Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan dünya neft qiymətinin sabit qalması üçün ən optimal qərarını verdi – mövqeyimiz örnəyə çevrilir…

Image


Neft bazarlarında qiymətlərlə bağlı dinamik dəyişikliklər bu sahənin hələ də spekulyasiyalardan tam xilas olmadığını üzə çıxarır. Buna rəğmən, hasilatçı ölkələrin böyük əksəriyyəti bazarı qorumaq məqsədilə müvafiq fəaliyyətin davam etdirilməsini, xüsusən də OPEC-ə üzv və qeyri-üzv ölkələrin işbirlyinin zəruri olmasını gündəmə gətirir. Çünki məhz bu şəraitdə neft bazarını siyasi təsirlərdən xilas etmək mümkün sayılır.

Qeyd edək ki, bu məsələ iyulun 2-də Vyanada keçirilməsi qərara alınan OPEC-ə üzv və qeyri-üzv ölkələrin 6-cı iclasının  xüsusi diqqət mərkəzində yer alacaq. İclasda iştirak edəcək Azərbaycanın energetika naziri Pərviz Şahbazov hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı OPEC+ razılaşmasını eyni şərtlərlə uzatmaq məqsədəuyğun olar: “Hesab edirəm ki, ilin ilk yarısı üçün razılaşdırılan format, qərar davam etməlidir. Bu minimum proqramdır. Əgər heç nə baş verməsə, həmin rejimi davam etdirmək doğru olardı”. Nazirin sözlərinə görə,  bunun üçün heç bir maneə yoxdur, amma iyulun 1-2-də müvafiq qərarların verilməsi gözlənilən OPEC+ iclasını gözləmək lazımdır: “Hələ ki, heç bir çətinlik görmürəm. Kiminsə əks mövqedə olduğu mənə məlum deyil. Hesab edirəm ki, konsensus var, amma iclasda daha çox məlumat alacağıq. Bizim son aylarda bazarın baş verən iqtisadi və siyasi xarakterli hadisələrə necə reaksiya verdiyini analiz etmək imkanımız olacaq". Nazir əlavə edib ki, Azərbaycan ilk  yarımilin yekunları üzrə öhdəliyə əməl edəcək. Hazırda Azərbaycan kvotaya uyğun olaraq gündəlik hasilatı 20 min barrel azaldıb.

“LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov da hesab edir ki, OPEC+ razılaşması neft bazarını kənar təsirlərdən qorumaq üçün çox mühümdür: “ OPEC+ razılaşması neft bazarındakı spekulyasiyaları ləğv etməyə imkan verdi. Bu səbəbdən OPEC+  fəaliyyətini davam etdirməlidir. “Biz OPEC+  razılaşmasını ilk gündən dəstəkləmişik. Mən bu gün də onu dəstəkləyirəm. OPEC+  həmişəlik saxlanmalıdır. Bu razılaşma sayəsində biz xam neft bazarındakı spekulyantları praktiki olaraq ləğv edə bildik”.

Səudiyyə Ərəbistanının enerji, sənaye və  təbii sərvətlər naziri Xalid əl Falih da qeyd edir ki, OPEC və qeyri-OPEC ölkələrinin, demək olar ki, hamısı neft hasilatının azaldılmasına dair "Əməkdaşlıq Bəyannaməsi"nin müddətini daha 6 ay uzatmağa razıdır: “İraqın neft naziri Tamir əl Qabdan bunu ictimaiyyət üçün də açıqlayıb, özəl söhbətimiz zamanı da təsdiq edib. OPEC+ sazişinə qoşulmuş BƏƏ, Küveyt kimi böyük hasilatçılar, həmçinin Oman, Qazaxıstan, Azərbaycan kimi qeyri-OPEC ölkələri sazişin müddətini uzatmağı dəstəkləyir”. Nazir OPEC ölkələri arasında ən böyük hasilatçı ölkə kimi hasilatı azaltmaq barədə sazişə əməl etməkdə ilk gündən nümunə olduqlarını dilə gətirib: “Rusiya, İraq, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri kimi mühüm iştirakçıların da qalan iştirakçı ölkələrə nümunə göstərəcəklərini gözləyirəm. Ötən ilin iyun ayında məhdudiyyətləri zəiflətməyimizədək Rusiya da 2017-2018-ci illər ərzində hasilatı azaltmaqla bağlı razılaşmalara dəqiq əməl edirdi, 2019-cu ildə buna qayıdacaqlarına inanıram. May-iyun aylarında hasilatın azaldılması ilə bağlı icra vəziyyəti yaxşı olub. Sazişin uzadılması rəsmi olaraq imzalandıqdan sonra Rusiyanın ilin sonunadək öhdəliyə əməl edəcəyinə ümidvaram. Rusiyanın bir çox şirkətləri, o cümlədən “LUKoil”un rəhbəri Vahid Ələkbərov tərəfindən həmrəy mövzuda bəyanatlar eşitmişəm. Odur ki, əməkdaşlığın üstünlükləri göz qabağındadır. Rusiyanın hasilatı cəmi 2 faiz azaltması sabitlik və mühüm artım deməkdir. Bazar izlənməlidir, onu sabitliyə yönləndirdiyimizə əmin olmalıyıq. Məncə, Rusiya tərəfinin də sanksiyalar nəticəsində Venesuela və İranın ixracına təsirin olması, bazarın itirdiyi neft həcmi barədə mübahisəyə səbəb olub-olmayacağına dair sualları var. Bazarı izləməyə davam edəcəyimizlə bağlı razılaşdıq”.

Xatırladaq ki, 2016-cı ilin noyabr ayında OPEC+ formatının iştirakçı ölkələri gündəlik neft hasilatını həmin ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,8 milyon barrel azaltmaqla bağlı razılığa gəlib. Ötən il iyun ayında isə ABŞ-ın İrana qarşı sanksiya tətbiqi ərəfəsində qiymətlərin sürətlə artdığı bir vaxtda gündəlik hasılatı 1 milyon barrel artırmaq qərarı verilsə də, ABŞ-ın İran neftinin iri idxalçılarına möhlət verməsindən sonra 2019-cu ilin ilk  yarısı üçün gündəlik hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barrel  azaltmaq  razılığı əldə olundu. Bu il OPEC+ nazirlərinin Vyana görüşündə sözügedən razılaşmanın bundan sonrakı vəziyyəti müzakirə olunacaq. Gözlənir ki, OPEC+ ölkələri müvafiq sazişin müddətini daha da uzatsınlar. Çünki neftin aşağı qiyməti onların heç biri üçün sərfəli sayılmır. Bunu iqtisadçı Vüqar Bayramov da qeyd edir və hesab edir ki, OPEC+ ölkələri qiymətləri sabit saxlamaq üçün yenə müvafiq addımlar atacaq. Onun sözlərinə görə, aşağı qiymət hasilatçı ölkələr, o cümlədən Azərbaycan üçün sərfəli sayılmır: “Neftin qiymətinin 60 dollardan aşağı düşməsi büdcə baxımından Azərbaycan üçün arzuolunan deyil. Amma neftin qiyməti 60 dollardan aşağı ensə də, bu, Azərbaycanın sosial xərclərinə təsir etməyəcək. Hazırda dünya bazarında “Brent” 65 dolları keçib. Son günlər neftin qiymətində kəskin enmələrdən sonra artıq bazarlarda qiymət artımı müşahidə olunur. Azərbaycanda 2019-cu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hazırda qiymət 60 dollardan yüksəkdir və hələlik heç bir narahatlıq yoxdur. Qiymətin 60 dollardan aşağı düşməsi nəticə etibarilə büdcə gəlirlərimizə mənfi təsir göstərəcək. Çünki bu, büdcədə proqnozlaşdırılan gəlirin əldə edilməsinə imkan verməyə bilər. Lakin mövcud qiymətlərlə Azərbaycan büdcə siyasətini proqnozlaşdırdığı kimi davam etdirmək imkanlarına malikdir. Hər bir halda, neft qiymətinin 60 dollardan aşağı enməsi Azərbaycanın sosial xərclərinə təsir etməyəcək. Çünki ölkəmizdə qəbul olunan qərara əsasən sosial xərclər azaldıla bilməz”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ