Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilərin təxribatı və hərbçimizi öldürməsi münaqişənin güc yolu ilə həll ehtimalını artırdı

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə ümidlərin çoxaldığı bir vaxtda erməni tərəfinin cəbhədə təxribatlarının yenidən artması konfliktin güc yolu ilə çözüm ehtimalını yenidən gücləndirir. Ən azı o baxımdan ki, son hərəkətləri ilə ermənilər hələ də güvəniləsi tərəf olmadıqlarını bir daha təsdiqləmiş olurlar. Məhz bu da problemin hərbi həllinin aktuallığını qoruyub saxlamasına gətirib çıxarır.

Əslində, münaqişənin güc vasitəsilə həlli ehtimalının yüksək olmasını ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlərindən sonra yaydıqları bəyanatdan da sezmək mümkündür. Xatırladaq ki, bəyanatda həmsədrlər səfərin əsas məqsədi kimi tərəflər arasındakı təmas xəttində və dövlət sərhədində mövcud vəziyyətin qiymətləndirilməsini, habelə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılan müzakirələri davam etdirməyi göstəriblər. Bəyanatda, həmçinin, təmas xəttindəki son insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb. Amma aydındır ki, erməni tərəfinin davam edən cəbhə təxribatları təmas xəttindəki insidentlərin hər an genişmiqyaslı silahlı qarşıdurmaya gətirib çıxarmasını istisna etmir. Bunu Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində düşmən silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və snayperdən açılan atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusunun şəhid olmasına Bakının reaksiyası da təsdiqləyir. Məsələ barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir: "Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir. İşğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatlarının real və praktiki addımlarla müşayiət olunmadığını, əksinə, Ermənistanın təxribatçı fəaliyyəti ilə sülh danışıqlarına xələl gətirmək niyyətini açıq şəkildə nümayiş etdirən bu qanlı əməl qəti qəbuledilməzdir və danışıqlar prosesinə zərbə vurur. Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir". Bununla Bakı bir daha bəyan edir ki, cəbhə insidentləri nəticəsində müharibənin yenidən alovlanmasına görə bütün məsuliyyət məhz erməni tərəfinin üzərinə düşür.

Məsələnin maraqlı tərəflərindən biri isə budur ki, erməni tərəfi savaş yenidən başlanacağı təqdirdə cəbhədə böyük məğlubiyyətə düçar olacağını yaxşı bilir. Belə olan halda düşmənin təxribatlara əl atmasının səbəbləri barədə isə müxtəlif fikirlər səslənir. Məsələn, elə erməni mediasında qeyd olunur ki, baş nazir Nikol Paşinyan işğal altındakı əraziləri dinc yolla qaytarmağa cəsarət etmədiyindən, Azərbaycanı savaşa təhrik edib, bu vasitə ilə torpaqların bir qismini Bakının nəzarətinə verməyə çalışır. Belə olan halda Paşinyana müxalif qüvvələr onu Azərbaycana güzəştə getməkdə ittiham edə bilməyəcək. Digər tərəfdən belə bir məqama da diqqət yetirilir ki, cəbhədə vəziyyətin gərginləşməsi Paşinyana həm də ona görə sərf edir ki, bu halda o, cəmiyyətin diqqətini daxili sosial-iqtisadi problemlərdən yayındıra biləcək. Xatırladaq ki, bu taktikadan Paşinyanın sələfləri çox istifadə edib. Amma istənilən halda, savaşın başlaması Azərbaycanın düşmənə kifayət qədər sərt zərbələr vurmasına gətirib çıxaracaq. Bunu Ermənistan parlamentinin sabiq deputatı, “Akunk” siyasi araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ruben Hakobyan da təsdiq edir. O bildirir ki, cəbhədə gərginləşən vəziyyət fonunda Azərbaycan gizlətmədən müharibəyə hazırlaşır:  “Belə vəziyyətdə Paşinyan Qarabağda xəyanətkar müharibəyə təşviq edənlər və bəzi rayonların Azərbaycana qaytarılması haqqında çox uzaqgedən və təhlükəli niyyəti olan təxribatçı bəyanatlar verir.  “Kommersant” qəzetinə Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Paşinyandan müsbət gözləntilərinin olduğu və keçmişdəkilərə qarşı naməlum inkaredici münasibəti barədə müsahibə verir. İnqilabçı ictimai şəkildə “Qarabağ rəhbəri“nin başını əzməyə hazır olduğunu bildirir. Azərbaycan bu durumda sərhəd boyu fasiləsiz təlimlər keçirir. Rəqib gizlətmir və gizlətmədən müharibəyə hazırlaşır. Bu durumda müharibə Ermənistana çox baha başa gələcək. Bunu yaddan çıxarmaq lazım deyil”.

Hakopyan onu da qeyd edib ki, müharibə ehtimalı erməni ordusunda tənəzzülün daha da dərinləşdiyi bir vaxta təsadüf edir. Bu fakt erməni mediasının da diqqətindən yayınmır. Qeyd edilir ki, ölkədə hakimiyyət dəyişikliyinə baxmayaraq, orduda acınacaqlı vəziyyət daha da kəskinləşib, xüsusən də şəxsi heyət çatışmazlığı özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Elə bu səbəbdən iş o yerə çatıb ki, erməni ordusunda çağırış üçün yaş həddini yenidən qaldırmağı düşünürlər. Belə ki, Ermənistan parlamentində hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında qanunda dəyişiklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bəzi dəqiqləşdirmələr aparılacağına dair məlumat verilib. Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan ölkə parlamentində müzakirə olunan hərbi qanunvericilik layihəsi çərçivəsində bəzi dəyişikliklər ediləcəyi barədə verdiyi açıqlamada bildirib ki, müqaviləli xidmət hərbi qulluqçularının xidmət müddəti barədə məlumatlarda dəqiqləşdirmələr aparılıb: “Keçmişdə qüvvədə olan müqaviləli hərbi qulluqçuların hərbi xidmətə qəbul yaş həddi 36-dan 46 yaşa artırılmaqla bərpa edilir. Müharibə dövründə ştatlara təhkim edilmiş vətəndaşların ştat üzrə nəzərdə tutulmuş öhdəlikləri üzrə cəlb edilməsi müddəti əvvəlki 3 ay əvəzinə 1 il müəyyən edilir. Çağrışçı yaş həddinin qalıdırılması da təklif olunur”. Qeyd edək ki, Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməyən Ermənistan ordusunu şəxsi heyətlə təmin etmək getdikcə daha müşkül məsələyə çevrilir. Bu sahədə düşmən daha acınacaqlı vəziyyətə düşməkdədir. Orduda baş verən ölümlər, münasibətlərin pozulması, intihara məcbur etmə və digər hadisələr bir daha sübut edir ki, Ermənistan ordusu nəinki Azərbaycan Silahlı Qüvvələri ilə döyüş aparmaq, hətta öz ölkəsini qorumaq üçün kifayət qədər gücə sahib deyil. Rəsmi məlumatlara əsasən, altmış min nəfərlik orduya malik Ermənistanda həqiqi hərbi xidmətə çağırış yaşı 18-27 yaş, orduda xidmət müddəti isə 2 ildir. Hərbi xidmətə çağırış ildə iki dəfə olmaqla 6 aydan bir həyata keçirilir. Erməni mediasında yer alan məlumatlara görə, 2004-cü ildən başlayaraq, demək olar ki, hər il Ermənistanda çağırış zamanı hərbi hissələrin çağırışçılarla tam şəkildə komplektləşdirilməməsi ciddi problem olaraq ortaya çıxır. Nəticə etibarı ilə hərbi xidmətdən tərxis olunanların evə buraxılması bəzi hallarda aylarla ləngiyir. Bununla da daha çox döyüş bölgəsində yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər üzləşir. Nəticədə səngərdə xidmətdən yorulan əsgərlər tərəfindən gənc əsgərlərə qarşı amansız rəftarların edilməsi, atəşkəs pozuntuları zamanı “evə getməyə hazırlaşan” əsgərlərin həlak olması kimi hadisələr yaşanır. Yeri gəlmişkən qeyd edək ki, bu xüsusda insidentlər düzgün araşdırılmır və buna görə ölən erməni hərbi qulluqçuların anaları erməni hakimiyyət orqanlarını orduda baş verən hadisələrin obyektiv araşdırılması üçün verdikləri vədlərə əməl etmədiklərindən yenidən etiraz aksiyasına başlayıblar. Hökumət binası qarşısında toplaşan etirazçılar ədalətli istintaq aparılmasını, övladlarının ölüm səbəblərinin əsl mahiyyətinin üzə çıxarılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini tələb edir. Onların fikrincə, istintaqın aparılmasına vaxtilə valideynlərin ittiham etdiyi eyni müstəntiqlər cəlb edilib. Qeyd edək ki, valideynlər bu xüsusda bir neçə dəfə Nikol Paşinyanla görüşüb və onları narahat edən problemləri diqqətə çatdırıblar. Amma məlum olur ki, artıq bunun da xeyri yoxdur. Elə bu səbəbdən valideynlər heç bir vədlərə əməl edilməməsindən şikayətlənirlər. Əsgər valideynləri iddia edirlər ki, oğlanları hərbi xidmət zamanı hansısa bədbəxt hadisələrdən həlak olmur, sadəcə olaraq, onları qətlə yetirirlər. Başqa sözlə, orduda acınacaqlı vəziyyət davam edir.  Bu fonda Ermənistan ordusundakı döyüş itkiləri hər vəchlə əvvəlki kimi  ictimaiyyətdən gizlədilməkdədir. Cəbhədə aparılan atəşkəs monitorinqləri və əsgər ölümləri ilə bağlı yeni araşdırmalar bunu bir daha sübut edir. Belə ki, Ermənistandan olan əsgərlərin ölüm faktı adətən silahla ehtiyatsız davranış, nizamnamədənkənar hallar, avtoqəza, xəstəlikdən ölüm və sairlə ört-basdır olunur. Məsələn, cəbhədə görüntülərlə, yer və vaxt göstərilməklə erməni ordusunun canlı qüvvəsinin məhv edilməsi barədə Azərbaycanın Müdafiə Nazirliyinin məlumatlarından bir neçə gün sonra Ermənistan tərəfinin avtoqəza, silahla ehtiyatsız davranışdan həlak olma barədə məlumatları açıqlamasına dəfərlərlə rastlaşılıb. Ordunun digər istiqamətlər üzrə təminatında da böyük problemlər yaşanır. Korrupsiya, hərbi əmlakın talan edilərək ucuz qiymətə satılması və bu qəbildən olan digər mənfi tendensiyaların miqyası çoxalmaqdadır. Hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlıqlarına son dərəcə biganə yanaşılması, tibbi ləvazimat, hospital çatışmazlığı da davam etməkdədir. Araşdırmalar göstərir ki, bir sıra çağırışçıların səhhətində ciddi qüsurlar, hətta bəzilərinin ciddi psixi problemləri olsa belə, onlar ordu sıralarına çağırılmaqda davam edir. Məhz bu şəraitdə savaşın yenidən alovlanması düşmən ordusunun qısa müddətdə darmadağın olmasını qaçılmaz edir. Ona görə də cəbhə təxribatları düşmənə çox baha başa gələ bilər və bunu qarşı tərəf özü də yaxşı bilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ