20/06/2019 05:45
728 x 90

“Gallup” nəticəyə gəldi - erməniləri Qarabağ problemi az maraqlandırır

img

Amerikanın "Gallup İnternational Association" tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.

“Trend”in məlumatına görə, sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşlarının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan opponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənistanın əsas problemi adlandırıb.

Sorğu iştirakçıları yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız - 26,1%-i Dağlıq Qarabağ münaqişəsini Ermənistan üçün əsas problem olaraq görüb.

Son xəbərlər