17/08/2019 15:35
728 x 90

Azərbaycan səfirliyi Fuad Abbasovla bağlı Rusiya XİN-ə nota göndərdi

img

Azərbaycanın Rusiyadakı səfirliyinin Konsulluq şöbəsinin əməkdaşları jurnalist Fuad Abbasov ilə gündəlik əlaqə saxlayırlar.

Baki-xeber.com xəbər verir ki, bu barədə səfirlikdən AZƏRTAC-a məlumat verilib.

Məlumatda bildirilir ki, jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar Konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar. İyunun 11-də səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüşüb, şəraiti ilə yaxından tanış olublar. Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota, eləcə də digər aidiyyəti dövlət qurumlarına məktublar göndərib.

“Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarətdə saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”, - deyə məlumatda bildirilir.

Son xəbərlər