Bazar günü günü, 08 noyabr 2026
     

Cavad xanın bərpa olunmuş bayrağı böyük qalmaqal çıxardı...

Image


Azərbaycan xanlıqlarına məxsus bayraqların, eləcə də digər dövlətçilik atributlarının bərpa edilməsi, bənzərinin hazırlanması müsbət bir haldır. Lakin həmin bayraqlar hazırlanarkən onların üzərində əks olunan simvollar olduğu kimi saxlanmalıdır. Bu atributlara münasibət o qədər həssas olmalıdır ki, orada nə əskikliklərə, nə də əlavələrə yol verilməlidir. Onlar elə bərpa edilməlidir ki, orada hər hansı bir nöqsan aşkarlanmasın.

Məlum olduğu kimi, Gəncə xanlığının tarixi bayrağının nüsxəsi hazırlanıb. Yayılan xəbərlərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində qədim Gəncə xanlığının tarixi bayrağının bərpa edilən nümunəsi Gəncə şəhərinə gətirilib. Bayrağın “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə hazırlandığı bildirilir.

Qeyd edilənə görə, Cavad xan dövrünə aid olan bayrağın üzərindəki ornamentlər bayrağın əslində göstərilən şəkildə hazırlanıb. Bayrağın yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolu, altında Azərbaycan bayrağında öz əksini tapmış 8 guşəli ulduz simvolu yer alıb. 174x127 sm ölçüdə, dördkünc formada, ipək parçadan hazırlanmış Gəncə xanlığının bayrağı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən, Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanacaq.

Cavad xan dövrünün bayrağında üçrəngli bayrağımızda ifadə olunan 8 guşəli ulduzun həmin dövrün mənzərəsini əks etdirmədiyini deyən tarixçilərin fikrincə, Cavad xan dövrünə məxsus bayraqda müasir Azərbaycan dövlətinin üçrəngli bayrağında əks olunan 8 guşəli ulduzun əks olunması tarixin təhrif edilməsidir.

Cavad xanın bayrağının bərpası zamanı 8 guşəli ulduzdan istifadə edilməsinin bayrağa müasir elementlər gətirilməsi anlamına gəldiyini deyən tarixçilər hesab edirlər ki, o bayraq olduğu kimi  bərpa edilməli idi.

  • Faiq Ələkbərli: “Bəzən yaxşı niyyət mənfi nəticələr verir”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, xanlıqlar dövrünə aid bayraqlar bərpa edilərkən bütün hallarda diqqətli olmaq lazımdır: “Hesab edirəm ki, bu, məntiqli deyil. Yəni Gəncə xanlığının bayrağına əlavələrin edilməsi doğru deyil. Ola bilsin ki, bunu edənlər Gəncə xanlığının bayrağı ilə Azərbaycan bayrağı arasında sintez etmək niyyətində olublar.  Ancaq, bütün hallarda, hər bir bayraq olduğu kimi verilməlidir. Fikrimcə, bayraq məsələsinə həssas yanaşılmalıdır. Bunu edənlər nə etdiklərinin məsuliyyətini başa düşməlidirlər.

Bəzən yaxşı niyyət mənfi nəticələr verir. Doğrudur, Gəncə xanlığının bayrağı da bizim xalqımızın simvoludur. Ancaq artıq o, tarixə çevrilib, bu gün isə üçrəngli bayrağımız bizi birləşdirən tək bayraqdır. Ona görə də tarixi obyektivliyi unutmaq olmaz”.

  • Müzadil Zauroğlu: “Gəncə xanlığının 8 bayrağı olub və səhv etmirəmsə onların 2-də 8 guşəli ulduz yer alıb”

 “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Zauroğlu ittihamları qəbul etməyərək bildirdi ki, ola bilsin, yayılan xəbər düzgün anlaşılmayıb. “Ola bilsin orada bir az anlaşılmazlıq olub. O bayraq tam olaraq tarixi görkəmində bərpa edlib. Orijinal bayraq necə olubsa, bərpa edilən bayraq da o cürdür. O bayrağa bərpa zamanı heç bir yenilik gətirilməyib. Sadəcə olaraq, Gəncənin indiki gerbi həmin bayraqdan götürülüb. O bayraqdan simvol götürülüb və müasir Gəncənin gerbinə çevrilib. 8 guşəli ulduzun bayraqda əks olunmasına gəlincə, 1918-ci ildə qəbul edilən bayrağımızda da 8 güşəli ulduz əks olunub və elə o zamandan da bundan istifadə edilir. Yəni o da yeni bir məsələ deyil. Onu da deyim ki, Gəncə xanlığının 8 bayrağı olub və səhv etmirəmsə onların 2-də 8 guşəli ulduz yer alıb. Yəni burada heç bir tarixi təhrifdən söhbət gedə bilməz” - deyə M.Zauroğlu qeyd etdi.

Gəncə xanlığının bayraqlarından birini nümunə göstərən müsahibimiz vurğuladı ki, 174x127 sm ölçüdə, dördkünc formada ipək parçadan olan Gəncə xanlığının bu bayrağı iki yaşıl və bir moruğu rəngli şaquli zolaqdan ibarətdir. O qeyd etdi ki, zolaqlar üzərində qızılı və al-qırmızı rəngdə yazılar yazılıb və naxışlar verilib.

Bayrağın yuxarı hissəsində günəş formasında qırmızı dairənin içində qızıl hərflərlə yazılmış "ALLAH" sözü oxunur. Bayrağın orta hissəsində qırmızı naxışların içində bir neçə dəfə qızıl hərflərlə "La İlahə İlləlah, Mühəmmədən Rəsullulah" yazısı toxunub. "Allahdan başqa Allah yoxdur, Mühəmməd Onun Rəsuludur".

Bayrağın sağ aşağı hissəsində gözəl xəttatlıq üslubu və qızıl hərflərlə Qurani-Kərimdən ən-Nisa surəsi, ayə 95 həkk olunub.

"Allah yolunda öz malları və canları ilə cihad edənlər üzürlülər istisna olmaqla evlərində əyləşən möminlərlə eyni olmazlar.

Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən dərəcə etibarilə daha üstün tutdu. Allah (onların) hamısına ən gözəl nemətlər vəd etmişdir.

Allah mücahidləri (evdə) oturanlardan daha böyük bir mükafatlarla üstün etmişdir (imtiyaz vermişdir)".

“Bayrağın üstündə həkk olunan və savaşa, cihada səsləyən bu ayə Gəncəmizin dillər əzbəri olmuş əyilməzliyinin və mübarizliyinin daha bir bariz nümunəsi və izahıdır!

Bayrağın üzərində, onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş orijinal aypara simvolunu görə bilərik. Onun altında Azərbaycan bayrağında öz əksini tapmış 8 güşəli ulduz simvolu yer alıb.

Qeyd edim ki, rusların məruzəsinə əsasən, 3 yanvar 1804-cü il tarixində Gəncə qalasının işğalı zamanı hərbi qənimət kimi 8 bayraq və bir ələmli ştandart ələ keçirilmişdi. Həmin məruzəyə əsasən, bayraqların birinin üzərində Səfəvi və sonrakı Azərbaycan türk dövlətlərinin simvolu olan "Şir və Günəş" əks olunub” - deyən M.Zauroğlu bu bayrağın xüsusi önəm daşıdığını dedi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ