Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanda silahlı çevriliş hazırlıqları dünya mediasına da çıxdı

Image


Ermənistanda məhkəmələr ətrafında yaranan və hələ də çözümünü tapa bilməyən böhranın hansı nəticələrlə sonuclanacağı indilikdə bəlli deyil. Sadəcə, müşahidə olunan hal budur ki, “Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında ziddiyyətlər əhəmiyyətli dərəcədə dərinləşir.

Eyni zamanda birincilər Paşinyanı devirmək üçün həm Qarabağ kartından istifadə etmək, həm də işğal altındakı Azərbaycan ərazilərini baş nazirə qarşı əsas mübarizə məkanı qismində formalaşdırmaq niyyətindədir. Məhz bu səbəbdən də düşmən ölkədə qarabağlı-ermənistanlı savaşı qızışır. Bununla bağlı Rusiyanın “rosbalt.ru” portalı da yazır ki, “Qarabağ klanı”, güc yolu ilə olsa belə, Paşinyanı devirməkdə israrlıdır: “Ermənistanda indiki baş nazir Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsilə “məxməri” deyilən inqilabdan keçən bir ildən sonra daxili-siyasi çarpışmanın sürdüyünə təəccüblənməyə dəyməz. Amma yeni Ermənistan hökumətinin işğal altındakı Dağlıq Qarabağda inqilab etmək, Paşinyanın ürəyinə yatmayan adamları aradan götürmək hədəsi maraqlı görünür ki, bu da, şübhəsiz, separatçılarla Ermənistan iqtidarı arasına parçalanma gətirir. Nədən Ermənistan hökumətinin “DQR”ə inqilab ixracıyla bağlı bu qədər “əli qaşınır”? Paşinyanın opponentləri – Ermənistanın keçmiş birinci şəxsləri Serj Sarksyan və həbsə atılmış Robert Köçəryanın tərəfdarları  burada “daldalandığına” görə. “DQR” hər iki eks-prezidentin təmsil etdiyi “Qarabağ qəbiləsi” ilə Ermənistanda “əksinqilab ocağı” sayılır.

Demək artıqdır ki, Ermənistanda hakimiyyəti ələ keçirməklə siyasi dəyişikliklər Qarabağda, yumşaq deyilsə, sevinclə qarşılanmayıb. “DQR”in fəaliyyətdəki və keçmiş başçıları – Bako Saakyan və Arkadi Qukasyan, hətta “sırtıqlaşaraq”, Robert Köçəryanı müdafiə ediblər. Onlar keçmiş prezident haqda həbs qətimkan tədbirini dəyişmək xahiş məktubu ilə Ermənistan Baş Prokurorluğuna müraciət edərək vurğulayıblar ki, onu azad etmək lazımdır. Amma Baş Prokurorluq rədd cavabı verib.

Paşinyan isə ciddiliklə deyib ki, “Dağlıq Qarabağ hökuməti” Ermənistanın işlərinə qarışa bilməz, çünki ölkə suveren və müstəqildir. Baş nazir dəqiqləşdirməyib ki, onda Ermənistan niyə “suveren və müstəqil DQR”in daxili işlərinə qarışır və bununla yanaşı, hələ israr edir ki, sonuncunun təmsilçisi müstəqil vahid kimi Qarabağ münaqişəsini tənzimləmək üzrə danışıqlara qatılsın, Azərbaycan isə buna qarşı çıxır… Belə bir vaxtda Köçəryanın azad edilməsilə Paşinyan əlüstü öz tərəfdarlarını məhkəmələri çevrələməyə çağırıb, onlar da bunu ediblər, sonra istənilən effekt əldə edilərkən mühasirəni götürməyi əmr edib. O, bütün bu qarışıqlığın içində qarabağlılar və Ermənistan sakinləri arasına parçalanma salmağı arzulayan “konkret güclər” haqda xalqı məlumatlandırıb. Baş nazir iddia edir – bu güclər “Ermənistan hökumətinə və baş nazirə qarşı təbliğat üçün şəxsi əlaqələrindən yararlanır”. Ümumiyyətlə, “sui-qəsd var” və Paşinyan “sərt tədbirlər görməyə” söz verir”.

Rusiya mediasının bu yazdıqlarından da bəlli olur ki, separatçı rejimlə Ermənistan arasında parçalanma sürətlə dərinləşir.  Bu arada Erməniçtanın "Jamanak" qəzeti də yazıb ki, tanınmamış “DQR” generalitetinin nümayəndələri və Ermənistan oliqarxları Nikol Paşinyanın vəzifəsindən devirilməsi məqsədilə sui-qəsd məsələsini müzakirə edirlər. Qeyd olunur ki, sui-qəsd müzakirəsi "Oqanovski" kimi tanınan "DQR" müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan tərəfindən "Ermənistanın məşhur oligarxlarından birinin malikanəsində” təşkil edilib. Qeyd edək ki, Samvel Karapetyan “Oqanov Samo” ləqəbi ilə tanınır. Qarabağdakı döyüşlərin aktiv iştirakçısı olub. Horadiz əməliyyatında ordumuzun gülləsinə tuş gələrək ağır yaralanıb və yalnız 3 günlük əməliyyatdan sonra onun həyatını xilas etmək mümkün olub. "Jamanak"ın yazdığına görə, əvvəllər Respublika Partiyasından Ermənistan parlamentinin deputatı olmuş biznesmen Samvel Aleksanyan da yığıncaq iştirakçıları arasında olub. Nəşr vurğulayıb ki, görüş iştirakçıları "Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər". Materialın dərc olunduğu vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika hakimiyyətində mümkün sui-qəsd haqqında narahatlıqlar var. Bununla belə, o əlavə edib ki, bu haqda çox açıq danışmaq olmaz.

Jurnalistlərin “Sui-qəsdlə məşğul olanlar xarici, yoxsa daxili qüvvələrdir” sualına cavabında Qriqoryan bildirib ki, "onlar müəyyən dərəcədə bir-birinə bağlıdır". Bütün bunlar bir daha separatçı rejimlə Paşinyan arasında qarşıdurmanın artıq savaş həddiən çatmaqda olduğunu göstərir. Elə “rosbalt.ru” portalı da yazır ki, vəziyyət sürətlə pisləşir: “Qarabağ klanı”, güc yolu ilə olsa da, məqsədinə çatmaqda israrlıdır. Yeri gəlmişkən, digər keçmiş prezident Serj Sarksyan da arabir Xankəndiyə gedir və burada onu daş-qalaq etmirlər: əlbəttə, İrəvandakı indiki hakimiyyət istərdi ki, daşlasınlar, axı bu, onun xalq tərəfindən “qəbul edilmədiyinin” əlaməti olardı. Amma əks proses baş verir. Bu durumda Paşinyanın ailəsinə məxsus “Aykakan Jamanak” qəzetində dərc edilmiş məqalədə isə bütün bunlara qarşı birbaşa çağırış var. Qəzetin  “Qarabağda inqilab baş verməlidir” başlığı çox şey ifadə edir. Nəşr hesab edir ki, Qarabağdan gəlmələr, ümumiyyətlə, əhaliyə düşüncə aşılamağa çalışırlar ki, Dağlıq Qarabağ Qərbə can atan Ermənistandan maksimum aralanmalıdır ki, Rusiya tərəfdən “sərt hərəkətdən” yayınsın. Bir sözlə, hazırlanan “məxməri çevriliş”in altına ona “haqq qazandıran” özül döşənir. Bu qayda ilə Ermənistanın Dağlıq Qarabağın “təhlükəsizlik zamini” kimi çıxış etdiyini söyləmək, sadəcə, qeyri-ciddidir. Və hərbi gərginliyi dayandırmaq xatirinə, barış və sabitlik adına, ümumiyyətlə, əhali və “özününkülərin”, yəni ermənilərin yaşadıqları bapbalaca ərazinin faktiki hakimiyyəti ilə razılaşmağı bacarmayıbsa, bəs Azərbaycandakı “yadlar”la necə sazişə gələcək?

Yeri gəlmişkən, Bakı və İrəvan arasında Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar Xankəndini güclü gərginliyə salır: çoxları Paşinyan və komandasının “gizli oyunlar”ından şübhələnir. Bir qismi isə hesab edir ki, İrəvanda ümumən tənzimlənmənin necə və hansı şərtlərdə mümkünlüyü görüşü yoxdur. Yəni Ermənistan paytaxtında Qarabağ üzrə dəqiq siyasət yoxdur. Politoloq Manvel Sarkisyan bununla bağlı bildirir: “İndiyədək Ermənistan cəmiyyətində tənzimlənmə ssenarisinə nisbətdə vahid mövqe yoxdur. Bəziləri əzbərləyib – “heç bir qarış torpaq da”, başqaları, əksinə, güzəştlərin gərəkliyindən danışır… Hüquq və məsuliyyət barədə Ermənistanda son dərəcə bərbad təsəvvürlər var, hər şeyi şübhə altına almağa və dəyərsizləşdirməyə o qədər alışmışıq ki, istənilən sağlam düşüncəni süngü ilə qarşılayır və şübhəyə məruz qoyuruq”. Ehtimal ki, bu durumda "DQR" və Ermənisan arasında ziddiyyət daha da dərinləşəcək və bu da İrəvanda ictimai-siyasi mühitə ciddi təsir edəcək”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ