22/08/2019 20:41
728 x 90

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident seçilməsi münasibətilə təbrik edib

img

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayaraq, onu Qazaxıstan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Prezident deyib ki, Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlanır:”İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Son xəbərlər