Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan savaşa başlasa, indi ABŞ, Rusiya və digər Qərb ölkələri onu durdurmayacaq…

Image


ABŞ-ın Cənubi Qafqaza artan marağı fonunda Vaşinqton tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətin də yüksəlməsi müşahidə edilməkdədir. Bu hal, xüsusən də Ermənistanda ötən il baş tutan hakimiyyət dəyişikliyindən sonra özünü qabarıq surətdə büruzə verir.

Xatırladaq ki, hakimiyyət dəyişikliyindən sonra ABŞ rəsmiləri bir-birinin ardınca münaqişənin həlli üçün Ermənistanın zəbt edilmiş əraziləri azad etməsinin vacibliyini bəyan etdi. Məsələn, həmin vaxt ABŞ-ın Ermənistandakı səfiri olan Riçard Mills bildirirdi ki, Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ilə mümkündür. Bunun ardınca regiona səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da eyni mövqeni sərgilədi. Beləliklə, ABŞ Qarabağ məsələsi ilə ilgili Ermənistan qarşısında kifayət qədər aydın bir mövqe ortaya qoymuş oldu. Ermənistanın bütün bunlara qarşı etiraz cəhdləri isə faktiki olaraq hansısa nəticə vermir. Digər tərəfdən, bütün bunlar o fonda baş verir ki, ABŞ üçün Azərbaycanın əhəmiyyəti artıdığı halda Ermənistan tamamilə arxa plana keçir. ABŞ-ın yüksək səviyyəli məmurları Ermənistan tərəfi ilə münaqişə haqqında danışmaqdan çox, Azərbaycanla müzakirə aparmağa üstünlük verirlər. Bu halda Azərbaycanın geosiyasi əhəmiyyəti Ermənistandan dəfələrlə yüksək qiymətləndirilir. ABŞ-ın erməni rəsmilərinə münasibəti də bu qənaəti əhəmiyyətli dərəcədə gücləndirir.

Real vəziyyətin təhlili göstərir ki, ABŞ xarici isyasətində gah nala, gah da mıxa vuran erməni siyasətçilərini, dövlət rəsmilərini ciddi qəbul etmir. Bunu ABŞ-a yollanan erməni rəsmilərinə münasibət də aydın nümayiş etdirir. Məsələn, məlumdur ki, ABŞ prezidenti Donald Trampın Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla, daha sonra isə ABŞ dövlət katibi erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşdən imtina edib.  Daha sonra müdafiə naziri David Tonoyan Vaşinqtona səfəri zamanı ABŞ Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşə bilməyib. “Jamanak” qəzeti hələ o vaxt yazırdı ki, Tonoyan ABŞ-ın müdafiə qurumunun baş qərargahında heç bir görüş keçirə bilməyib. Çünki özünü sözdə Qərbpərəst göstərən Ermənistan rəhbərliyinin əməldə Rusiya ilə hərbi-siyasi əməkdaşlığı daha da möhkəmləndirməsi Vaşinqtonun ciddi şəkildə narazılığına səbəb olub: “ABŞ hakimiyyəti Ermənistanın Suriyaya humanitar missiya göndərmək qərarını hələ də “həzm edə” bilmir və ələ düşən hər fürsətdə bu məsələyə yanaşmasını nümayiş etdirir”.

Real vəziyyətin təhlili göstərir ki, elə indinin özündə də ABŞ-ın erməni rəsmilərinə münasibəti dəyişməyib. Elə bundan irəli gəlir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da ABŞ-a səfəri kifayət qədər uğursuz keçib. Məsələ ilə bağlı “Qraparak” qəzeti yazır ki, bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ-da işgüzar səfərdə olub. Nəşrin qeyd etdiyinə görə, Ermənistan Xarici İşlər Nazirliyi və səfirliyinin səylərinə baxmayaraq, səfər çərçivəsində ciddi görüşlər keçirmək mümkün olmayıb. Bundan əlavə, məqalədə deyilir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Qriqoryanı qəbul etmək istəməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Boltonun ofisinin nümayəndəsi ilə görüşlə kifayətlənməli olub. Qəzetin iddiasına əsasən, bundan öncə İrəvana səfəri zamanı Bolton Qriqoryanla üzbəüz görüşməmişdi: “Bu həmin Boltondur ki, İrəvanda olarkən Qriqoryanla təkbətək görüşməkdən imtina edib. O, Boltonun ofis nümayəndələri və icma rəhbərləri ilə görüşməyə məcbur olub. Yeri gəlmişkən, onu “Hranuş Hakobyanın kosmonavtı” adlandırmağa başlayıblar. Belə ki, Qriqoryan ABŞ-da Braziliyianın kosmik agentliyinin rəhbəri Karlos de Moura ilə görüşüb. ABŞ isə Qriqoryanı yüksək səviyyədə qəbul etməyib”.

Bütün bunlar bir daha Vaşinqtonun İrəvana hansı münasibət sərgilədiyini aydın nümayiş etdirir. İndilikdə o da aydın görünür ki, Amerika üçün Cənubi Qafqazda regional əhəmiyyətli geosiyasi-hərbi, iqtisadi, sosial, nəqliyyat-logistik, enerji, təhlükəsizlik kimi məsələləri Azərbaycanla müzakirə etmək daha vacib əhəmiyyət kəsb edir. Ekspertlər qeyd edir ki, belə vəziyyətdə ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması faktı arasında bağlılığın olduğunu artıq  qəbul etməyə başlayıb. Bu, geosiyasi kontekstdə ciddi önəm kəsb edir. Çünki başa düşülür ki, münaqişəni ədalətli şəkildə həll etməkdən başqa yol yoxdur. Və bu qənaət birbaşa Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurların, diplomatik gedişlərin də nəticəsi sayıla bilər.

Digər tərəfdən, bütün bunlara paralel olaraq Vaşinqton artıq Azərbaycanla ikitərəfli əlaqələrə həm də qlobal geosiyasi dinamika fonunda baxır. Yəni ABŞ artıq Azərbaycana MDB məkanı miqyasında nəzər salmır və onun daha geniş coğrafi məkanda vacib rol oynadığını qəbul edir. Azərbaycanın həyata keçirdiyi transmilli layihələr burada öz sözünü deyir. Məsələn, ABŞ da daxil olmaqla, Qərbin siyasi liderləri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolunu dəfələrlə açıq etiraf edib. Yaranmış vəziyyətdə ABŞ Avropanın enerji təhlükəsizliyinin təmini məsələsində Azərbaycanın artan rolunu çox aydın görür. Belə vəziyyətdə Vaşinqtonun Azərbaycanın real geosiyasi statusunu qəbul etməsi də özünü qabarıq şəkildə göstərir. Ermənistana gəlincə, ABŞ son bir ildə bu ölkənin heç vaxt Azərbaycan kimi müstəqil siyasət aparmaq iqtidarında olmayacağına bir daha əmin oldu. Okeanın o tayında da çox yaxşı görürlər ki, İrəvanın Qərblə münasibətlərində sərbəstlik arzulamasına baxmayaraq, Ermənistan hakimiyyəti getdikcə daha çox Rusiyanın diqtəsi altında hərəkət edir. Erməni hərbi ekspert Hayk Nahapetyan bildirir ki, proseslərin bu səpkidə inkişafı İrəvan üçün çox ciddi problemlərin yaranması deməkdir. Onun sözlərinə görə, əvvəlcə Rusiyanı, indi isə ABŞ-ı yanına alan Azərbaycan Qarabağ məsələsində mövqeyini daha güclü hala gətirir. Ekspert vurğulayır ki, bu durumda Azərbaycan savaşa başlasa, artıq onu Rusiya, ABŞ və digər Qərb dövlətləri durdurmayacaq: “Azərbaycanın isə, savaş başladığı təqdirdə, yalnız öz ərazilərini bərpa etmək deyil, eyni zamanda hücum-yarma zərbəsi endirərək ermənilərə daha böyük zərbə vurmaq niyyəti də var”. Nahapetyan da bu fonda, digər erməni ekspertlər kimi, Azərbaycanın son genişmiqyaslı təlimlərindən təşvişə düşərək qeyd edib ki, onların yalnız Şuşanı azad etmək yox, həmçinin İrəvanı ələ keçirmək məqsədi var: “İrəvan onların tarixi ərazisinin bir hissəsidir deməklə ilk növbədə daxili auditoriyaya xitab edirlər. İlk növbədə öz xalqlarını mənəvi-psixoloji cəhətdən hazırlayırlar ki, ehtimal edilən müharibə halında onlar Qarabağın azad edilməsi ilə kifayətlənməyəcək, İrəvan da daxil olmaqla, azad ediləcək çox əraziləri var”.

Düzdür, Nahapetyan burada ifrata varır, çünki Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur. Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Amma Nahapetyanın açıqlamaları ermənilərin kifayət qədər böyük qorxu içində olduğunu təsdiqləyir. Erməni ekespert  qeyd edib ki, 1 ay ərzində Azərbaycanda keçirilən artıq 2-ci genişmiqyaslı təlimlər fonunda Ermənistan hakimiyyəti tərəfindən daxildə xəyanətkar axtarılması, davamlı olaraq Qarabağdakı rejimlə Ermənistan arasında münasibətlərin gərginləşməsi erməni tərəfinin mövqeyini sürətlə zəiflədir: “Xatırlamaq lazımdır ki, Qarabağ döyüşləri zamanı Azərbaycan hakimiyyəti uğrunda mübarizə gedirdi və bu mübarizə ölüm-dirim mübarizəsi idi. Təbii ki, əgər istənilən qələbə üçün vacib şərt olan ölkədə birlik, xalqın hakimiyyətə inamı, etimadı yoxdursa, psixoloji problemlər yaranır və məğlubiyyət baş verə bilər. Artıq 1 ildir ki, Ermənistanın sülh haqqında təbliğat aparmasını anlaşılmaz hesab edirəm”. Erməni hərbi ekspert bu günlərdə Nikol Paşinyanın verdiyi bəyanata münasibət bildirərkən qeyd edib ki, xəyanətkar müharibənin təşviq edilməsi bəzi ərazilərin qaytarılması və məsuliyyətin Ermənistan hakimiyyəti üzərinə atılması haqqında bəyanatlar verməklə Paşinyan təhlükəli fikirlər səsləndirir:
“Ermənistan-Qarabağ münasibətlərinin çox vacib şeyləri birləşdirən insanlar üzərində mərkəzləşdirilməsini də təhlükəli hesab edirəm. Bu cür addımlarla bugünkü hakimiyyət elə bir vəziyyət yaradacaq ki, həmin yaranmış vəziyyətdə Azərbaycan xüsusi xidmət orqanları mənəvi vəziyyəti müəyyən edərək, erməni hərbi qulluqçunun komandirinin əmrini icra etməyə hazır olmadığını dərk etdikdən sonra fürsətdən istifadə edəcək.
2016-cı ilin aprel ayında döyüşlər başlayarkən Avropa Şurasının ən yüksək vəzifəli məmurlarından biri olan Pedro Aqramunt rəhbərlik etdiyi qurumun adından bəyan etdi ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmalıdır. Bu o deməkdir ki, Avropa İttifaqı, həmçinin ABŞ Azərbaycanın istənilən hərbi əməliyyatına azad etmə əməliyyatı kimi nəzər yetirəcək. Bu ona görə belədir ki, Ermənistana qarşı yalnız Azərbaycan deyil, eyni zamanda Türkiyə də mübarizə aparır. Türkiyənin Ermənistanı təcrid etməsi ilə artıq müharibə elan etdiyini demək olar. Türkiyə isə NATO-ya üzv ölkədir. NATO-nun da onurğa sütunu ABŞ-dır. Ona görə də, Ermənistana qarşı Azərbaycan və Türkiyənin istənilən hücumu ilk növbədə ABŞ və Aİ-nin icazəsi yolu ilə həyata keçiriləcək”. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın həm böyük hərbi gücü, həm də beynəlxalq vəziyyəti öz lehinə formalaşdırması artıq Ermənistanda daha böyük əndişə yaratmağa başlayıb. Düşmən yaxşı görür ki, getdikcə dalana dirənmiş vəziyyətə düşür və bu şəraitdə Azərbaycanın ərazi bütövlüyünün bərpası daha tez həyata keçiriləcək. Ermənistan bu məsələdə problemin dinc yolla həllinə getməsə, Azərbaycan güc yolundan istifadə edəcək. Özü də bu dəfə Ermənistanı müdafiə etməkdən ötrü böyük dövlətlərdən heç kim işə qarışmayacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ