Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan Azərbaycanı hərbi təlimlərin birini real döyüşə çevirmək zorunda buraxır…

Image


Son dövrlərdə Ermənistanda ciddi narahatlıq prezmetinə çevrilən əsas məqamlardan biri də Azərbaycan ordusunun intensivləşən hərbi təlimləridir. Əvvəlki dövrlərdən fərqli olaraq, indi bu təlimlərə erməni tərəfi daha həssas və təşviş dolu reaksiyalar verir. Əsas səbəb isə odur ki, baş verən son hadisələr cəbhədə yaxın tezlikdə irimiqyaslı toqquşmaların başlanacağını istisna etmir. Məhz bu vəziyyətdə Azərbaycanın təlimlərinin real döyüş əməliyyatlarına çevrilə bilməsi Ermənistanda ciddi xof yaradır. Xüsusən də Naxçıvanda keçirilən son təlimlər düşmən ölkədə ciddi narahatlığa yol açır.

“Modus Vivendi” mərkəzinin direktoru Ara Papayan bildirir ki, Azərbaycan və Türkiyə 7-11 iyun tarixləri arasında Naxçıvanın Ermənistanla sərhəd rayonlarında “Sarsılmaz qardaşlıq-2019” adı altında birgə təlimlər keçirib. Onun sözlərinə görə, İrəvan şəhərindən cəmi 50-60 kilometr məsafədə belə bir təlimin keçirilməsi, təbii ki, ciddi təşviş yaradır: “Bu çox təhlükəlidir, ona görə ki, təlimlər ehtimal edilən müharibə vaxtı Naxçıvan cəbhəsinin də açılacağını göstərir. Bunu deməyə o əsas verir ki, Azərbaycan Naxçıvan sərhədində öz mövqelərini irəli çəkib. Azərbaycanın mövqelərini irəli çəkməsi Yerasx-Vayk magistralının heç olmasa bir hissəsini birbaşa atəş altında saxlamağa imkan verir. Qarabağ müharibəsi baş verərsə, Azərbaycan tərəfi Naxçıvan və Tavuş istiqamətindən 2 alt cəbhə yaratmağa çalışacaq. Bununla da erməni tərəfinə Qarabağ cəbhəsində cəmləşməyə imkan verməyəcəklər, çünki paytaxtı qoruma təhlükəsi yaranacaq”.
Türkiyə tərəfindən Rusiyaya qarşı güc nümayiş etdirildiyi barədə fikirlərə gəldikdə isə, Papyan Türkiyənin belə bir probleminin olduğuna inanmadığını qeyd edib: “Bu iki dövlət arasında çox gözəl münasibət var. Türkiyə Rusiya tərəfi ilə razılaşdırmadan Naxçıvana bu qədər qoşun yeridə bilməzdi. Hər iki dövlət Moskva razılaşması ilə Naxçıvan barədə anlaşıb. Rusiya tərəfi bu yolla ermənilərin gözünü qorxutmaq istəyir. Rusiya bildirmək istəyir ki, ermənilər onları qəbul etmədiyi və sevmədiyi bir halda necə bir təhlükə ilə qarşılaşa bilərlər. Rusiya “türk yatağı və rus çəkməsi” arasında seçim etməyi təklif edir. Bu, əsrlər boyu davam edən siyasətin növbəti təzahürüdür”. O, Naxçıvan sərhədində Azərbaycan hərbi texnikasının yerləşdirilməsinin hazırda daha fəal mərhələyə keçməsi barədə fikirlərə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanın nəzərdə tutulandan daha çox sayda hərbi texnikası var: “Ciddi silah alınmasına 2000-ci illərdən başlanıb. Həmin dövrdə kəskin maliyyə vəsaitinə sahib olduğu bildirilir. Fəallığın digər səbəbi bundan ibarətdir ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan dərk edib ki, 1 cəbhə ilə məsələni həll etmək mümkün deyil. Qarabağ cəbhəsi müdafiə üçün bir neçə eşelonla möhkəmləndirilmiş zonadır. Qarabağ cəbhəsinin eşelonlarla möhkəmləndirilməsinə səbəb döyüşlərin olacağının gözlənilməsidir. Ancaq Naxçıvan cəbhəsində belə bir gözlənti yoxdur. Bizim ehtimalımız ondan ibarətdir ki, Azərbaycan Ermənistana qarşı geniş müharibəyə başlamayacaq. Lakin bu yalnız ehtimaldır. Tavuş və Naxçıvan istiqamətində bizim mövqelərimiz daha zəifdir. Qarabağ cəbhəsində olduğu kimi səngər və ərazilər yoxdur. Yadda saxlayın ki, Qarabağa doğru bizim cəmi 2 yolumuz var. Biri Vayots-Dzor vasitəsilə Gorusdan keçməklə Xankəndinə gedən Yerasx yaşayış məntəqəsindən, digəri isə şimal istiqamətindəndir. Azərbaycan bu istiqamətləri bombalayarsa, yalnız şimal yolu qalacaq”.

Bundan öncə isə İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan da Naxçıvan təlimləri ilə bağlı həyəcan dolu açıqlamalar vermişdi. O, Naxçıvanda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə “Sarsılmaz qardaşlıq-2019” hərbi təlimlərinin keçirilməsinin birbaşa İrəvana mesaj olduğunu qeyd etmişdi. Bu səbəbdən o, Ermənistanın Naxçıvanla və Azərbaycanla bağlı iki ayrı siyasət aparmalı olduğunu da xüsusi vurğulamışdı: “Azərbaycan prezidenti İlham Əliyev tədricən Naxçıvanı bizim üçün olduqca təhlükəli zonaya çevirir. Bunun son sübutu Türkiyə ilə birlikdə keçirilən yeni hərbi təlimlərdir. Təlimlərin məqsədi təkcə döyüş vərdişlərinin işlənməsi deyil, ora əlavə təbliğati məzmun da qatılır. Bunu başa düşmək üçün təlimlərin adına baxmaq kifayətdir. Ona görə də Ermənistan Naxçıvanla bağlı ayrıca siyasi xətt işləyib hazırlamalıdır”.

Qeyd edək ki, əslində Naxçıvanda Azərbaycanla Türkiyə ordularının birgə təlimləri hər il keçirilir. Ermənistan mediası və siyasi ekspertlərinin budəfəki təlimlərdən daha çox qorxmasının səbəbi, ekspertlərin fikrincə, cəbhə bölgəsində və Ermənistandakı siyasi vəziyyətlə bağlıdır. Belə vəziyyətdə hesab edilir ki, Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıq mesajıdır. Yəni müharibə başlayarsa, Türkiyənin Azərbaycana dəstək verəcəyi, ən azı Naxçıvanı qoruyacağı aşkardır. Ermənistan Rusiyadan daim hərbi dəstək istəyirsə, Azərbaycan da Türkiyədən eyni dəstəyi istəyəcək. İkincisi, Naxçıvandakı birgə hərbi təlimlər Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması prosesini sürətləndirə bilər. Hətta belə fikirlər səslənir ki, hər hansı birgə hərbi təlimlərdən sonra Türkiyənin hərbi hissəsi Naxçıvanı tərk etməyərək, orada yerləşə bilər. Üçüncüsü, Naxçıvandakı hərbi təlimlər Rusiyanı narahat etmir. Bu mövzuda rusiyalı rəsmilərin dilindən hər hansı açıqlama səsləndirilməyib. Bu da Ermənistanda narazılıq yaradır. Rusiya NATO-nun Gürcüstandakı təlimlərini tənqid edir. Ancaq Rusiya NATO dövləti olan Türkiyənin Azərbaycanla birgə hərbi təlimlərinə etiraz etmir. Çünki Rusiyanın özü Türkiyə ilə əməkdaşlıq edir, qardaş ölkəyə müasir silahlar satır. Ona görə də Kreml Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə etiraz etmək istəmir. Bunun özü də Azərbaycanın xeyrinədir. Ən nəhayət, yuxarıda qeyd olunanlardan göründüyü kimi, Naxçıvandakı hərbi təlimlərin psixoloji tərəfi də var. Belə hərbi təlimlər Ermənistanda ciddi ruh düşkünlüyü yaradır. Özü də bütün bunlar o fonda baş verir ki, cəbhədə baş verənlər istənilən an genişmiqyaslı savaşa gətirib çıxara bilər. Xüsusən də düşmənin atəşkəsi getdikcə daha davamlı şəkildə pozması bunu istisna etmir.

Xatırladaq ki, bu günlərdə təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgəri Xəlilov Elşən şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.

Mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub. Və Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə “qisas alınacağını” açıqlamışdı. İndi Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, David Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən, hərbçilər onlara verilmiş tapşırığı “yüksək səviyyədə” yerinə yetiriblər. Bu məlumat təmas xətti boyu son günlər düşmən qüvvələrinin bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir. Belə ki, müdafiə naziri Tonoyan Azərbaycan əsgərinin vurulması, yaxud “cəza tədbirlərinin görülməsi” üçün şəxsən tapşırıq verib və indi bu tapşırığı yerinə yetirənləri mükafatlandırıb. Deməli, bununla düşmən açıq nümayiş etdirir ki, Qarabağ məsələsinin dinc yolla tənzimlənməsində maraqlı deyil. Elə bu səbəbdən baş verənlər cəbhədə istənilən an genişmiqyaslı hərbi toqquşmaların başlanmasını istsina etmir. Buna görə də Azərbaycan ordusunun təlimlərinin istənilən an real döyüş əməliyyatlarına keçməsi də tamamilə gözlənilən hesab edilir. Ehtiyatda olan polkovnik Şair Ramaldanov da hadisələrin məhz bu səpkidə inkişafını istisna etmir: “Azərbaycanın müdafiə naziri Zakir Həsənov bütün çıxışlarında düşmənə xəbərdarlıq etmişdi ki, təxribata əl atsanız, Silahlı Qüvvələrimiz qat-qat güclü zərbə ilə cavab verəcək. Bu, cəbhə bölgəsində olan bütün bölmələrə tapşırıqdır. Xəbərdarlıqdan sonra düşmən bir qədər təxribat xarakterli addımlarını dayandırdı. Baş verən son hadisələr isə göstərir ki, erməni tərəfi cəbhədə təxribat törədilməsində və Azərbaycanın cavab addımı atmasında maraqlıdır. Azərbaycan aprel döyüşlərindən də şiddətli döyüşlər, antiterror əməliyyatı həyata keçirərək, işğalçı, quldur qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Hesab edirəm ki, son təxribatlaraa bu fonda qiymət vermək lazımdır”. Ş.Ramaldanov vurğulayıb ki, son təxribatlardan sonra cəbhədə ermənilərin itkiləri sonuncu olmayacaq: “Proses davam edəcək. Azərbaycan ordusu öz şəhidlərinin qisasını alacaq, qanını yerdə qoymayacaq. Bu, ermənilərə dərs olmalıdır. Azərbaycan öz yumruğunu düşmənə göstərəcək. Təbii ki, erməni işğalçı qüvvələri bütün təmas xəttində bu gücü, bu narahatlığı, bu qisası hiss edəcək. Həm əsgərlər, həm zabitlər, həm də valideynlər bunu görəcəklər. Ona görə düşünürəm ki, Ermənistan tərəfi hələ çox itkilər verəcək”. Polkovnik qeyd edib ki, bundan sonra Ermənistanın mövqeyindən çox şey asılıdır: “Atılan addımlar Ermənistan rəhbərliyini təxribatlar törətməkdən əl çəkməyə məcbur etməsə, Azərbaycan ordusu öz torpaqlarını güc yolu ilə azad edəcək”. 

Beləliklə, hadisələrin inkişaf axarı yaxın tezlikdə cəbhədə erməni təxribatları nəticəsində yeni Qarabağ savaşının alovlanmasını istisna etmir. Bu durumda isə erməni tərəfinin olduqca sərt zərbələr alması da qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ