Bazar günü günü, 08 noyabr 2026
     

Andranikin qulağını kəsdiyi deyilən məşhur azərbaycanlının məzarı ətrafında müzakirələr başlayıb...

Image


Azərbaycanda adı el qəhrəmanı kimi tanınan, əslən Laçın rayonundan olan Soltan bəy Paşabəyoğlunun məzar yeri ətrafında gərgin müzakirələr aparılır.

Qeyd edək ki, sözügedən el qəhrəmanı Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri Xosrov bəy Paşabəyoğlunun doğma qardaşıdır. Soltan bəylə bağlı el arasında çoxlu rəvayətlər danışılır, hətta iddia edilir ki, erməni daşnaklarının liderlərindən olan Andranikin də qulağını məhz o kəsib. Azərbaycanda olan bir sıra şəxslər və QHT-lər iddia edirlər ki, Soltan bəyin məzarı Türkiyənin Qars vilayətinin Koçköy kəndindədir. Hətta həmin kəndin məzarlığında Soltan bəyin xatirəsi də əbədiləşdirilib. Məlumatlara görə, ilk dəfə bu addımı Beynəlxalq Diaspor Mərkəzi atıb. Ancaq əslən Laçın rayonundan olan bir sıra ziyalılar sosial şəbəkələrdə gedən müzakirələrdə iddia edirlər ki, BDM-in tapdığı məzar Soltan bəyə aid deyil. Laçın rayonundan olan ağsaqqalardan Qəzənfər Hüseyn mövzu ilə bağlı bunları yazıb: “Nəzərinizə çatdırım ki, sizin Türkiyənin Qars ətrafında Köçköy məzarlığında tapdığınız və ətrafında şəkil çəkdirdiyiniz məzar rəhmətlik Sultan bəy Paşabəy oğluna aid deyil. Mənə elə gəlir ki, Sizi bəyin məzarının həmin kənddə olmasına inandıran bir fakt var ki, həmin kənddə yaşayan əhalinin soyadları Laçındır. Bu olduqca əsassız bir faktdır, birinci ona görə ki, Soltan bəy sovet höküməti gələndə Azərbaycandan mühacirətə gedərkən indiki Laçın rayonu və bu adda şəhər yox idi. Laçın şəhəri 1923- cü ildə şəhər kimi tikilməyə başlayıb və bu adı şəhərin üst hissəsində yerləşən Laçın dağından alıb. Türkiyədə sizin getdiyiniz kənd tərəkəmə camaatı olub, orada bir nəfər də olsun Laçın rayonundan gedən əhali yoxdur. Mən bilmirəm siz hansı maliyyə mənbəyi ilə Türkiyəyə səfər edib, məzar tapıb, orada şəkillər çəkdirib, Soltan bəyin məzarını guya tapdığınızı iddia etmisiniz, ancaq bizim rayondan Milli Məclisə deputat seçilmiş Mahir Abbaszadə və onunla bərabər bizim Laçın rayonundan bir qrup ziyalı sizin tapdığınız məzarı öz şəxsi vəsaitləri hesabına ziyarət edib və təkzibedilməz faktlarla aydın ediblər ki, həmin məzar Soltan bəy Paşabəy oğluna məxsus deyil. Mahir Abbaszadə işçi qrupu yaradıb, bəyin məzarının tapılması istiqamətində ciddi iş aparılır. Ona görə də mən bir qrup Laçının tanınmış ziyalılarının xahişi ilə onların və öz adımdan sizin bu yazınıza etiraz edir və istədiyiniz vaxt sizinlə bu mövzunu müzakirəyə hazır olduğumuzu bəyan edirəm. Onu da nəzərinizə çatdırım ki, Soltan bəyin bəylik şəcərəsini arxivlərdən ancaq sizin tapdığınız haqda məlumatlar da yanlışdır. Sultan bəyin mənsub olduğu şəcərənin bəylik statusu haqda şifahi məlumatlar bizim yaddaşımızda olmaqla bərabər, tarix elmləri doktoru, professor Şikar Qasımovun Soltan bəy haqda elmi kitabında rəsmi sənədlərlə qeyd edilib. Lakin atalar məsəlində deyildiyi kimi, "yanlış da bir naxışdır", sizin yanlışınız bizi həqiqətə doğru aparır, buna görə sizə təşəkkürlər”.

Jurnalist Orxan Cəbrayıl isə bunları yazır: “Deputatımız sizin yanlışınızdan çox əvvəl, hələ deputat seçilməmişdən bu işlərlə əlaqədar olan bir adamdır. İşçi qrupu da siz o lövhəni ora qoymadan qısa bir müddət öncə Qarsda olmuşdu, kənd camaatı ilə görüşülmüş, məzar haqqında bilgilər əldə edilmişdir. Təəssüf ki, məlumatlar olduqca azdır və bir-birinə uyuşmur. Həmin kənddən bir nəfər də Soltan bəyin nəvəsi olduğunu iddia edir, bildiyimiz qədər, çox geniş imkanları var. Adama deyərlər ki, Soltan bəyin nəvəsisənsə, babanın qəbri niyə bu gündədir? Mən rastlaşmışam, amma rastlaşsam ilk sualım bu olacaq”.

Bütün bu iradlara aydınlıq gətirmək üçün Soltan bəyin məzarının Qarsda olduğunu ilk iddia edən və həmin məzarı abadlaşdıran BDM sədri İsmayıl Ağayevlə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, Soltan bəyin məzarı ətrafında açılan bu cür yersiz polemikaları təqdir etmir: “ Həmin şəxsiyyətin Azərbaycan tarixindəki rolu bizi onunla bağlı araşdırma aparmağa vadar etdi. İlk dəfə bu barədə məlumatı Soltan bəyin qardaşı oğlu, metropolitenin sabiq rəis müavini Elbrus Əliyev verdi. O, Türkiyədə bu istiqamətdə araşdırma aparıb və ona həmin qəbri göstəriblər. Onunla söhbətdən sonra biz gedib həmin kəndi ziyarət etdik. Apardığımız bütün arşdırmalar həmin məzarın məhz Soltan bəyə məxsus olduğuna qəti şübhə yeri qoymadı. Onun nəvəsi Yücel Laçın var. Türkiyədə tanınmış şəxslərdəndi. Onda Xosrov bəyin silahı və xəncəri də qalıb. Nəvəsi onun silahlarını saxlayır. Biz həmin məzarı tapanda bu gün məzar ətrafında polemikaları qızışdıran millət vəkili təklif etdi ki, bu işləri birlikdə görək. Biz razı olmadıq. İndi deyirlər həmin məzar başqa adama məxsusdur. Görünür, bundan da dividend götürmək istəyən adamlar var. Bir daha xatırladıram ki, Soltan bəyin iki yaxın qan qoyumu Elbrus və Yucel bəy həmin məzarın həqiqətən Xosrov bəyə aid olduğunu təsdiqləyir. Başqa nə cür polemika istəyirlərsə, mən hazıram. Qəbrin niyə indiyə kimi abadlaşdırılmaması iddiası ortaya qoyulur. Gedin, həmin kəndin məzarlığına baxın. Orda bütün məzarlar eyni ölçüdədir. Yəni heç bir dəbdəbə görməzsiniz. Soltan bəy təqib olunduğu üçün həmin kənddə əsl kimliyini gizlətməyə məcbur olub. Cünki bilirdi ki, rus casusları və erməni daşnakları onu izləyir. Mən bildirilən iradların hamısını əsassız sayıram”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ