22/08/2019 20:33
728 x 90

Prezident İlham Əliyev Rusiyanın Əmək və sosial müdafiə nazirini qəbul edib - YENİLƏNDİ

img

Prezident İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və sosial müdafiə naziri Maksim Topilini qəbul edib. Bu barədə Prezidentin Mətbuat xidmətindən “Trend”ə məlumat verilib.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, sosial təminat sahəsində əlaqələr, təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Görüşdə Rusiyada və Azərbaycanda sosial sahənin müxtəlif istiqamətləri ilə bağlı həyata keçirilən islahatlardan danışılıb, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edilib. Eyni zamanda, Maksim Topilinin səfəri zamanı müvafiq nazirliklər arasında imzalanacaq sazişin əhəmiyyətinə toxunulub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər