Bazar günü günü, 08 noyabr 2026
     

Separatçı “DQR” şəhərlərini fransızlarla süni qardaşlaşdırma cəhdlərinə ağır məhkəmə zərbəsi...

Image


Məhərrəm Zülfüqarlı: “Bu, ermənilər üçün gözlənilməz zərbə oldu”

 

Məlum olduğu kimi, mayın 30-da Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv edib.

Sözügedən "sənəd" Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı.

Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və "sənəd" imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülüb. Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib.

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin oktyabrında Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər edib və separatçılarla bir sıra görüşlər keçiriblər. Bundan sonra Fransanın Bakıdakı səfiri Oreliya Buşe Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilən qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətlər verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olunub.

Ondan sonra gedən proseslər, göründüyü kimi, Azərbaycanın xeyrinə nəticələndi və Fransa məhkəməsi ədalətli qərar çıxardı.

Fransa İnzibati Məhkəməsinin qətnaməsi bir neçə cəhətdən çox əhəmiyyətli tqrixi hadisədir. Ermənilər separatçı rejimin işğal altında saxladığı şəhərlərimizi Fransa şəhərləri ilə qardaşlaşdırmaqla qondarma “DQR”-i tanıtmağa çalışıblar. Bu mənada, məhkəmə qərarı erməni lobbisinə və Ermənistana tutarlı zərbədir. Uzun illərdi ki, Azərbaycan diplomatiyası belə hərəkətlərin beynəlxalq qanunlara, münaqişənin həlli prinsiplərinə, Fransanın öz qanunlarına və Azərbaycanla dostluq ruhuna zidd olduğunu sübut etməyə çalışırdı. Hazırkı qərar Azərbaycan diplomatiyasının səylərinin şəksiz nəticəsi sayıla bilər. Məhkəmə qərarı Fransada erməni lobbisinə sarsıdıcı zərbədir və qondarma “DQR”-in digər şəhərləri ilə də süni “qardaşlaşma” müqavilələrinin hamısının ləğvinə perspektiv açdı. Hadisə maraqlı bir presedent nümunədir. Bu qərar Fransa hakimiyyətində Azərbaycanla dostluq təmayülünün çox güclü olduğunu ortaya qoydu və separatçı rejimin qanunsuz şəkildə özününküləşdirdiyi şəhərlərin Fransa şəhərləri ilə növbəti qardaşlaşma sazişlərinin, demək olar ki, qarşısını aldı.

Xatırladaq ki, Fransanın özündə də bu saxta qardaşlıq xartiyalarına etiraz edənlər var və olub. Məsələn, Fransa Parlamentində Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Lük Reitzer birmənalı şəkildə Dağlıq Qarabağın hazırda işğal olunmuş ərazi olduğunu bildirir və bu əlaqələrinqəti əleyhinə olduğunu deyir:”Beynəlxalq hüququn qanunları var və onlara riayət etməmiz gərəkdir. Fransa Xarici İşlər nazirinə məktub ünvanlayaraq Fransanın bir sıra şəhərlərinin başçılarının Dağlıq Qarabağ bölgəsinin şəhərləri ilə əlaqələr qurduqları, səfərlər etdikləri, dostluq xartiyaları imzaladıqları barədə məlumatlandırmışam və bu əlaqələrin Fransa qanunlarına zidd olduğunu vurğulamışam. Bu yaxınlarda (2018-ci ilin oktyabrı-red) Fransanın Sant-Etyen (Saint-Etienne) şəhəri ilə Dağlıq Qarabağda yerləşən şəhərlərdən biri ilə əlaqələr qurulub. Mən Sant-Etyen şəhərinin merinə məktub yazaraq bunun beynəlxalq hüquq normalarına və Fransa Xarici İşlər Nazirliyinin qərarlarına zidd olduğunu bildirmişəm. Məktubuma Fransa Xarici işlər naziri Jan-İv Lö Dryanın mənim məktubuma cavablandıraraq beynəlxalq hüququn qanunlarını pozan bu cür ikitərəfli əlaqələrin məsləhət görülmədiyini təsdiqləyən məktubunun surətini də əlavə etmişəm. Hələlik, heç bir cavab almamışam. Sant-Etyen şəhərinin merinə göndərdiyim məktubumun surətini bir sıra orqanlara da göndərmişəm ki, qoy bilsinlər parlamentarilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış ərazilərlə əlaqələr qurmaqla digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən davranışlara yol verən bir sıra şəhər rəhbərlərinə qayda-qanunu xatırladır”.

Daha bir Fransa rəsmisi, Fransa Senatında Fransa-Qafqaz dostluq qrupunun, Xarici işlər, müdafiə və silahlı qüvvələr üzrə Komissiyanın üzvü, ölkənin keçmiş müdafiə və ədliyyə üzrə dövlət katibi, senator Jan-Mari Bokel deyir ki, vaxtilə Müluz aqlomerasiyasının prezidenti olduğu zamanlar özü də Azərbaycanın şəhərlərindən biri ilə dostluq xartiyası imzalayıb:”Mən Azərbaycanın dostluyam. Əslində istənilən şəhər, hətta ən konfliktual yerlərlə belə dostluq xartiyaları imzalaya bilər. Bu qanunsuzluq deyil. Bu bir siyasi seçimdir. Lakin mənim nəzərimdə, Dağlıq Qarabağın şəhər yaxud kəndləri ilə belə dostluq xartiyaların imzalanması düzgün deyil. Çünki bu zaman səfərlər, birgə bəyannamələr, bayraqlar vasitəsilə bu, həmin  ərazinin tanınması kimi başa düşülə bilər ki, bu da düzgün deyil. Çünki bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Mən Azərbaycanın dostu kimi deyirəm ki, belə dostluq xartiyaları qanunsuz deyil, lakin müəmmalıdır. Deyərdim ki, Qarabağ ərazisindəki şəhərlərlə dostluq xartiyalarının imzalanması bir mübarizə üsuludur ki, bu da, yuxarıda toxunduğum kimi, diaspora məsələsinə gətirib çıxarır. Bir daha vurğulamaq istəyirəm ki, bu şəsxlər “malı-mala“ qatmamalıdır”.

O baxımdan bunun əhəmiyyəti necə şərh olunur?

  • “Məlum olur ki, Fransa ermənilərlə yaxın olsa da, bu ölkənin dövlət maraqları daha vacib əhəmiyyət kəsb edir”

Məsələyə münasibət bildirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu, ermənilər üçün gözlənilməz zərbə oldu: “O mənada ki, onlar Fransanın Ermənistanla tarixən yaxın olduğunu nəzərə alıb bunu gözləmirdilər. Ancaq məlum olur ki, Fransa ermənilərlə yaxın olsa da, bu ölkənin dövlət maraqları daha vacib əhəmiyyət kəsb edir. Separatçı qurumun bu minvalla təbliği alınmadı. Azərbaycan müstəqillik əldə etdikdən sonra, zamanla Avropa ölkələri ilə əlaqələri gücləndirir. Son 5 ildə isə bu əlaqələr daha da güclənib. Azərbaycan gücləndikcə, Avropada təsir imkanları genişlənir. Azərbaycanın Fransa ilə də əlaqələri genişlənir. Fransa hakimiyyətindəki müəyyən dairələr Azərbaycanın Cənubi Qafqazda rolunu nəzərə alır. Digər tərəfdən, mən özüm bir neçə dəfə Avropa ölkələrinin parlamentində olmuşam. Hətta Belçika parlamentində Qarabağ dinləmələrində iştirak etmişəm. Gəldiyim qənaət odur ki, diplomatik fəaliyyətimizi daha da artırsaq, tərəfdarlarımızın sayı artacaq. Düzdür, Avropada xristian amili, erməni təəssübkeşliyi var, amma hər bir dövlətin öz maraqları var. Azərbaycan da Avropa ölkələrinin, o cümlədən Fransanın maraq çərçivəsindədir. İstənilən halda, Fransa məhkəməsinin qərarı Azərbaycan diplomatiyasının uğurudur. Səylərimizi artırsaq, bu gedişlə ermənilərin xeyrinə çıxarılan digər siyasi qərarlar da ləğv edilə bilər”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ