Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan siyasətinin “açarları” Moskvaya toplanır – Paşinyan Putinlə məsələni tənzimləyə bilməsə…

Image


Baş verən son bir neçə hadisə Rusiya və Ermənistan arasında münasibətlərin getdikcə pisləşməsi barədə səslənən fikirlərin həqiqət olduğunu yenidən əyani surətdə təsdiqləməkdədir. Xüsusən də Avrasiya Ali İqtisadi Şurasının iclasının Nur-Sultan şəhərində baş tutan son iclasından sonra baş verənlər Moskva - İrəvan münasibətlərində gərginlik həddinin sürətlə yüksəlməkdə olduğunu əyani surətdə təsdiqləyir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Ali İqtisadi Şurasının iclası üçün getdiyi Qazaxıstan səfərini təcili şəkildə yarımçıq qoyaraq Ermənistana qayıdıb. Yayılan məlumatlara əsasən, Nur-Sultanda Rusiya prezidenti Vladimir Putin Paşinyanla görüşmək istəməyib. Bundan əlavə, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Paşinyandan başqa Avrasiya İqtisadi Birliyinin bütün rəhbərlərinə orden təqdim edib. Paşinyan isə geri qayıdandan sonra SSRİ-nin dağılmasında Nazarbayevin günahı olduğu barədə məzmunsuz açıqlama verib. Baş verənləri şərh edən rus politoloq Vitali Arkovun sözlərinə görə, rəsmi İrəvan artıq ortaya çıxan informasiyalara reaksiya verib. İrəvan Avrasiya Ali İqtisadi Şurasının iclasında Nikol Paşinyanın ordenlə təltif olunmamasını onun dövlətin başında cəmi bir ildir olması, Rusiya və Qazaxıstanın milli liderləri ilə müqayisə təşkilatın fəaliyyətinə verdiyi töhfənin cüzi olması ilə izah edib: “Ümumiyyətlə, Ermənistanın yeni baş naziri və onun formalaşdırdığı kabinetin fəaliyyətinin həm Avrasiya İqtisadi Birliyi, həm KTMT, həm də ümumən postsovet məkanında inteqrasiya proseslərinin dağıdılmasına istiqamətləndiyi haqda güclü təəssürat var. Avrasiya İqtisadi Birliyinin necə çətinliklə yaradıldığını hamımız xatırlayırıq. Elə indi də təşkilatın qarşısında böyük hissəsi xarici təsirlərlə yaranan bir çox problemlər dayanır. Buna görə də layihənin yaradıcı-atası Nursultan Abişeviçin açıq-aşkar onun yaratdıqlarını məhv etmək niyyəti daşıyan gənc (Nazarbayevin yaşı və təcrübəsi ilə müqayisədə) erməni həmkarına münasibətdə hisslərini anlamaq olar”. Arkov əmindir ki, Paşinyanın fəaliyyətindən fayda götürənlər bəllidir: “Onun Ermənistanın rəhbəri postunda uzun müddət qalmayacağı da aydındır: ənənəvi dəyərlərin (o cümlədən ailəvi əsasların – Ermənistanda hazırda buna qarşı da fəal iş aparılır) dağıdıcısı kimi istifadə edib, sonra da siyasi boşluğa yollayacaqlar. O bu baxımdan nə ilk, nə də sonuncudur”. Nur-Sultanda baş verənlərə qayıdan ekspert İrəvanın Avrasiya Ali İqtisadi Şurasının iclası çərçəvində guya heç Putin-Paşinyan görüşünün planlaşdırılmaması ilə bağlı verdiyi izahatın bir o qədər də inandırıcı olmadığını bildirib: “Bəli, tədbirin formatı ikitərəfli danışıqları nəzərdə tutmur. Ancaq hazırda Moskva ilə İrəvan arasında birinci şəxslərin iştirakı olmadan həlli mümkünsüz olan bir çox problem var. Yəni ki, qısaca olsa da, Paşinyan və Putinin müzakirə edəcəyi mövzular vardı. İrəvanda cari ilin 1 oktyabrında Putini gözləyirlər. Rusiya liderinin, həmçinin, Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində bu səfəri baş tutacaq. Aydındır ki, ev sahibliyi edən tərəfə hörmət mənasında Putin Paşinyanla görüşəcək. Əlbəttə, o vaxta qədər erməni cəmiyyətinin Paşinyanın boş vədlərinə artan narazılığı və həyat səviyyəsinin aşağı enməsi yeni inqilaba gətirib çıxarmasa”. Arkovun sözlərinə görə, bu gün Paşinyan ilk növbədə mehriban qonşuluğu öyrənməlidir: “İlk növbədə Azərbaycanla. Sözügedən proses (qarşıdurmadan mehriban qonşuluğa keçid) nə qədər çətin və uzun olsa da, ona başlamaq həyati vacibdir. İkincisi isə “Troya atı” deyil (görülən tədbirlərə əsasən bu gün Ermənistan məhz belədir), həqiqi müttəfiq olmaqdır. Belə olan halda hansı etibardan söhbət gedə bilər?”.

Bununla yanaşı, belə fikirlər də səslənir ki, əslində Ermənistanda inqilabı Rusiyanın özü də təşkil edə bilər. Bunun üçün isə Kreml müəyyən gedişlər də etməkdədir. Ermənistanın keçmiş hakimiyyətinin təmsilçilərinin Rusiyada yığışması və Moskvanın onları İrəvana verməkdən imtina etməsi artıq bütün bunların ilkin işartıları sayılır. Bu xüsusda bir sıra şəxslər üzərində daha çox diqqət cəmləşir. Serj Sarksiyanın sədri olduğu Respublika Partiyasından keçmiş deputat və sabiq müdafiə naziri Mikael Arutyunyan, eləcə də Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, Respublika Partiyasından keçmiş deputat Miqran Poqosyan ətrafında baş verənlər bunu sübut edir. Nikol Paşinyan indiki məqamda Rusiyada olan bu şəxsləri Moskvadan ala bilmədiklərini açıq etiraf edir: “Miqran Poqosyan iri həcmdə dövlət əmlakını mənimsəmək və dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun barəsində Ermənistanda axtarış elan olunub. Rusiyanın hüquq-mühafizə orqanları onu Kareliyada tutsalar da, Ermənistana verməkdən imtina edirlər”. Baş nazir vurğulayıb ki, Aram Arutyunyan iri məbləğdə rüşvət almaqda və qanunsuz yolla əldə etdiyi var-dövlətin leqallaşdırılmasında ittiham olunur: “Məhkəmə qiyabi olaraq onun barəsində həsb qətimkan tədbiri seçib və axtarış elan edib”. Paşinyan Rusiyanın keçmiş deputatları Ermənistana ekstradisiya edib-etməyəcəyi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib: “İndi elə bir şərait yaranıb ki, biz öz vətəndaşlarımızı ekstradisiya edə bilmirik”.  Xatırladaq ki, artıq Miqran Poqosyan Rusiyadan siyasi sığınacaq istəyib. Poqosyanın vəkili, Kareliyanın Vəkillər Palatasının prezidenti Mixail Yamçitski bildirib ki, Poqosyanın bu ölkədən siyasi sığınacaq istəməyə əsası var:

"Siyasi sığınacağın verilməsi haqqında xahiş artıq rəsmən verilib, lazımi qaydada rəsmiləşdirilib. Bununla bağlı qərarı Rusiya Federasiyası Prezidenti yanında Komissiya qəbul edir. Mənim fikrimcə, bunun üçün əsaslar var. Miqran Poqosyanı vətənində siyasi motivlər üzrə təqib edirlər". Mixail Yamçitskinin sözlərinə görə, müdafiə etdiyi şəxsin ekstradisiyası ilə bağlı məsələ Rusiya Baş Prokurorluğunda həll ediləcək. Baş verənləri şərh edən “1in.am” portalı isə yazır ki, Rusiya bu insanlar ətrafında oyunları ilə Ermənistanı cəzalandırmağı düşünür: “Ermənistan mətbuatında belə informasiya yayılıb ki, Miqran Poqosyan haqqında qətimkan tədbiri dəyişdirilib və saxlanılan Poqosyan indi ev dustağıdır. Əvvəllər “Jamanak” qəzeti xəbər vermişdi ki, Moskva Poqosyanın “siyasi sığınacaq” verilməsi barədə etdiyi müraciəti təmin etməyə meyllidir. Miqran Poqosyanla bağlı nə baş verir? O, Rusiyanın hamiliyi ilə erməni ədalət məhkəməsindən qaçan Ermənistanın keçmiş sisteminin üçüncü məmuru olacaqmı?

Məlumdur ki, sabiq müdafiə naziri Mikael Arutyunyan və sübutların məhv edilməsində ittiham edilən “1 mart işi” üzrə istintaq qrupunun sabiq rəhbəri Vaahn Arutyunyan indiyədək orada gizləniblər. Maraqlıdır, Moskva, Rusiyaya gəlib çıxa bilənləri müdafiə etmək haqqında qərarı hansı prinsipə əsasən verir? Yoxsa kimi müdafiə etmək haqda qərar verirsə, onu Rusiyaya gətirir? Və burada, əlbəttə, durumla bağlı iki həlledici an, sual, şərt yaranır. Biri odur ki, bu adamlar öz müdafiələri üçün Rusiyaya “haqq ödəyirlərmi”? Nəticədə, şübhəsizdir ki, burada başlıca problem bu illər ərzində Ermənistanda mənimsənilən resursların geri qaytarılmasıdır.

Əlbəttə, 10 insanın ölümü ilə əlaqədar olan “1 mart işi” ilə bağlı bir istisna var. Öz növbəsində, siyasi “cəngavər” və Ermənistanın suverenliyi problemi mövcuddur. Lakin bununla yanaşı, deyək ki, Miqran Poqosyanla bağlı yüz milyonlarla dollarlıq məşhur ofşor qalmaqalı tarixçəsi də var.

Eyni zamanda, köhnə sistemin xarakteri və məntiqindən çıxış etsək, belə nəticə çıxara bilərik ki, burada söhbət, necə deyərlər, şərti olaraq “bir adam”ın, xüsusilə etibarlı və mümkündür ki, zəif birinin adı ilə adlandırılan zəncirin kollektiv pullarından gedir.

Beləliklə, Moskva onu Rusiyada gizlətməklə, praktik olaraq, Ermənistanın keçmiş sisteminin kollektiv resurslarının əhəmiyyətli hissəsini öz əlinə keçirir. “Açar” da Miqran Poqosyandır. Mikael Arutyunyan və Vaahn Arutyunyanın əlində necə toplayıcı “açar”ların olması isə artıq başqa söhbətin mövzusudur. Başqa sözlə, Rusiya özünün Ermənistan “açar”larını toplayır. Bu da həlledici ikinci andır. “Açar”lar Ermənistanın əlindənmi, yoxsa buradan getmək üçünmü alınır? Onlar artıq Ermənistanda Rusiya üçün bu“açar”ların aid olduğu kilidlərin dəyişdirildiyi hər hansı bir “qapı”nı açmaq iqtidarında deyildilər, yoxsa onlar Ermənistanın yeni rəhbərliyinin və onu dəstəkləyən cəmiyyətin gələcəyə hər hansı bir qapı aça bilməməsi üçün yığılır? Əslində, Rusiya belə himayəçilik etməklə, praktik olaraq, Ermənistanın yeni hakimiyyətinə qarşı deyil, cəmiyyətin bu hakimiyyəti dəstəkləyən əksəriyyətinə qarşı gedir. Görəsən, bu addımların təsirlərinə və ya nəticələrinə görə Moskva özünə hesabat verirmi? ”. Erməni mediası yazır ki, Moskva, əslində keçmiş hakimiyyət təmsilçiləri vasitəsilə Ermənistanda yeni inqilab törətməyi də istisna etmir və sabiq prezident Robert Köçəryanın azadlığa buraxılıb siyasi meydana qaytarılması da bu planın tərkib hissəsidir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ