27/06/2019 11:11
728 x 90

Qarsın kürd bələdiyyə sədrinin “erməni sevgisi”... Azərbaycanlılar və türklər ayağa qalxdı... - FOTO/VİDEO

img

Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İştan Zakaryanın rəhbərlik etdiyi bir qrup erməninin Türkiyənin Qars şəhərinin yeni bələdiyyə sədri kürd HDP-li Ayhan Bilgen və müavini Şevin Alaca tərəfindən qəbul edilməsi Azərbaycan və Türkiyədə ciddi etirazlara səbəb olub.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qarsdakı Qafqaz Universitetində təhsil alan azərbaycanlı tələbələr kürd bələdiyyə sədrinin bu hərəkətinə etiraz olaraq aksiya keçirib, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) isə ermənilərin Qarsa səfəri ilə bağlı sərt etiraz bəyanatı yayıblar.

Qarsdakı bir parkda bir araya gələn Qafqaz Universitetinin azərbaycanlı tələbələri aksiya keçiriblər. Universitetin tələbəsi Nihal Məmməd, tələbələr adından çıxış edərək, ermənilərin Qarsa səfərinə görə məyus olduqlarını bildirib.

Universitetin tələbəsi Nihal Məmmədov tələbələr adından danışaraq bildirib ki, erməni heyətinin iyunun 6-də Qars bələdiyyəsində qəbul edilməsindən məyus olublar. O, ermənilərin Dağlıq Qarabağda soyqırım törətdiklərini, Azərbaycan ərazilərini işğal altında saxladıqlarını deyib.

“...Ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırım törədiblər, hamilə qadınların qarınlarını yarıblar, işgəncə veriblər. Biz bunları unutmadıq, unutmayacağıq” – N.Məmmədov deyib.

ASİMDER başqanı Göksül Gülbey isə Ermənistan turizm şirkətinin 8 avtobus ermənini Qarsa gətirmələrinə və hətta sosial şəbəkələrdə paylaşdıqları şəkillərin altında “Qərbi Ermənistana xoş gəldiniz” sözləri yazmasına sərt reksiya verib.

O, bu səfərin bir müddət əvvəl Fransada elan edilən saxta erməni layihəsinin bir parçası olduğunu deyib. G.Gülbey bu səfərin Fransadakı erməni diasporunun Türkiyənin Qars da daxil olmaqla bəzi bölgələrini “Qərbi Ermənistan” elan etməsindən cəmi bir neçə ay sonraya təsadüf etdiyini bildirib.

TADEF başqanı Ərcümənt Daşdələn isə yaydığı bəyanatda, tarix boyu Anadolu insanına acılar yaşadan, Osmanlı Anadolusunda müdafiəsiz müsəlmanların qətlə yetirilməsinin baş aktyoru olmuş, terroru dövlət siyasəti kimi mənimsəyən, xaricdəki türk diplomatları və ailələrini qətlə yetirən, beynəlxalq terrorçuları qəhrəman elan edən, Azərbaycan torpaqlarını işğal edən, Xocalıda soyqırım törədən, on minlərlə müdafiəsiz yaşlı, qadın və uşaqları işgəncəyə məruz qoyaraq qətlə yetirən, şikəs edən, beş mindən çox azərbaycanlını yüz il əvvəl işğal etdiyi torpaqlarda qurduğu gizli kamplarda işgəncələrə məruz qoyan.. ermənilərin, cəmi 29.58 faiz səslə Qarsın yeni bələdiyyə başqanı seçilmiş kürd HDP-li Ayhan Bilgen tərəfindən rəsmi şəkildə qəbul edilməsinə sərt etiraz edib.

Qars, Ardahan və İğdırda fəaliyyət göstərən təşkilatlara müraciət edən E.Daşdelen, onları bu məsələyə səssiz qalmamağa çağırıb.

TAHİR

Son xəbərlər