Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın təşəbbüsü ilə yaradılan OPEC+ formatının son qərarı neft bazarında canlanma yaratdı – qiymətlər yenidən yüksəlməyə başlayır

Image


Azərbaycanın təşəbbüsü ilə yaradılan OPEC+ formatı neft bazarında qiymət enişinin qarşısını yenidən uğurla ala bilib. Belə ki, Vyanada OPEC+  nazirlərinin 6-cı görüşündə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması qiymətlərin yenidən yüksəlişinə təkan verib. Yeri gəlmişkən qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Xatırladaq ki, Vyanada "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub. Ötən ilin dekabrında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" üzrə OPEC+  ölkələrinin kvotaları isə dəyişməz qalır. OPEC isə hələ keçən ilin dekabr ayında neft hasilatını 2019-cu ilin iyun ayının sonunadək gündəlik 1,2 milyon barrel azaltmaq barədə qərar vermişdi. Bundan başqa onu da qeyd edək ki, Vyanada OPEC+ nazirlərinin 6-cı görüşündə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair xartiya qəbul olunub. "Əməkdaşlıq Xartiyası"na Azərbaycan da qoşulub. Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin budəfəki görüşünü OPEC+ əməkdaşlığı çərçivəsində tarixi hadisə kimi qiymətləndirib: "OPEC və qeyri-OPEC ölkələri arasında "Əməkdaşlıq Xartiyası" sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcək. Bu, iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi vaxtda bazarın balanslaşdırılması üçün vacib bir qərardır.  OPEC+ ölkələri növbəti dəfə risqlərə qarşı həmrəylik nümayiş etdirdilər. Azərbaycanın bu prosesə qoşularaq xartiyaya imza atması isə ölkəmizin maraqlarına tam uyğundur".

OPEC+ Nazirlərinin Vyanada keçirilən növbəti iclası artıq dünya bazarlarında neftin qiymətinə müsbət təsir göstərib. Avropa bazarları üçün əhəmiyyət daşıyan "Brent" markalı neftin bir barreli 66 dollara çatıb və ötən həftədəki orta göstəricidən yuxarı olub. Azərbaycan nefti yenidən 70 dollara yaxınlaşır. Ekspertlərin fikrincə, qlobal vəziyyət və ABŞ-Çin ticari gərginliyi fonunda təzyiq altında olan qiymətləri dəstəkləmək üçün hasilatın azaldılması zərurəti bundan sonra da qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Digər tərəfdən, ekspertlər yaxın gələcəkdə istehsalçı ölkələr tərəfindən hasilatın hazırkı limitdən də aşağı salınacağını güman etmir. Lakin bu baş verərsə, qiymətlərin daha sürətlə artması gözlənir.

Ekspertlərin fikrincə, indilikdə OPEC və kartelə üzv olmayan ölkələrin son addımı ilə dünya bazarında neftin qiymətinin tədricən yüksəlməsini gözləmək olar. Hamburq Kommersiya Bankının baş iqtisadi analitiki Sayrus de la Rubia bu xüsusda bildirib ki, qarşıdakı dövr

ərzində neft qiymətlərinin yüksəlməsini gözləmək olar: “Hazırda ABŞ və Çin arasında ticari münaqişə, ABŞ və İran arasında Fars körfəzindəki gərginlik və eləcə də Venesueladakı siyasi proseslər OPEC+ qərarının dünya neft bazarına təsir edir.  Eləcə də dünyadakı müsbət iqtisadi inkişaf əsas ümidverici faktor olaraq qalır. Konyunktura proqnozları müsbət olaraq qalsa, bu da öz növbəsində OPEC+ qərarının effektivliyinə öz təsirini göstərəcək”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da vurğulayır ki, gündəlik neft hasilatını azaltmaq qərarının daha 9 ay uzadılması neft bazarı üçün çox müsbət siqnaldır: "Əsasən may ayından sonra İrana qarşı sanksiyalar bazarda qeyri-müəyyənlik yaratmışdı, siyasi gərginlik müşahidə olunurdu. Bu siyasi gərginliyin fonunda qiymətlərdə volatillik artmışdı, bazarda uzun müddət bu cür sıçrayış, enmələr və yaxud artımlar olmurdu. Ona görə bazar iştirakçıları arasında narahatlıq hökm sürürdü. Digər tərəfdən, hasilatın azaldılmasına dair keçən ilin dekabr ayında verilən qərarın yenidən uzadılması ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. İranın mövqeyi də çox sərtləşmişdi və ortaq məxrəcə gəlmək mümkün olmurdu. Eyni zamanda, dünyada gedən ticarət müharibələri bazarda təzyiqləri artırırdı. Ona görə də qiymətlər gah qalxır, gah da düşürdü".

O bildirib ki, G20 sammiti çərçivəsində Çin prezidenti Si Szinpin və ABŞ prezidenti Donald Trampın görüşünün nikbin başa çatması, Səudiyyə Ərəbistanı və Rusiya liderləri arasında danışıqlarda bazara yönəlik müsbət siqnalların verilməsi sonda neft hasilatını azaltmaq qərarının daha 9 ay uzadılmasına gətirib çıxardı:"Burada Rusiyanın rolunu qeyd etmək lazımdır. Çünki Rusiya prezidenti Vladimir Putin qeyd etmişdi ki, müddətin 6 ay uzadılmasının elə də əhəmiyyəti yoxdur. Artıq bazarda qiymətlər stabilləşib. Neftin qiymətinin 60-65 dollar dəhlizində olması həm hasilatçılar, həm də istehlakçılar üçün normaldır".

İndilikdə İran ətrafında və Yaxın Şərqdə baş verən proseslər də neftin qiymətinə təsir edir. Bu, ən azı, ilin sonunadək neftin qiymətinin bahalaşacağını söyləməyə əsas verir. Baş verən proseslər onu göstərir ki, bütün hallarda əsas neft ixracatçısı olan ölkələrdə, yəni İran, Venesuela, ərəb ölkələrində baş verən proseslər neft bazarında əsas rol oynayacaq. Bundan başqa məlumdur ki, bazarda qiymətləri əvvəllər ABŞ OPEC vasitəsilə diqtə edirdi. İndi isə vəziyyət dəyişib, OPEC-lə ABŞ-ın qiymətə münasibətdə yanaşmaları kəskin fərqlənir. Hətta bir çox məqamlarda OPEC ABŞ-ın mövqeyinə qarşı gedir. Bu da 2014-cü ildən başlayan ucuzlaşmadan sonra müşahidə edilir. Həmin ucuzlaşmadan OPEC-ə üzv ölkələr böyük zərər çəkdi. OPEC-in aparıcı ölkələrindən olan Səudiyyə Ərəbistanı yüz milyardlarla dollar zərərlə üzləşdi. Bu baxımdan, ABŞ-ın qiymətlərin azaldılması tələblərini Səudiyyə getdikcə daha çox qulaqardına vurur. Eyni zamanda Rusiyanın da bazara təsir imkanları getdikcə artır. Yəni faktiki olaraq dünya neft bazarında qiymətlərə təsir edən güclər artır, bu isə rəqabəti gücləndirir. Hazırda dünya bazarında qiymətlərə təsir edən amillər yaxınmüddətli dövrdə bir barrelin 70 dollar civarında dəyişməsinə səbəb olacaq. Neft hasilatçısı olan Azərbaycan üçün mövcud qiymətlər əlverişlidir. Hazırkı qiymətlər Azərbaycanın valyuta ehtiyatlarının artmasına, büdcə proqnozlarına tam əməl edilməsinə şərait yaradır. Hazırda ölkənin tədiyə balansı müsbətdir, valyuta bazarında tam sabitlikdir. Qiymətlərin bu həddə qalması makroiqtisadi sabitliyin də davamlı olması deməkdir.

Tahir TAĞIYEV 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ