum məktəbi ziyarət etmək istədim. Heç nə yox idi, hər şey dağılmışdı"

  • Jurnalist yazmağı  bacarmalıdlr ki, yazdığını da danışa bilsin

"Bizimkilərlə  söhbət" rubrikasının  budəfəki  qonağı əməkdar  jurnalist Mətanət Ağamirlidir. Fikrimizcə  xüsusi  təqdimata  ehtiyac  yoxdur.Adı və  soyadı  hər  şeyi  deyir.

- Mətanət xanım, həm yazılı, həm də audiovizual mətbuatda fəaliyyət göstərmisiniz. Sizcə, niyə yeni nəsil jurnalistlər yolunu televizyalardan salmağa çalışır? Bir peşəkar kimi tövsiyyəniz maraqlı olardı, birinci haradan başlamaq lazımdır: yazılı, yoxsa efir mediasından?

- İstənilən sahədə peşəkar olmaq üçün öncə həmin işin bünövrəsini qurmaq lazımdır. Bünövrəsiz ev  tez çokər. Doğrumu? Təcrübə deyir ki, hər şeyə sıfırdan başlamaq lazımdır. Mən məşhur bir fikir adamının əsərində oxumuşdum ki, tez, sürətli yaranan dostluqlar tez də bitir. Tez alınan bir iş də elədir, tez dağılma ehtimalı daha çoxdur. Düşünürəm ki, zərrə-zərrə qurulan iş daha effektiv olur, cəmiyyətin yaddaşında möhürlənir. Çox aparıcının adını sadalaya bilərik ki,  efirlərə də çıxıblar, jurnalist kimi çalışıblar. Amma çox da davam gətirə bilməyib, müəyyən müddət sonra müxtəlif şəkillərdə uzaqlaşıblar.  Ancaq diqqətlə incələsək görərik ki,   jurnalistikada işləməyə  əlifbadan başlayan həmkarlarımız   hətta,  indi jurnalist kimi çalışmasalar da imzaları bu sahə ilə  əks-səda verir.  Jurnalistikada uğur qazanmaq istəyən şəxs sıfırdan başlamalıdır. Əgər başqa bir məqsədlə "təşrif buyurubsa", bu artıq başqa məsələdir.

- "Jurnalist mütləq yazı yazmağı bacarmalıdır" fikri ilə razısınız?

- Əlbəttə. Birincisi, yazı yazmaq insanın özünü mükəmməlləşdirir, beynini, yaddaşını inkişaf elətdirir.
Jurnalist yazmağı  bacarmalıdlr ki, yazdığını da danışa bilsin. Düzdür, günün trendi bir az fərqlidir, amma  bugünkü   qarışıqlığın içərisində jurnalistikanın hörmətini, nüfuzunu,  dəyərini qorumaq da vacibdir. Bunu isə yalnız peşəkarlıq və peşəkarlar, peşəsinə vurğunlar bacarar. Gənc bir jurnalist kimi sizin fikriniz də mənə maraqlıdır: sizcə bu gün  müvafiq sahədə çalışanların  neçə faizi jurnalistikanın təəssübkeşidir?  

- Olduqca çox az hissəsi... 

- Eyni düşüncəni bölüşürük. Bəli, sözə qiymət verən, sözün dəyərini bilən, yazmağı bacaranlar bu sahənin təəssübkeşi ola bilər.  Yazmağı bacaranlar jurnalistikada qala bilir. Tanınmaq, populyar olmaq, "ulduz xəstəliyi", hamısı müvəqqətidir. Əslində son illər dünyanı ağuşuna alan pandemiya  bizi elə bir imtahanla üzbəüz qoydu ki...  Hər kəs özünü yalnız qorumaq, yaşamaq, xəstələnməmək, ölməmək  uğrunda mübarizə aparmalı oldu. Qoy indi həmin "ulduzlar" düşünsünlər ki, onlar qlobusun üzərində qarışqa boyda da görünmürlər.

- Sosial şəbəkələrdə  telefonla çəkilişlər edib, özünü   jurnalist sayanlar da az deyil.  Peşəkarlıq isə arxa planda qalıb. Ən dəhşətlisi isə odur ki, onlar ictimai rəyə təsir göstərə bilirlər...

- Bilirsiniz  90-cı illərdə jurnalistikaya başlayanda biz ətrafımızda sayılıb-seçilən jurnalistlər görürdük, onlara bənzəmək istəyirdik.  İndi vəziyyət fərqlidir. Faktdır ki, siz dediyiniz kimi sosial şəbəkələrdə  video çəkib paylaşmaqla özünü  jurnalist sayanlar da var. Bu  kəslər   şəxsi intriqaları ilə,  kiməsə böhtanlar- şərlər  atmaqla gündəmə də gəlirlər.  Əlbəttə, bu hallar çoxluq təşkil edərsə, yeni nəsilin diqqətini çəkməsi qaçılmaz olar.  Hər kəs öz səviyyəsinə uyğun özünü təbliğ edir. Qarşısıalınmaz bir prosesdir. 
Deməli, cəmiyyətə yararlı olan təbliğat  səviyyə tələb edir. Səviyyəni isə təhsil, savad, bilik, intellekt formalaşdırır. Bu baxımdan cəmiyyətin ziyalı, savadlı insanları sosial medianı qeyri-ciddiyə almamalı, hər zaman müsbət nümunələr təbliğ olunmalıdır. 

- Bir neçə gün öncə  Bakının mərkəzində gecə klubunda partlayış baş verdi. Bu mövzu geniş müzakirəyə səbəb oldu:  tənqidlərin də, təhqirlərin də şahidi olduq. O şəxslərə münasibətiniz necədir? 

- Heç kim heç bir hadisədən, faciədən sığortalanmayıb. Gecə klubunda baş verən hadisələrə ancaq üzülmək olar.
Biz  orda dünyasını dəyişən, yaralanan insanları  yaxından tanımırıq.  Hesab edirəm ki,  hər bir  insanın etdiyi günahlar onunla yaradan arasında olan bir məsələdir.  Üçüncü tərəf qınaqla, qarğışla sadəcə özünə günah qazana bilər.  Günün trendi də, gənclərin zövqü də, əyləncəsi də fərqlidir. Məncə başqasını qınamaqdansa, özümüzü başqasının yerinə qoymağı bacaraq: "Allah qorusun, mənim də övladım orda ola bilərdi", deyə düşünmək də olar.  Bacaraq və susmağı, dua etməyi, gözəl düşünməyi öyrənək. Bumeranq fəlsəfəsi saat kimi işləyir. Bu baxımdan orda dünyasını dəyişən gənci qınamaqdansa, bizə o insanın ailəsinə səbr diləmək  yaraşar.    Dahilərin, ariflərin fikirlərində də belədir: Çalışın bəraət qazandırın, qınamayın..."  Başqa bir tərəfdən də kiminsə necə yaşaması, nəyi seçim etməsi, necə öləcəyi ilə bağlı  Tanrı ilə müqavilə bağlamamışıq ki...  

- Elə bir dövrə gəlmişik ki, xəbəri birinci sosial şəbəkələrdən oxuyuruq. Ənənəvi media, onlayn media, hətta TV-lər də rəqabətdə uduzur...

- Əvvəla sosial şəbəkədə bir video çəkib, ağına-bozuna baxmadan onu yayımlamaq jurnalist olmaq demək deyil. Bu adından da bəlli olduğu kimi sosial şəbəkədir.  Onlayn mediada sizin kimi gənc jurnalistlər, jurnalist peşəsinə yiyələnmək istəyən insanlar çalışır və öz potensiallarını realizə edirlər. Yəni bizim internet mediamız başdan ayağa dezinformasiya deyil ki. Vicdanı, zəhməti ilə normal saytlar idarə edən, çalışan nə qədər jurnalistlərimiz var. Bunu qiymətləndirmək, etiraf etmək lazımdır. Bu baxımdan sosial şəbəkə fərqli anlamdır. O, jurnalistika deyil, subyektivdir. Jurnalistika kollektiv işin bəhrəsidir. Kollektiv fəaliyyət isə  bilavasitə cəmiyyətə, jurnalistikaya töhfə vermək deməkdir. İlk baxışda onlayn medianın ənənəvi medianı üstələdiyi görünə bilər. Amma dünyada müharibələrin getdiyi, pandemiyanı yaşadığımız çağdaş dövrdə   ən etibarlı informasiya mənbəyi kimi   hara fokuslanırdı? Ənənəvi mediaya...Dünya ən etibarlı informasiya mənbəyi kimi "EuroNews", "CNN", "Əl-cəzirə" telekanallarına   göz dikdi, istinad etdi.   Bu o deməkdir ki, ənənəvi media hər zaman aktuallığını saxlayıb, saxlayır, saxlayacaq. Əslində fərq də aydındır. Çünki o peşəkarların ərsəyə gətirdiyi,  peşəkarların sərgilədiyi fəaliyyətidir.  Facebook-da heç kimin tanımadığı biri nəyisə çəkib paylaşırsa, bu şəxsi münasibətdir, etibarlı informasiya mənbəyi deyil. Pandemiya əslində dünyanın qida kimi, dərman kimi, informasiyasız yaşaya bilməyəcəyini möhürlədi.  

- Xaricdəki aparıcı media resurslarında səsimizin eşidilməsi  və ya dünyanın milli mediamızı izləməsi üçün nə etməliyik?

- Nəyə əsasən düşünürsüz ki, xaricdəki aparıcı media resurslarında səsimiz eşidilmir?  44 günlük Vətən müharibəsində    Azərbaycan mediası dünyaya  qalib ordusunun zəfər xəbərlərini yaydı.  25-30 il əvvəl Qarabağda  yaşanan faciələri dünyaya yaymaq üçün nə bu qədər media orqanı, internet resursları var idi.    Xarici dilli qəzetlər, saytlardan isə danışmağa dəyməz. Bu gün isə Əlahəzrət fakt tam əksinədir. İndi müxtəlif dillərdə informasiya yayımlayan qəzetlər, saytlar, TV-lər bir-biri ilə rəqabət aparır. Qüsurları görmək, tənqid etmək olar. Amma müsbət dinamıkanın, dəyişikliklərin üstündən xətt çəkmək mümkün deyil. Yaxşıları görməzdən gələriksə ədalətli ola bilmərik. Ruhumuzu müsbətə kökləmək lazımdır və bu sadəcə 1-2 nəfərlə olmur. Cəmiyyətin ruhu inkişaf etməlidir, gözəlliyi, müsbətləri, inkişafı daha çox  görmək istəməliyik. Rəhmətlik Cabir Novruz dediyi kimi, 
Tələsin, insanlar, deyib-gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az.

- İşğaldan azad olunmuş ərazilərimizdə olmusunuz?

- Bəli, Ağdamda oldum. Özüm elə Qarabağlıyam, Ağdamda doğulmuşam, orta məktəbi orda oxumuşam. Ağdam işğaldan azad olunanda şəxsi problemlərimdən dolayı gedə bilmədim. Amma Allah nəsib etdi, Ağdamın işğaldan azad edilməsinin bir illiyi ilə bağlı keçirilən ağacəkmə aksiyasında iştirak etdim. Getdim, ağac əkdim, Ağdam məscidini ziyarət etdim. 28 il sonra Ağdama gedə bildiyim üçün  Allaha sonsuz   şükrlərimi yolladım... Həyatımda ən böyük xoşbəxtlik 28 il sonra  Ağdama dönüşüm idi. O başqa məsələ ki,  oxuduğum məktəbi, böyüdüyüm evi,  küçəni görə bilmədim,hər şey dağılmışdı... Sanki, uşaqlığım, xəyallarım dağılmışdı. Bu hissin ağırlığını sözlə ifadə etmək  çətindir. Bu hiss ancaq göz yaşı ilə izah oluna bilər. Necə ki, Ağdama daxil olan ilk andan barrikadaları, dağıntıları, düzənlikləri  görüb göz yaşımı saxlaya bilmədim. Ağdamı gülü-gülzarlı qoyub çıxmışdım...

- Dağılmış ərazilər bərpa edildikdən sonra orda yaşamaq istərdinizmi?

- Orda biz yaşamaq istəməsək, kim yaşayacaq? Bir vaxtlar arzu edirdik ki, torpaqlarımız işğaldan azad edilsin, öz doğma torpaqlarımıza qayıdaq. Toplum arzuları qəbul olunur, deyirlər. Şükür ki, biz xalq olaraq bu tarixi qələbənin şahidi olduq, torpaqlarımıza  qovuşduq. Nə qədər şükr etsək, azdır. İndi bizə  düşən  həmin torpaqları qucaqlamaq, bağrımıza basmaqdır. Dədə Qorqud dediyi kimi,
"Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz."  Məncə işğaldan azad olunmuş torpaqlarda yaşamaq,  orda nəfəs almaq, həyatın yenidən canlanmasının şahidi olmaq  bir zövqdür.  

- Nə qədər şükür etsək azdır,  dediniz...

- Şükür edəcəyimiz şeylər o qədərdir ki.  Kaşki fərqində olsaq. Sağlamlığımız, zəkamız, saymaqla bitməz ki.   İnsan özü bir dünyadır,  dünyasını kəşf edən insanlar çirkinliklərə, qırğınlara, cinayətlərə, müharibələrə yol verməz. İnsan varlığı, yaranışı ilə xoşbəxtdir. Gözəllikləri görürük, gəzirik, toxunuruq, hiss edirik, dad, iy bilirik və s.  Bəzən insan  bütün bunların fərqinə varmır... Əslində baxır, amma  görmür. Xoşbəxt olmaq üçün mütləq brend geyinmək, villada yaşamaq, bahalı maşın sürmək şərt deyil.  Bütün insanlar sevdiyi və sevildiyi  üçün xoşbəxtdir.   Çünki bu hissi heç bir villa, marka, maşın verə bilməz.  Əslində şükürlü olmaq üçün  İlahi qüvvə hər şeyi bərabər bölüb: iki ayaq, iki əl, iki göz və s.  Hamıda eynidir. Amma insan bunu tam olaraq dərk etmirsə, bu başqa məsələdir artıq. 

Röyalə Xəyal



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ