ABŞ-ın Los-Anceles şəhərinin polisi 9 ermənini bank fırıldağına görə həbs edib. Bu barədə ABŞ-ın Mühacirət və Gömrük Xidmətinin saytında məlumat dərc edilib.
Hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən ittihamnamədə qeyd edilir ki, müttəhimlər başqa bank hesablarına qəbzləri yazmaq üçün dəyişdirilmiş pasportlarda göstərilmiş saxta adlarla açılmış bank hesablarından istifadə ediblər.
Beləliklə, fırıldaqçılar "Bank of America"da 1,5 milyon dollardan çox pulu mənimsəmək üçün 331 erməni pasportundan istifadə ediblər. Cinayət faktı ilə bağlı 48 yaşlı Ara Malhasyan, 38 yaşlı Smbat Xeçumyan, 45 yaşlı Sveta Xeçumyan (Smbatın bacısı və Malhasyanın arvadı), 30 yaşlı Arutyun Petrosyan, 34 yaşlı Artur Arutunyan, 38 yaşlı Xaçatur Çobanyan, 49 yaşlı Civan Ahnazaryan və 37 yaşlı Arman Qriqoryan həbs ediliblər. Cinayət qruplaşmanın daha bir iştirakçısı - 29 yaşlı Artak Ohoyan hüquq-mühafizə orqanlarına könüllü təslim olub.
Doqquz fırıldaqçının hər biri bank fırıldaqları məqsədilə cinayət işbirliyində ittiham edilir. Onları 30 il həbsxana cəzası gözləyir. Qeyd edək ki, bu, ermənilərin ABŞ-dakı ilk fırıldaqçı cinayəti deyil. Ermənilərin xarici ölkələrdəki mütəşəkkil cinayətkar fəaliyyətinə daha çox üstünlük verməsi nəyin əlaməti sayıla bilər?
Əslində, burada təəccüblü nəsə yoxdur. Çünki son illər ərzində ermənilərin dünya miqyasında ən qatı cinayətkar qruplar yaratması adi hal alıb. Bunun bir sıra səbəbləri var. Əvvəla Ermənistan hakimiyyətlərinin hamısı mahiyyət etibarilə cinayətə meylli olur və həmin elementlərə birbaşa dəstək verir. Bir müddət əvvəl Avropada və xüsusən də Almaniyada erməni kriminal qrupları ifşa edildi. Almaniyanın nüfuzlu qəzetləri yazdılar ki, həmin qrupların Ermənistan səfirliyi və İrəvandakı rəsmi dairələrlə sıx əlaqələri var. Hətta beynəlxalq səviyyədə aparılan araşdırmalardan məlum olmuşdu ki, bir neçə tanınmış erməni “qanuni oğrusu”na diplomatik pasportu şəxsən sabiq prezident Sarkisyanın özü verib. Ötən il Almaniya hüquq-mühafizə orqanları “erməni mafiyası”nın üzvü olmaqda şübhəli bilinən 42 nəfərə qarşı 14 istintaq işi başladıb. Erməni cinayətkarlar “çirkli pulların yuyulması”nda, zorakılıqda, saxtakarlıqda şübhəli bilinirdilər.
Ümumiyyətlə, son illər Avropada hökmranlıq edən erməni mafiyası və ona bağlı olan ayrı-ayrı kiçik qruplaşmaların “qoca qitə”nin təhlükəsizlik orqanları tərəfindən ifşa edilməsinin şahidi oluruq. Maraqlıdır ki, uzun illər boyunca Avropanın və ABŞ-ın bir çox yerində mafiya sistemi qurmağı bacaran, strukturlaşan ermənilər məhz indi Avropa ölkələri və ABŞ-ın diqqətini çəkməyə başlayıb.
Məlumdur ki, ermənilər yaşadıqları bütün dövlətlərdə özlərinə məxsus cinayətkar şəbəkələr quraraq, müxtəlif kriminal əməllərlə məşğul olurlar. Əlbəttə ki, qanunsuz yollarla əldə etdikləri maliyyəni də bir çox hallarda yaşadıqları ölkənin siyasi liderlərini, media nümayəndələrini, parlament üzvlərini və iş adamlarını ələ almağa yönəldirlər. Bu mənada erməni lobbisinin arxasında elə dolayısı ilə mövcud olduqları ölkələrdəki erməni mafiyası durur. Hətta Almaniyanın MDR televiziyası mövzunu yenidən gündəmə gətirərək "Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular" adlı sənədli filmdə erməni mafiyasını ifşa edib. Maraqlıdır ki, həmin sənədli film Ermənistanın Almaniyadakı səfirliyinin təzyiqlərilə, məhkəmənin qərarı ilə efirə getmədi.
Bütün bu faktlar onu deməyə əsas verir ki, ermənilər bir millət olaraq terrora, cinayətə meyllidirlər. ABŞ-da isə Ermənistanın siyasi dairələri, diasporu ilə əlaqəli olan həmin beynəlxalq cinayətkar şəbəkənin yalnız bir həlqəsi ifşa edilib.
Məhəmmədəli QƏRİBLİ