Ermənistan və Azərbaycan cəmiyyətlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır.
“Trend”in məlumatına görə, bunu Rusiyada nüfuzlu KİV-dən biri sayılan “Kommersant” qəzetinə müsahibəsində Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb.
Elmar Məmmədyarov hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.