Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanla uydurma “DQR” üz-üzə - TŞ katibinin uğursuz Vaşinqton səfərindən sonra Rusiya TŞ rəhbəri ilə görüş xəbərinin də yalanı çıxdı...

Image


Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan real vəziyyət konfliktin çözümü istiqamətində yaxın tezlikdə müəyyən mühüm yeniliklərin olacağını istisna etmir. Yeni vəziyyəti şərtləndirən əsas səbəblər isə Ermənistan daxilində yaşanan gərginlik və qarşıdurma, həmçinin bu ölkənin xarici siyasətinin iflic vəziyyətə düşməsidir.

Hadisələrin inkişaf axarı çox aydın şəkildə bu qənaətə gəlməyə əsas verir ki, Ermənistan Qarabağ məsələsində getdikcə daha çıxılmaz duruma düşür. Belə vəziyyətdə işğalçı ölkəyə qarşı artan təzyiqlər də konfliktlə bağlı yeni bir durum formalaşdırır. İndilikdə baş verənlərlə bağlı diqqət çəkən başlıca məqam Ermənistan daxilində kəskinləşən qarşıdurma və regionda maraqlı qüvvələrin bu prosesə müdaxiləsinin artmasıdır. Ermənistanın “Milli Gündəm” partiyasının həmtəsisçisi Ara Hakobyan bildirir ki, belə vəziyyət ölkəni daha zəif hala gətirir: “Sabiq prezident Robert Köçəryanın tərəfdarları, onların sırasında yer alan Qarabağdakı rejimlə Ermənistan arasında uçurum dərinləşir. Hər iki tərəf bu və ya digər şəkildə yanlarına güc strukturlarını cəlb etməyə cəhd göstərib. Müxalifət Azadlıq meydanında bəyanat yayaraq qeyd edib ki, müdafiə nazirinin müavinləri prosesə cəlb edilib və birmənalı şəkildə müxalifəti dəstəkləyirlər”. Müxalifət lideri iddia edib ki, ümumi dövlət sistemi, o cümlədən məhkəmə sistemi xəstə vəziyyətindədir: “Köklü dəyişikliklərin, islahatların aparılmasına zərurət var, Daxili qeyri-sabitlik Qarabağda müharibənin bərpası risqini artırır. Çünki bu qeyri-sabitlik bizi daha çətin vəziyyətə salır və Azərbaycan bundan istfifadə edəcək. Üstəgəl beynəlxalq vəziyyət də bizim lehimizə deyil”. Ermənistan ilk kəşfiyyat diversiya dəstəsinin təsisçi komandiri Vova Vardanov da eyni mövqeyni bölüşrək qeyd edir ki, yaxır tezlikdə döyüş meydanında Ermənistanın Azərbaycanın nəzarətiən yeni torpaqlar qaytarmasına şahidlik etmək mümkündür. O, bunu baş nazir Nikol Paşinyanın da yaxşı bildiyini qeyd edir: “Dövlətin sükanında olmayan, lakin bu fəaliyyətlərə cavab verməyə məcbur olan Paşinyan bütün bunlardan zövq alır. Qarabağda mümkün itkilərin olacağına dair indidn  bənzər bəyanatlar sadəcə təhlükəsizlik sahəsində passivliyə bəraət qazandırılması üçün atılan addımlardır. Xalq özünü və öz gələcəyini qorumaq üzrə öhdəliklərini yerinə yetirmir. Paşinyan bütün bunları başa düşür, həmçinin dərk edir ki, müəyyən hərbi uğursuzluqlar ola bilər. Xüsusilə XXI əsrin təhlükələrinə cavab vermək üçün 25 il ərzində ordunun inkişafı yönündə, demək olar ki, heç bir şey etmədiyimiz bir məqamda belə bəyanat verilir. İndi son 25 il ərzində dövlətin sükanında olmayan, lakin bu fəaliyyətlərə cavab verməyə məcbur olan Paşinyan bütün bunlardan, qeyd etdiyim kimi, zövq alır. O, indidən ciddi uğursuzluqlar olduğu halda xəyanətkar müharibə, əməliyyatlar, sabotaj deyə bilməsi üçün özünə yumşaq yastıq qoymağa çalışır”.

Beləliklə, erməni tərəfinin səsləndirdiyi fikirlərdən bəlli olur ki, düşmən ölkə yaxın tezlikdə 2016-cı ilin aprel olaylarının yenidən təkrarlana biləcəyini yaxşı başa düşür. Həmin vaxt baş verən bu hadisələr Ermənistanda Serj Sarksiyan iqtidarının devrilməsində mühüm rol oynadı.   İndi Paşinyan da analoji aqibətlə üzləşməmək üçün bəri başdan Azərbaycanın  işğal latındakı ərazilərin daha bir hissəsini azad etməsinin mümkünlüyünü etiraf edir və bunu hansısa xəyanətlə əlaqləndirir. Rusiyanın “regnum” portalı isə bu xüsusda digər maraqlı məqama toxunaraq yazır ki, Azərbaycanın ərazilərini güc yolu ilə azad etməsinə heç kim mane olmayacaq. Çünki İrəvan həm Rusiyanı, həm də, ABŞ başda olmaqla, Qərbi özündən narazı salmağı bacarıb. Portal bu xüsusda Ermənistan daxilində gərginliyin artmasına da nəzər salaraq yazır:“Ermənistanın baş naziri Nikol Paşinyan inqilabın yeni mərhələsinin başlandığını bildirəndən və “Qarabağ qəbiləsini sui-qəsd hazırlamaq”da ittiham edəndən sonra ehtimal yaranıb ki, Paşinyan və komandasının üzvləri kəskin seytnota düşüblər. İstisna deyil ki, bəyan edilən siyasi kurs şübhə altına alınanda onlar iflas durumunda görünüblər.  Özünüz mülahizə edin. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “birdən” məlumat verib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfəri hazırlanır – “məsələ danışıqlar mərhələsindədir”. Amma Qriqoryanın sözlərinə görə, Patruşevlə əvvəlcə iyunun 18-də Rusiyada görüş keçirmək niyyətindədir, ola bilsin, o bundan sonra İrəvana da uçar.

Qəribə anonsdur. Özəlliklə də Rusiya Təhlükəsizlik Şurasının saytında bu barədə heç bir məlumat yoxdur. Başqası var. Qriqoryan “Ermənistan inqilabının ikinci mərhələsi”nin lap başlanğıcında Rusiyaya deyil, amerikalıların yanına yollanıb. Nə üçün? Ermənistanın “Qraparak” qəzetinin məlumatına görə, Ermənistan XİN və ABŞ-ın Ermənistan səfirliyi ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla onun görüşünü hazırlayıb. Amma Bolton imtina edib, Qriqoryanı öz öfisinin təmsilçilərinin yanına göndərib.

Ermənistan Təhlükəsizlik Şurasının katibiniin özü jurnalistlərlə görüşdə sıradakını deyib: “Səfəri iki yerə bölmək olar: Ağ Evdə ABŞ prezidentinin özəl yardımçısı Fiona Hillə görüş – biz Ermənistan-Amerika münasibətlərinin inkişafını, bunun üçün əldə olan bütün imkanlardan daha effektli istifadəni müzakirə etmişik. Qarabağ məsələsi üzrə ATƏT Minsk Qrupunun üzv ölkəsi, sülhə yardım edən bir dövlət kimi ABŞ-ın mühüm rolu qeyd olunub”. Və əlavə edib ki, Vaşinqtonda “Ermənistanda özəlliklə polis sistemində gerçəkləşdirilən islahatlara əl tutmağa hazırdırlar”. İnandırıb ki, “ABŞ-a səfərinin nəticələri tezliklə görünəcək”, açıq eyham vurub ki, Paşinyanın tapşırığı ilə orada özəl missiya yerinə yetirib. Qalanı mənasızdır. Qriqoryan “German Marshal Found”unun ekspertlərilə görüşüb, onlara Ermənistandakı “inqilab”dan, onun Ermənistan cəmiyyətinə açdığı “imkanlar”dan və hakimiyyətin məhkəmə sistemində keçirmək niyyətində olduğu, hazırlanan islahatlardan danışıb – amma yalnız  Ermənistanın keçmiş prezidenti Robert Köçəryan həbsdən azad edildikdən sonra. Bax, xoş təsadüf ancaq bundadır. Bizdə olan məlumata görə, Karnegi Fondunun ABŞ Dövlət Departamentində böyük nüfuzu olan aparıcı elmi işçsi Pol Stronski bu görüşə dəvət olunmayıb. O, bu günlərdə açıq mətnlə bildirib ki, “ABŞ Ermənistanda hakimiyyət keçidindən sonra bu ölkəyə yardımı xeyli artırıb” və“Ermənistan 6 ay boyunca ABŞ-dan əlavə maliyyələşmə kimi 14 milyon dollar alıb”.

Stronski bununla yanaşı qeyd edib ki, Paşinyan hökuməti siyasətin prioritetlərini müəyyən edən kimi, proqramı aydınlaşanda ABŞ daha çox verməyə hazır olacaq. Amma “Ermənistan istehkamçılarının Rusiyanınkılarla birgə Suriyada olduğu” amili Vaşinqtonu təmin etmir, axı “ABŞ-ın Ermənistanı minasızlaşdırmaqda çoxdankı dəstəyi” proqramı çərçivəsində “bu istehkamçılara məhz amerikalılar təlim keçiblər”. Lakin Stronskinin ifadələrində başlıcası əmr kimi səslənən başqa sözlərdir: “Paşinyanın işi var, o bunu etməlidir”. Baş nazir bunu da edir – bacardığı kimi.Ermənistan cəmiyyəti Qarabağ məsələsində əvvəllər vahid idi, indi onu parçalayırlar. Ermənistanın baş naziri “Dağlıq Qarabağın prezident seçkiləri” ərəfəsində Xankəndi  ilə çıq qarşıdurmaya gedir.

İndi Vaşinqtonda bundan sonra nələr olacağını ehtimal edirlər. Amerikanın “Freedom House” hüquq müdafiəsi təşkilatının işçisi Neyt Şenkkanın yazdığı kimi, “Paşinyan ölkədə sürətli, ya da dayanıqlı dəyişikliklərə yetməyə gücü olmadığından onu hakimiyyətə gətirən populizmə yuvarlanıb, məhkəmə sisteminin toxunulmazlığına yolverilməz qəsd sərgiləyərək ölkənin təkcə məhkəmə hakimiyyəti ilə münaqişəyə girməyib”. Birmingen universitetindən politoloq Gevorq Oskanyan isə diqqəti buna yönəldir ki, “Paşinyanın məhkəmələri çevrələmək çağırışına yalnız 1000-ə yaxın adam hay verib”. Və Paşinyan Amerika və Rusiya yönündə korlanmış belə bir durumda Dağlıq Qarabağ “hökumətini” sui-qəsd və dövlətə xəyanətdə ittiham edərək ona hücum edir. Guya, onlar ərazinin bir bölümünü Azərbaycana verməyə və buna görə məsuliyyəti onun üzərinə qoymağa hazırlaşırlar.

Bütün bu al-əlvan siyasi mozaika daha bir çalarla tamamlanır. Erməni nəşrləri XİN-dəki qaynaqlarına istinadən xəbər verir ki, “Ruisyalı həmkarı Sergey Lavrovla ağır telefon söhbətindən sonra Zöhrab Mnatsakanyanın arterial təzyiqi kəskin yüksəlib” və “nazirliyə gələn həkimlər ona gərəkli yardım ediblər”. Biz bu məlumata inanmağa meylliyik, Ermənistandakı durum çox qəlizdir. Ermənistanın “Sasna tsrer” partiyası Dağlıq Qarabağa “Bir Ermənistan, bir dövlət” çağırışıyla keçirilən avtoyürüş təşkil edib. Bununla yanaşı, Xankəndinin İrəvandan üz çevirə biləcəyindən danışmaq heç kimin ağlına gəlmir. Heç olmasa, artıq heç kimin üz tutacağı heç hara olmadığına görə. Hələlik isə bir sual qalır: “Sasna tsrer” Paşinyana yardım edəcəkmi, yaxud başqa nəyəsə hazırlaşmaq gərəkdir? Gözləyəcəyik, axı çox şey həmişəki kimi pərdəarxası baş verir”. Qeyd edilənlərlə yanaşı, istisna edilmir ki, baş verənlər yaxın tezlikdə ya Qarabağda yeni savaşın başlanmasına və Ermənistan üçün itkilərin olmasına gətirib çıxaracaq, ya da İrəvan Bakı ilə danışıqlar masası arxasında dil tapmağa çalışacaq. İndilikdə Ermənistanın Qarabağ məsələsində qeyri-konstruktiv mövqe sərgiləməsi birinci ehtimalı artırır, yəni savaşın olması bu gedişlə qaçılmaz görünür.

Mümkün savaşda Ermənistanın yeni böyük məğlubiyyətə düçar olacağı isə erməni cəmiyyətinin özündə də şübhə doğurmur. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, hazırda Ermənistanı bu savaşda qoruya biləcək hamisi də yoxdur. Məhz bu durumda Ermənistan daxilində artan gərginlik və yüksələn qarşıdurma da məsələnin mümkün hərbi həllini tezləşdirəcək faktorlar sırasında yer alır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ