Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər Şuşanın mədəniyyət irsinə qarşı təcavüzün yeni mərhələsinə başlayıblar

Image


“İstəkləri bu məscidi tamamilə məhv etmək, yer üzündən silməkdir”

 

Ermənilər işğal altında saxladıqları Dağlıq Qarabağda və ətraf rayonlarda maddi mədəniyyət abidələrimizə qarşı müxtəlif formalarda təxribatlar törədirlər. Onlar dağıtdıqlarını dağıdıblar, qalan abidələrimizi isə erməniləşdirməkdə davam edirlər.

Ermənilər Şuşadakı Yuxarı Gövhər Ağa Məscidinə qarşı da ağlasığmaz vəhşiliklər törədiblər. Bu halla bağlı “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev bəyanatla çıxış edib. Şuşadakı Yuxarı Gövhər Ağa məscidi ilə bağlı bəyanatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması, gizlədilməsi və dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq. “Biz erməni mediasına istinadən Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində aparılan “təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik. İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq Şuşanın əsas simvollarından hesab edilən məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və bu məqsədlə hansısa şirkətləri cəlb etməsi Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir.

Hamıya məlumdur ki, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər Ağa məscidi Gövhərnisənin maddi dəstəyilə, qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.

İşğal olunmuş Şuşa şəhərində digər abidələr və dini ibadət ocaqları da eyni aqibətlə üzləşib. Şuşa sanatoriyasının ərazisindəki rus kilsəsinin gümbəzini dağıdıb yenidən tikərək obrazı dəyişdirilib və rus kilsəsi yeni uydurma “Kanaç jam” adlandırılıb”.

Qeyd edilənə görə, Ermənistan bu hərəkəti ilə təkcə irsimizi hədəfə almır, eyni zamanda, İran və Azərbaycan arasında mövcud olan dostluq əlaqələrinə xələl gətirir. Bu bir daha Ermənistanın əsl xislətini nümayiş etdirir və destruktiv xarakterli hərəkətlərini ifşa edir. T.Gəncəliyev məlum bəyanatında bildirib ki, Yuxarı Gövhər Ağa məscidinin “bərpa edilməsi” altında Ermənistanın hansı məkrli niyyətinin durduğunu qeyd olunanlar müstəvisində daha aydın görmək mümkündür. “Bu, Ermənistanın onsuz da həssas olan regionda nə qədər təhlükəli oyun apardığını və dost ölkələrin arasını vurmaq kimi çirkin planlarının olduğunu göstərir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi Ermənistanın bu hərəkətlərinin qarşısının alınması və mədəni-tarixi irsimizə qarşı həyata keçirilən bu qanunsuz vandal hərəkətlərinin pislənməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO, digər beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə müraciət edir. Ermənistanın işğal edilmiş ərazilərimizdə apardığı vandalizm hərəkətlərinə göz yummaq beynəlxalq humanitar hüquq üzrə ölkələrin öz üzərinə götürdükləri öhdəliklərə zidd olmaqla yanaşı, ümumbəşəri mədəni irsə qarşı etinasız münasibət kimi anlaşılardı. Əgər dünya ictimaiyyəti qeyd olunanlar müqabilində səssizliyini davam etdirərsə, bəşəriyyətə məxsus mədəni-tarixi irsin daha kəskin formada dağıdılması üçün destruktiv qüvvələrə şərait yaratmış olacaq!” - deyə bildirilir.

  • “Ermənilər müvafiq beynəlxalq qanunların, konvensiyaların bəndlərini pozur, beynəlxalq ictimaiyyət isə reaksiya vermir”

“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist, publisist Əli Mahmud “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər Şuşadakı Yuxarı Gövhər Ağa məscidində bir neçə il əvvəl də “restavrasiya işləri” aparıb. O qeyd etdi ki, onlar məscidin quruluşunu dəyşdirərək onu “fars məscidi” kimi qələmə verməyə çalışıblar. Bu gün Yuxarı Gövhər Ağa məscidində ermənilərin həyata keçirdiyi “təmir-bərpa işi”nin birmənalı olaraq təxribat olduğunu bildirən Ə.Mahmud hesab edir ki, onlar bununla Qarabağ danışıqlarına, eləcə də münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vururlar. Ermənilərin tarixən qeyri-humanist bir toplum olduğunu deyən Ə.Mahmudun sözlərinə görə, onlar Yuxarı Gövhər Ağa məscidinə əl uzatmaqla bir daha cinayətkar xislətlərini ortaya qoyurlar. “Ermənilərin işğal altında saxladıqları Dağlıq Qarabağda və ətraf rayonlarda abidələrimizə qarşı törətdikləri cinayətlər, saxtakarlıqlar ölçüyəgəlməzdir. Onların məqsədi, əslində, Yuxarı Gövhər Ağa məscidini “təmir-bərpa” etmək deyil, istəkləri bu məscidi tamamilə məhv etmək, yer üzündən silməkdir. Necə ki, onlar bunu digər abidələrimizə qarşı ediblər. Onlar “təmir-bərpa” adı ilə özlərini elə göstərirlər ki, guya bunlar çox humanist xalqdır və başqa xalqların mədəniyyət abidələrinə “qayğı” ilə yanaşırlar. Əslində isə onlar bununla öz yırtıcılıq xasiyyətlərini bir daha ortaya qoyurlar. Yuxarı Gövhər Ağa məscidi Şuşanın incilərindən biridir və bu abidənin konkret tarixi var. Ermənilər bizim abidələrimizə qarşı nə qədər saxtalaşdırma kampaniyası həyata keçirsələr də, heç nəyə nail ola bilməyəcəklər. Çünki bizim izimizi itirə bilməyəcəklər. O torpağın əbədi və əzəli sahibi Azərbaycan xalqıdır. Ermənilərin Gövhər Ağa məscidində “təmir-bərpa işləri” aparması qanunsuzdur və bu məsələyə aidiyyəti beynəlxalq qurumlar reaksiya verməlidirlər. Ermənilər müvafiq beynəlxalq qanunların, konvensiyaların bəndlərini pozur, beynəlxalq ictimaiyyət isə reaksiya vermir.

Hesab edirəm ki, ermənilər Yuxarı Gövhər Ağa məscidində saxta “təmir-bərpa işi”  aparmaqla bizi qıcıqlandırmaq, sülh danışıqlarını pozmaq niyyəti güdürlər. Ona görə də bu təxribata əl atırlar. Qarabağda, nə də ətraf rayonlarda ermənilərə aid heç bir abidə yoxdur. Ermənilərin nə tarixi, nə mədəniyyəti, nə vətəni, nə torpağı, nə də abidəsi var. Onların özlərinin belə bir məsəli var: “Çörək hardadırsa, vətən də ordadır”. Bu da onu göstərir ki, ermənilərdə vətən anlayışı, vətən sevigisi, vətənpərvərlik hissləri yoxdur. Bizim bir misalımız var, babalarımız onu ermənilər haqqında deyiblər: “Ermənilər it qumu kimi bütün dünyaya səpələniblər”. Bu baxımdan, onların Dağlıq Qarabağı tərk edəcəyi şübhəsizdir. Çünki ora onların torpağı deyil. Sabah başqa yerdə çörək olsa, ermənilər ora qaçacaqlar. Bilirsiniz ki, bu gün ermənilər dünyanın başağrısına çevriliblər. Ruslar da, ingilislər də, başqa xalqlar da onların həyata keçirdikləri terrora məruz qalıblar”.

Ə.Mahmudun sözlərinə görə, dünya özü ermənilərdən xilas olmaq üçün çarə axtarır. Onun qeyd etdiyinə görə, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarındakı özbaşınalıqları uzun sürməyəcək və gec-tez şanlı ordumuz onları torpaqlarımızdan çıxaracaq.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ