Bazar günü günü, 08 noyabr 2026
     

Kəskinləşən ABŞ-Çin ticarət müharibəsindən salamat çıxan olmayacaq - Azərbaycandan başqa…

Image


Dünya iqtisadiyyatında hələ də ciddi narahatlıq predmetinə çevrilən başlıca məqamlardan biri getdikcə kəskinləşən ticarət müharibəsidir. Bunun bütövlükdə dünya ölkələrinə təsiri artıq qaçılmaz amil sayılır. Amma ekspertlər bir məqamı da xüsusi olaraq vurğulayır ki, ölkələrə ticarət savaşının, xüsusən də ABŞ və Çinin bu xüsusda iqtisadi çəkişməsinin təsirləri də müxtəlif olacaq. Məsələn, artıq indidən bəllidir ki, MDB ölkələri sırasında bu ticarət savaşının Azərbaycana hansısa ciddi təsiri olmayacaq. Amma digər MDB ölkələri üçün vəziyyət fərqlidir.

Hələlik isə bir çox ölkə və təşkilat ticarət savaşının dayanmasına dair çağırış etsə də, vəziyyət tamam fərqli məcrada inkişaf edir. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard bu xüsusda bildirir ki, ticarət müharibəsi dünya iqtisadiyyatının inkişafına əsas təhlükədir. Bu, eyni zamanda, bir sıra digər risqlər - çox aşağı faiz dərəcələri və inkişaf etmiş iqtisadiyyatların borc səviyyəsinin artması deməkdir. Onun sözlərinə görə, təkcə ABŞ-la Çinin qarşıdurması 2020-ci ildə dünya ümumi daxili məhsulunun 0,5 faiz həcmdə azalmasına gətirib çıxara bilər. Rəqəmlə ifadə edilsə, bu, 455 milyard dollar deməkdir. Laqardın fikrincə, qlobal iqtisadiyyatdakı risqləri azaltmaq üçün ilk növbədə ticarətdəki mövcud gərginliyi aradan qaldırmaq lazımdır. O, tətbiq edilən rüsumların ləğvini və yenilərinin tətbiq edilməməsini, eləcə də beynəlxalq ticarət sisteminin modernləşdirilməsini nəzərdə tutduğunu deyib. BVF-nin icraçı direktoru qlobal iqtisadiyyatdakı qeyri-sabitliyin aradan qaldırılması üçün dövlətlərin birgə işləməsini vacib hesab edir.

Hazırda iqtisadi müstəvidə əsas təhlükə kimi ABŞ və Çin arasında çəkişmə göstərilir. Düzdür, Birləşmiş Ştatların prezidenti Donald Tramp bəyan edib ki,  ABŞ Çinlə ticarət sazişi imzalamağa mütləq nail olacaq. O  bildirib ki, artıq Çin saziş bağlamaq istəyir:"Mən saziş imzalamaq istərdim. Biz razılıq əldə etmişdik, amma Çin tərəfi sazişin şərtlərini dəyişdirməyə cəhd etdi. Lakin onlar bunu edə bilməzlər". Qeyd edək ki, mayın ortalarında ticarət üzrə ABŞ-Çin danışıqlarının sonuncu mərhələsi nəticəsiz qalıb. ABŞ dəyəri 200 milyard dollar olan Çin mallarının idxalına gömrük rüsumunu 10 faizdən 25 faizədək artırıb. Bundan sonra Tramp Çindən 300 milyard dollar qiymətləndirilən idxala görə də rüsumları artırmağı tapşırıb.
Buna cavab olaraq, Çin Maliyyə Nazirliyi iyunun 1-dən dəyəri 60 milyard dollar olan ABŞ mallarına rüsumun artırıldığını elan edib. Xatırladaq ki, ABŞ-ın əvvəlki prezidentlərinin qəbul etdiyi bır sıra qərarlardan sonra indiki dövlət başçısı Donald Trampın səsləndirdiyi bəyanatlar və ölkənin ötən ilin yanvar ayında Çinlə münasibətlərdə balansı qoruyan Sakit Okean Tərəfdaşlıq Müqaviləsindən çıxması sonda iki ölkə arasında ticarət müharibəsinin başlanmasına səbəb oldu. Bu baxımdan, ABŞ prezidentinin keçən ilin mart ayında polad və alüminium idxalına vergi tətbiq edilməsinə dair ilk bəyanatı çox önəmlidir. Bununla Tramp təkcə Çini və Avropa İttifaqı (Aİ) ölkələrini deyil, həm də qonşu Kanada və Meksikanı, eləcə də digər Latın Amerikası ölkələrini hədələdi. Son bəyanatlara gəldikdə isə, onların artıq iqtisadi nəticələri var. Söhbət, yuxarıda qeyd olunduğu kimi, dünya iqtisadiyyatına yaranan təhdiddən gedir.

Qeyd edək ki, Çinin ABŞ-a ixrac etdiyi məhsulların dəyəri ABŞ-dan idxal etdiyi məhsulların dəyərindən 4 dəfə azdır. Beləliklə, hazırda ABŞ-ın xarici ticarət dövriyyəsində 800 milyard  dollarlıq mənfi saldo var ki, bunun da 375 milyard dolları Çinlə idxal-ixrac əməliyyatlarının hesabına formalaşıb. ABŞ Çin istehsalı olan 1 300 adda məhsulun idxalına 10% gömrük rüsumu tətbiq etməklə xarici ticarət balansındakı kəsiri aradan qaldırmağa çalışır. Amma Çin də "yerində saymır". Bir neçə gün bundan əvvəl Şərqi Asiya ölkəsi bəyan edib ki, ABŞ-dan idxal olunan 60 milyard  dollarlıq məhsula ilk öncə 5%, daha sonra isə 10% vergi tətbiq ediləcək. Bununla da tərəflər arasında gərginlik daha da artıb və ticarət müharibəsi 2-ci mərhələyə qədəm qoyub. Belə vəziyyət digər dünya ölkələrinə də ciddi surətdə təsir göstərir. Məsələn, Dünya Bankı bu durumda bir çox ölkələrdə iqtisadi geriləmənin olacağını bildirir. MDB-yə gəlincə, burada ən böyük iqtisadiyyata malik Rusiya prosesdən ən çox təsirlənən ölkələr sırasında ilk yerdə durur. Bildirilir ki, dünya ticarətində vəziyyətin pisləşməsi Rusiya iqtisadiyyatını geri salacaq. Çinlə ticarət əlaqələrinə malik Orta Asiya ölkələri də eyni problemlərlə üzləşəcək. Qafqazda Ermənistan və Gürcüstan dünya iqtisadiyyatında baş verənlərə çox həssas olduğundan, onların da prosesdən ciddi zərər görməsi gözlənilir. Ticarət müharibəsi davam edəcəyi təqdirdə, Azərbaycana idxal edilən məhsulların da qiymətində artımlar müşahidə edilə bilər. Amma qlobal ticarət müharibəsi neftin dünya bazarında qiymət artımına gətirib çıxararsa, bu halda neft ölkəsi olan Azərbaycanda gəlirlərin çoxalması üçün yaxşı zəmin formalaşar. Yəni baş verənlər strateji və enerji məhsullarının qiymətinin də bahalaşmasına gətirəcəyi təqdirdə, nəticə etibarı ilə ölkəmiz qlobal ticarət müharibəsindən uğurla çıxa bilər, öz gəlirlərini artırmaq imkanı qazanar. Beləliklə, bütövlükdə qlobal ticarət müharibəsinin Azərbayan üçün təhdid istiqamətində ciddi təsirləri olmayacaq. Hətta enerji məhsullarının qiyməti qalxmasa belə, Azərbaycan yaranmış vəziyyətdə qeyri-neft məhsullarının artan ixracı hesabına yenə ticarət müharibəsindən ən az təsirlənən ölkələrdən biri olacaq. Xatırladaq ki, bundan əvvəlki ticarət və valyuta savaşları da Azərbaycana hansısa ciddi təsir göstərməmişdi.

Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ