Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan dünya miqyasında mühüm investorlardan birinə çevrilir – SOCAR Antipinsk zavodunu da satın alsa...

Image


İqtisadi müstəvidə fəaliyyətini davamlı şəkildə genişləndirən Azərbaycan üçün bu gün xarakterik xüsusiyyətlərdən biri onun dünya miqyasında potensial investora çevrilməsidir. Hazırda Azərbaycan region ölkələri arasında ən çox sərmayə cəlb edən ölkə olmaqla yanaşı, həm də ən böyük investordur. Aparılan hesablamalar göstərir ki, Azərbaycanın 15 il ərzində xaricə investisiyaları 21 milyard dolları ötüb.

Ölkə Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və bir çox digər ölkələrdəki layihələrə sərmayə yatırıb. Bu zaman investisiyaların xeyli hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Ekspertlər də qeyd edir ki, indi SOCAR-ı transmilli şirkət kimi göstərmək olar. Çünki o, öz coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib və genişləndirməyə davam edir. SOCAR Avropada və postsovet məkanında investisiya layihələrində fəal iştirak edir. Bu xüsusda son dövrlərdə diqqət cəlb edən məqamlardan biri Antipinsk Neft Emalı Zavodu ətrafında baş verənlərdir. Belə görünür ki, zavod tezliklə SOCAR-ın idarəçiliyinə keçəcək. SOCAR-la yanaşı bu zavodu almaq istəyənlər sırasında Rusiyanın enerji nəhəngləri sayılan  “Rosnefti”  və “LUKoil” də var. Amma görünən budur ki, ən sərfəli şərtlər SOCAR tərəfindən təqdim edildiyindən, zavodun idarəçiliyi Azərbaycana keçəcək. 

Artıq zavoda nəzarət edən Rusiyanın "Sberbank"ı bəyan edib ki, SOCAR yerli törəməsi "SOCAR-Enerqoresurs" şirkəti vasitəsilə zavodun səhmlərinin 80%-ni əldə edib. Bununla da “Sberbank”la birlikdə bir neçə investor həm zavoda, həm də onun xammal bazasını təşkil edən Orenburq vilayətindəki yataqlara nəzarəti ələ keçirib. Hazırda zavodun yeni sahiblərinin qarşısında əsas məsələ onun fasiləsiz fəaliyyətini təmin etmək, Rusiya və xarici bazarlara neft məhsulları tədarük etmək, federal və yerli büdcəyə vergi ödəməkdir. Bu missiyanın öhdəsindən gələ biləcək əsas investor qismində də məhz SOCAR qəbul olunur.  Məşhur “Forbes” nəşrinin 2016-cı ildə açıqladığı reytinqə görə, Antipinsk Neft Emalı Zavodu əldə etdiyi mənfəətin məbləğinə görə Rusiyada özəl müəssisələr arasında 43-cü yeri tutub. Zavod ildə 9 milyon tondan çox emal gücünə malik olub, onun istehsal etdiyi dizel yanacağı "Euro-5" standartına uyğundur. 2016-cı ildə burada yeni emal qurğusunun işə salınması ilə mazut emalının səviyyəsi 98%-ə çatdırılıb. Amma sonradan bərbad idarəçilik nəticəsində zavod iflasa uğrayıb. Hazırda onu dirçəldə biləcək tərəf qismində də məhz SOCAR qəbul olunur. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun təmsilçisi Aleksandr Karavayev bütün bunları yüksək qiymətləndirir. Onun sözlərinə görə, atılan addımlar Azərbaycanın investor kimi də mövqeyini gücləndirir və o, bu xüsusda SOCAR-ın işini də yüksək qiymətləndirir: “Azərbaycanda belə səviyyəli digər şirkət yoxdur. Bu şirkət və Azərbaycan vəhdətin təzahürüdür. Azərbaycanın bütün dünya üzrə investisiyalarının ümumu həcmində  SOCAR-ın payı 95 faiz təşkil edir. SOCAR bir növ Azərbaycanın “əlidir”. SOCAR təkcə neftin hasilatı və nəqli ilə deyil, həm də onun satışı ilə məşğuldur. Dünyanın müxtəlif ölkələrində yanacaqdoldurma şəbəkələri, geniş diler şəbəkəsi, neft emalı üzrə törəmə müəssisələri var”.

A.Karavayev “media” portalına açıqlamasında qeyd edib ki, SOCAR qlobal şirkətdir: “Bu brenddir. Əlbəttə ki, kapitallaşmada “Rosneft”, BP, “Total” kimi dünya liderləri ilə müqayisədə fərqi nəzərə almaq lazımdır. Lakin SOCAR düzgün məcrada fəaliyyət göstərir, düzgün strateji inkişaf yolunu seçib. Bu özünü şirkətin emal sahələrinə - “SOCAR Polymer”, SOCAR-ın karbamid zavoduna və digərlərinə sərmayə qoyaraq  gəlirlərini şaxələndirməyə çalışmasında göstərir. Görünür, SOCAR iqtisadiyyatın karbohidrogen xammalının emalı ilə bağlı olan digər sahələrinə təkan verməyə çalışır”. Ekspert hesab edir ki, bütün bunlar şirkətin məsuliyyətli olduğunu təsdiq edir və o, biznesin inkişafı üçün müasir metodlardan istifadə edir: “Şirkət gələcəkdə necə inkişaf edəcək? Fikrimcə, SOCAR-ın bununla bağlı öz planları var. Alternativ enerjinin imkanlarını, yeni texnologiyaların hazırlanmasına vəsait yatırılmasını misal göstərmək olar. Bununla artıq bu gün məşğul olmaq lazımdır. SOCAR-dan çox şey asılıdır. SOCAR-ın karbohidrogenlərlə əlaqəsi olmayan texnologiyalara sərmayə qoyacağını gözləmək olar. Məsələn, söhbət avtomobil sənayesində hidrogen mühərriklərdən gedə bilər”.

Hazırda sərmayə sahəsində diqqət mərkəzində yer alan məsələlərdən biri də müştərək şəkildə investisyalar qoyuluşunu həyata keçirməkdir. Elə bu günlərdə SOCAR-ın Birləşmiş Ərəb Əmirliklərinin “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə edilib. Belə ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “ENOC” şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “ENOC” şirkətinin sədr müavini SOCAR-ın fəaliyyətini daim yaxından izlədiklərini qeyd edib. Görüşdə SOCAR və “ENOC” şirkətləri arasında treydinq üzrə əməkdaşlıq və müxtəlif layihələrə sərmayə yatırımları imkanları, eləcə də perspektivlər müzakirə edilib. Hesab olunur ki, atılan addımlar yaxın tezlikdə Azərbaycanı dünya miqyasında önəmli sərmayədar ölkələrdən biri kimi tanıdacaq.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ