İraq xarici işlər naziri İrana qarşı sanksiyalar məsələsində ölkəsinin mövqeyini açıqlayıb. Nazir İranın yanında olduqlarını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, İraq XİN başçısı Məhəmməd Əli əl-Hakim bu barədə Bağdadda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə deyib.
Görüşdə, ABŞ-ın İrana qarşı sanksiyaları və bölgədəki gərginlik əsas müzakirə mövzusu olub.
Hakim, Vaşinqtonun İrana qarşı iqtisadi sanksiyalarının heç bir müsbət faydasının olmayacağını deyib: "İraq mövcud problemin həll edilməsi üçün ABŞ və İran arasında vasitəçi rolunu oynayacaq".
İraqlı nazir, İrana qarşı sanksiyalar məsələsində ölkənin mövqeyini də açıqlayıb. “İraq ABŞ-ın İrana qarşı sanksiyalarının əleyhinədir və bu məsələdə qonşu ölkə İranın yanında yer alır” – nazir deyib.