Bazar günü günü, 08 noyabr 2026
     

Mxitaryana görə Ermənistandan futbolçu alınmasına son qoyuldu – London idman hüquqşünaslarının təcili toplantısı…

Image


Müəyyən qüvvələrin apardığı təbliğata baxmayaraq, Azərbaycan UEFA Avropa Liqasının final qarşılaşmasına uğurla ev sahibliyi etdi. Bakı Olimpiya Stadionunda keçirilən,  Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyunu bütün dünyanın diqqətini ölkəmizə yönəltdi. Uğurla baş tutan oyundan sonra dünya bir daha Azərbaycanın bu və digər belə oyunlara layiqincə ev sahibliyi edə biləcəyinə şahidlik etdi.

Özü də budəfəki oyun bəzi parametrlər baxımından mühüm yeniliklərlə də yadda qaldı. Məsələn, Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət sistemindən istifadə olundu. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü əvəzetmədən istifadə etmək hüququ qazandılar. Bu mənada, iki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması həm də futbol tarixində vacib yeniliklərlə yadda qala bildi.

Bununla yanaşı digər  maraqlı məqam ondan ibarətdir ki, final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yeniləyib. Söhbət ondan gedir ki, Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar arasında ən çox tamaşaçı tutumuna malik arena olub. Belə ki, 1999-cu ildə “Parma” və “Marsel” komandaları Moskvanın 62 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda üz-üzə gəliblər. O vaxtdan indiyə qədər olan rekord məhz Bakıda yeniləndi. Bütün bunlar isə sözügedən final oyununa qarşı aparılan qara piarın fiaskoya uğramasının real təzahürü qismində çıxış edir. Ekspertlər də bildirir ki, nəticələr UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərarının tam düzgün olduğunu, eyni zamanda son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurunu göstərir. Belə vəziyyət həm də Azərbaycana qarşı aparılan təbliğatın başında duran erməni lobbisinin, Ermənistanın iflasa uğraması deməkdir. Bu arada, həmin təbliğatda erməni tərəfinin əsas iştirakçı qismində çıxış etdiyini təsdiqləyən növbəti mühüm məqamlar üzə çıxıb. Belə ki, yayılan məlumata əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin yığmasının kapitanı və London "Arsenal”ının yarımmüdafiəçisi olan Henrix Mxitaryanla telefonla danışıb. Ermənistan baş nazirinin futbolçu Henrix Mxitaryana bu təcili zəngi bir daha sübut edir ki, Avropa Liqasının finalı ətrafında ingilis mətbuatında Azərbaycan əleyhinə olan hücumların arxasında erməni diasporu və Ermənistan hökuməti durub.

Bundan əlavə, Mxitaryanla bağlı məsələdə Ermənistanın baş naziri Azərbaycana irqçi hücum edib. Onun bu xüsusda dediyi aşağıdakı fikirlər xüsusi diqqət cəlb edir: "Nur-Sultandan döndükdən sonra Henrix Mxitaryanla telefonla danışdım və bu gün “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək oyundan əvvəl Bakının irqçi mövqeyinə görə həmin matçda iştirak edə bilməyəcəyi üçün ona dəstək verdim". Paşinyanın bu cəfəng fikirlərinə rəğmən, Azərbaycan bundan öncə dəfələrlə Mxitaryana ölkəmizdə hər cür təhlükəsizliyin təmini vədi verib. Amma erməni futbolçu Bakıda baş tutan Avroliqa finalına qatılmayıb. Mxitaryanın bu addımından isə erməni diasporu və Ermənistan mediası geniş şəkildə yararlanaraq Bakıya qarşı hücumlara başlayıb. UEFA Mxitaryanın Bakıdakı finalda iştirak etməməsi məsələsində Azərbaycanın yanında yer alıb, Bakının Mxitaryana hər cür təhlükəsizlik vədi verdiyini bəyan edib. Gənclər və idman naziri Azad Rəhimov BBC-yə müsahibəsində bununla bağlı maraqlı məqamlara toxunub. Azərbaycan tərəfindən hər cür təminat verilmiş, lakin Bakıya gəlməkdən imtina etmiş Mxitaryan haqqında sualları cavablandırarkən Azad Rəhimov bildirib: “Ermənistanlı idmançılar Bakıda 2015-ci ilin Avropa Oyunlarında və digər idman tədbirlərində iştirak ediblər. Buna görə də, mən bu insanın gəlməkdən imtina etməsini anlamıram. Ola bilsin ki, ona qonşularınız tərəfindən hansısa təzyiqlər olub. Mən doğrudan da anlamıram ki, vəziyyət niyə dəyişib. Əvvəllər çox sadə idi. Biz Ermənistanla razılığa gəlmişik ki, istənilən idmançı idman nazirinin məktubundan sonra təhlükəsizlik təminatı alır. Biz bu məktublarla mübadilə edirdik və hər şey çox rəvan idi. Lakin indi bilmirəm ki, nə dəyişib. Bəlkə bu, Ermənistanın yeni hökumətinin işidir, ya da sadəcə olaraq bu insanın və onun ailəsinin qərarıdır. İstənilən halda, təminatla bağlı problem yoxdur”.

Bu açıqlamalar bir daha təsdiq edir ki, Mxitaryan olayı süni şəkildə qurulub. Yeri gəlmişkən, bu futbolçu əvvəllər də Bakıya gəlməkdən şəxsi təşəbbüsü ilə imtina edib. Belə ki, Azərbaycan 2015-ci ildə Avropa Liqasının oyunları çərçivəsində Mxitaryanın "Qəbələ" klubu ilə oynamaq üçün "Borussiya" klubunun tərkibində, 2018-ci ildə isə "Qarabağ" klubu ilə oynamaq üçün "Arsenal"ın tərkibində Bakıya gəlməsinə etiraz etməyib. Amma Mxitaryan bundan özü imtina edib.  Onun son addımı “Arsenal” klubunda belə ciddi narazılıq yaradıb. Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə rəğmən, erməni futbolçunun “Arsenal” üçün böyük önəm daşıyan matça gəlməkdən boyun qaçırması klubda ciddi narazılığa səbəb olub. London təmsilçisinin rəhbərliyi Mxitaryanın təxribatçı davranışını müqavilə şərtlərinə əməl etməmək kimi qiymətləndirib. Klub yay fasiləsində onu satacağını açıqlayıb. Başqa sözlə, Mxitaryan özünün və ailəsinin qərarı ilə Bakıya gəlməkdən boyun qaçırdığı üçün satışa çıxarılacaq. Bundan başqa, yaxın günlərdə Mxitaryanın məsələsi ilə bağlı Londonda idman hüquqşünaslarının toplantısı planlaşdırılıb. İclasda Ermənistan yığmasının üzvünün müqaviləyə riayət etməməsi müzakirə olunacaq. Həmçinin İngiltərə klublarına siyasi qalmaqallarda iştirak edən futbolçuların transfer edilməməsi tövsiyə olunacaq. Məhz qeyd edilənlər erməni lobbisinin və Ermənistanın Azərbaycana qarşı piarının iflasa uğradığını göstərir. Eyni sözləri Azərbaycana qarşı piar kampaniyasında iştirak edən bəzi ingilisdilli media vasitələri barədə də demək olar. Bu xüsusda Rusiyanın "nyus.ru" portalı da yazır ki, ingilis mediasının Azərbaycana qarşı Mxitaryan üzərində qurduğu şou iflasa uğrayıb. Qeyd olunur ki, məşhur ukraynalı futbolçu Oleq Bloxin də Mxitaryanın hərəkətini axmaqlıq kimi qələmə verib. Portal qeyd edir ki, UEFA prezidenti Aleksandr Çeferin final oyunu ilə bağlı bütün hazırlıq işlərini ən yüksək səviyyədə qiymətləndirib. Çeferin Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakının seçdiklərini açıqlayıb: “Niyə? Çünki orada yaşayan insanlar futbolu sevir. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır”. Portal daha sonra yazır ki, Bakıda yüksək səviyyədə baş tutan oyun Azərbaycana qarşı kampaniya aparan media vasitələrinin də iflasa uğradığını göstərdi. Əksinə, son final oyunundan sonra Azərbaycana dünya miqyasında diqqət və hörmətin daha da artması müşahidə olunur. Təsadüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verir. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyulun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar verilib. Bu isə Azərbaycan üçün mühüm uğurlardır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ