Bazar günü günü, 08 noyabr 2026
     

Türkiyə və Rusiyanın S-400 sövdələşməsinə Bakıdan, İrəvan və Ankaradan fərqli reaksiyalar…

Image


Növbəti bir ay ərzində Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemini tam şəkildə çatdıracağının dəqiqləşməsi fonunda regionda artıq yeni vəziyyətin yaranması müşahidə olunmaqdadır. Belə görünür ki, yaşananlar fonunda ölkəmizin əsas strateji müttəfiqi olan Türkiyə ABŞ-la iqtisadi, siyasi, hərbi müstəvidə kəskin ziddiyyətlər yaşayacaq. Bunun əvəzində Rusiya - Türkiyə yaxınlaşması mahiyyət etibarilə yeni xarakter alacaq və bu da Yaxın Şərqdə, Qafqazda, Orta Asiyada və bir sıra digər coğrafi məkanlarda hadisələrin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, konkret olaraq Qafqaz dövlətlərinin Rusiya - Türkiyə yaxınlaşmasına münasibətləri fərqlidir. Azərbaycan Ankara ilə Moskvanın yaxınlaşmasını əvvəlcədən alqışlayır. Gürcüstan hadisələrə elə də reaksiya vermir, lakin bütövlükdə proseslərin gedişindən narazı deyil. Ermənistan isə tamamilə fərqli fikirdədir. İrəvan Rusiya ilə Türkiyənin münasibətlərinin yaxınlaşmasını özünə təhlükə kimi qiymətləndirsə də, real heç bir addım ata bilmir. Amma bir məsələ dəqiqdir ki, Ermənistan iki ölkənin münasibətlərinin indiki inkişaf axarından dəhşətli dərəcədə narahatdır. Erməni analitiklər bu fikirdədirlər ki, Türkiyə ilə yaxınlaşma fonunda Kreml Ermənistanın təhlükəsizliyinin müdafiəsində ardıcıl olmaya bilər. Onlar hesab edirlər ki, bu, daha çox geosiyasi əhəmiyyətli Türkiyə və Azərbaycan faktoru ilə bağlıdır. Belə vəziyyətdə Ermənistan Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməsini qəbul edə bilmir. Amma bu məsələdə, təbii ki, İrəvanı saya salan yoxdur. Əksinə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sözügedən zenit raket komplekslərinin Türkiyəyə tədarükü Ankaranın xahişi ilə əvvəlcədən planlaşdırılan vaxtdan daha tez həyata keçirilir: "Komplekslərin tədarükü Türkiyə tərəfinin xahişi ilə əvvəlcədən planlaşdırılandan daha tez bir zamanda həyata keçirilir. Gün, ay kimi nüanslara gəldikdə isə, bu sual bizə ünvanlanmalı deyil. Biz bununla məşğul olmuruq. Orada hər şey plana uyğun gedir, heç bir gecikmə yoxdur. Hər şey normaldır".

Hazırda hadisələrin bu səpkidə inkişafından ciddi narahat olan tərəflərdən biri isə ABŞ və bəzi ABŞ rəsmilərini bu fonda qızışdıran erməni lobbisidir. Məsələyə yenidən münasibət bildirən  ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus qeyd edib ki, rəsmi Vaşinqton Ankaraya S-400 zenit-raket komplekslərinin ciddi mənfi nəticələrinin olacağı barədə xəbərdarlıq edib. O əlavə edib ki, bu  zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək. ABŞ-ın CNBC telekanalı öz mənbələrinə istinadən bundan əvvəl məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə S-400 zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq. Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona sanksiyalar tətbiq etməklə də hədələyib. “Reuters” agentliyi də bildirir ki, ABŞ Türkiyənin Rusiyadan tədarük edəcəyi S-400 hava hücumundan müdafiə sisteminə qarşı türk pilotların F-35 döyüş təyyarələri təlimlərini dayandıra bilər. Agentliyə müsahibə verən amerikalı rəsmilər Türkiyənin, ABŞ-ın bütün etirazlarına rəğmən, Rusiyadan silah almasına cavab olaraq bu variant üzərində ciddi şəkildə düşündüyünü bildirib.

Qeyd edək ki, ABŞ S-400 hava hücumundan müdafiə kompleksinin Qərbin müdafiə şəbəkəsi ilə uyğunlaşmayacağını əsas gətirərək, Türkiyənin bu sistemdən imtina etməsini tələb edir. Amma Ankara artıq məsələnin bitmiş olduğunu vurğulayır. Eyni zamanda, Rusiya ilə bu xüsusda əməkdaşlığın dərinləşəcəyi qeyd edilir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə hətta qeyd edir ki, S-400-lərin çatdırılmasının ardınca Rusiya yeni S-500 hava hücumundan müdafiə komplekslərini Türkiyə ilə birgə istehsal edəcək. Nazir S-400 zenit raket komplekslərinin iyun ayında Türkiyəyə təhvil veriləcəyini deyib: “Bundan sonra Türkiyə ilə S-500 zenit raket kompleksini də ortaq istehsal edəcəyik. Bircə ədəd S-500 batareyası belə Türkiyənin bütün hava məkanını xarici hücumlardan qorumağa kifayət edər. Türkiyə özünün elan etdiyi iqtisadi bölgələrini Şərqi Aralıq dənizindən gələ biləcək Amerika təhdidlərindən müdafiə etmək iqtidarındadır. Çünki Türkiyənin əlində milli istehsalı olan “Hisar” hava hücumundan müdafiə batareyaları var. Amerika gecikdiyini yeni-yeni bilir. Lakin nə edirsə-etsin, Türkiyə öz torpaqlarına raket qalxanı yerləşdirəcək. Amerikanın həmlələri Türkiyənin dostu olan ölkənin hərəkətləri deyil. Bunu dünya öyrəndi. Türkiyə də artıq ABŞ-ın əmr verdiyi ölkə deyil. Tam müstəqil, yeni bir gücdür. Vaşinqton da bunu qəbul edəcək”.

Baş verənləri şərh edən Türkiyənin “Takvim” qəzeti də yazır ki, belə vəziyyət Ankara və Moskvanı biri-birinə daha çox yaxınlaşdırır: “Onurğasını ABŞ-la Avropanın təşkil etdiyi qlobal sistem müstəqil Türkiyəyə eyni vaxtda həm xaricdən, həm də daxildən bərabər şəkildə hücum edir. Çoxyönlü mühasirə strategiyası izləyir. Nə üçün? Bilirlər ki, Avrasiya marşurutunda yer tutan Türkiyəni oyundan kənarlaşdıra bildikləri halda regiondakı varlıqlarını və yaxın coğrafiyamızdakı qanlı hegemonluqlarını davam etdirə bilərlər. Bu durumda Türkiyə yavaş-yavaş Avrasiyaya doğru meyl edir. Görünən budur ki, Rusiya ilə yaxınlaşma fonunda bu proses daha da dərinləşəcək. Bu isə böyük məkanlarda tam fərqli duruma yol açır”. O da qeyd olunur ki, Türkiyənin qərarı həm də Yaxın Şərqdə post-ABŞ qaydalarına qarşıdır. Belə vəziyyət, yuxarıda qeyd olunduğu kimi, ABŞ-la yanaşı, artıq buradakı erməni lobbisinin də ciddi narahatlğına yol açıb. Çünki baş verənlər Ermənistan faktorunun Rusiya-Türkiyə yaxınlaşması fonunda Cənubi Qafqazda daha zəif duruma düşməsini şərtləndirir. İndilikdə proseslər elə məhz bu istiqamətdə də inkişaf edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ