Bazar günü günü, 08 noyabr 2026
     

Erməni cəmiyyətində yeni kabus – “Azərbaycan bu hərbi təlimləri elə-belə keçirmir”, “Növbəti dayanacağımız Şuşadır”

Image


Azərbaycanın hərb müstəvisində də Ermənistan qarşısında böyük üstünlüyə malik olması və belə durumda Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə çözə biləcəyi gerçəyi işğalçı ölkədə getdikcə daha böyük xof yaradır. Hər halda, Azərbaycan ordusunun mayın 20-də başlayan əməliyyat-taktiki təlimlərinə artıq bir neçə gündür düşmən ölkədə verilən reaksiya da qeyd edilənlərin real təsdiqi qismində çıxış edir.

Hazırda düşməni narahat edən başlıca məqam ordumuzun təlimlərinin say etibar ilə çoxalması, həmçinin yeni növ silahların nümayişidir. Ermənistanda hesab edirlər ki,  Azərbaycan bütün bunları əbəs yerə nümayiş etdirmir və danışıqlar prosesinin nəticə vermədiyini görən kimi hərbi müstəvidə hərəkətə keçəcək. Hadisələrin bu səpkidə inkişafının ölkəsi üçün böyük problem yaradacağıın bildirən Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İstitutunun direktoru Ruben Safrastyan bildirir ki, İrəvan Qarabağ üzrə danışıqlar prosesini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə etməlidir. Onun sözlərinə görə, istənilən danışıqlar müharibədən daha yaxşıdır: “Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Vaşinqtonda görüş keçirilməsi ehtimalı istisna edilmir. Son dəfə nazirlər arasında qısa söhbət mayın 13-də Brüsseldə baş tutub. Görüşlərin aktivləşməsinə baxmayaraq, tərəflər hələ də qarşılıqlı güzəştlərdən uzaqdır. İrəvan Qarabağdakı rejimin danışıqlarda birbaşa iştirakını iddia edir, Bakı isə prinsipial olaraq belə bir addımla razı olmadığını qeyd edir”. Safrastyanın fikrincə, nəzərəçarpan irəliləyişin olmamasına baxmayaraq, Qarabağ üzrə danışıqlar prosesini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edilməlidir: “İstənilən vaxt cəbhədə vəziyyət gərginləşə bilər, buna görə ayıq-sayıq olmaq lazımdır. Əvvəl olduğu kimi, münaqişənin hərb yolu ilə həllinə cəhd edilməsi mümkündür. Azərbaycan hərbi təlimləri elə-belə keçirmir”.

Digər erməni politoloq Ağasi Yenokyanın sözlərinə görə, müharibənin başlanması Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq: “Müharibə təhlükəsi barədə çox danışılır. Bu təhlükə daimi və realdır. Bu vəziyyətdə baş nazir Nikol Paşinyan məhkəmələrə giriş və çıxışların bağlanmasına çağırış etməklə qurduğu yeni şou və bundan sonra yaranan vəziyyətlə Qarabağda baş verə biləcəkləri ört-basdır etməyə çalışır. O, məhkəmələrlə bağlı baş verənlərlə özünü sığortalamaq istəyir. Söhbət Qarabağda ərazilərin qaytarılmasından gedir. Paşinyan bununla demək istəyir ki, Qarabağdakı rejim onu ittiham etmək üçün ərazilər qaytarmağa hazırlaşır. Bununla da Qarabağ və Ermənistan arasında xətt çəkilir. Belə vəziyyətdə Azərbaycan ya güc, ya da digər yolla hədəfinə daha tez çatacaq”. Erməni hərbi analitik  Karen Ovannisyan isə diqqəti buna yönəldir ki, son təlimlərin gedişində Azərbaycan ordusu tərəfindən Ermənistana belə mesaj göndərilib: “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin”. O, Bakının əraziləri daha tez müddətdə qaytarmaqda israrlı olduğunu vurğulayır.

Beləliklə,  yuxarıda qeyd edilənlərdən tam şəkildə aydın görünür ki, Ermənistan Azərbaycanın hərbi təlimlərindən hazırda ciddi qorxu və səksəkə içindədir. Belə görünür ki, işğalçılar bu gedişlə Qarabağ münaqişəsinin Azərbaycan əsgəri vasitəsilə həll ediləcəyinin artıq reallığa çevrilmək üzrə olduğunu hiss etməyə başlayıblar. Bu mənada, son təlimlərdə ordumuzun yüksək döyüş hazırlığı nümayiş etdirməsi, bunun növbəti aprel savaşına hazırlıq olmasının düşmən ölkədə geniş müzakirə edilməsi hardasa təbii də qarşılana bilər. Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da məsələyə bu prizmadan nəzər salır: “Sözügedən hərbi təlimlər Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi altında keçirilir. Azərbaycanın, demək olar ki, heç bir təlimi müdafiə xarakteri daşımır. Beynəlxalq qurumlar bu münaqişəni sülh yolu ilə həll etməyi öhdəsinə götürmüşdü. Bununla bağlı atəşkəs rejimi elan olunub. Azərbaycan dövləti görür ki, beynəlxalq qurumların, ATƏT-in fəaliyyəti iflic vəziyyətdədir və işğal olunmuş Dağlıq Qarabağ probleminin həlli, demək olar ki, sual altındadır. İndiyə kimi beynəlxalq qurumlar götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Ermənistan qeyri-konstruktiv mövqe tutmağa davam edir və Azərbaycana müharibədən başqa çıxış yolu buraxmır. Azərbaycan da gec-tez torpaqlarımızın güc yolu ilə azad edilməsinə məcbur olacaq.

Azərbaycanın Silahlı Qüvvələrinin döyüş fəaliyyəti, döyüş hazırlığı potensialı, silahlanma, müasir texnikanın təmin olunmasının bir məqsədi var - işğal olunmuş ərazilərini azad edərək, ərazi bütövlüyünü bərpa etmək. Bu, bizim tarixi haqqımızdır. Heç bir beynəlxalq norma, sənəd Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə qadağa qoymur. Əlbəttə, bu fonda Azərbaycan daha çox hücum əməliyyatlı silahlara və təlimlərə üstünlük verməlidir”.

Polkovnik təlimlərin “əks-hücum xarakterli” adlandırılmasını belə izah edib: “Ona görə belə deyirik ki, hazırda atəşkəs rejimi olsa da, müharibə davam edir. Azərbaycan bundan sonra əks-hücuma keçərək, düşmənin işğalçı qüvvələrini darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə hazır olmalıdır. Azərbaycanda keçirilən bütün təlimlərdə proseslər Dağlıq Qarabağda ola biləcək döyüş ssenarisinə uyğun oynanılır. Bütün bu təlimlərdə qazanılan təcrübə yaxın gələcəkdə torpaqlarımızı qaytaranda tətbiq olunacaq. Azərbaycan tərəfi öz addımları haqqında məlumatları gizlətmir. Təlimlərin intensivliyi ərazimizin gec-tez azad olunmasına hesablanıb. Artıq cəmiyyət də bunu tələb edir. Ona görə Ermənistanın narahat olması təbiidir. Hər zaman Azərbaycanda irimiqyaslı təlimlər keçiriləndə Ermənistan cəmiyyətində mövcud olan qorxu və narahatlıq daha da çoxalır. Onlar artıq hər bir təlimin döyüşə çevrilə biləcəyini gözləyir və belə düşünməkdə haqlıdırlar. Ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycanın həm iqtisadi potensialı, həm Silahlı Qüvvələrinin hazırlığı, həm də hərbçilərin peşəkarlığı yetərli səviyyədədir”. Ekspert Paşinyanın Dağlıq Qarabağla bağlı son açıqlamalarına da diqqət çəkib: “Artıq Paşinyan Azərbaycan Silahlı Qüvvələrinin gücünü anlayıb. O, son çıxışlarından birində söylədi ki, Qarabağ klanı döyüşləri bərpa edərək, bunu Paşinyanın boynuna atacaq ki, təqsirkar odur. Nəticədə Azərbaycan torpaqları azad edəcək. Ermənistan cəmiyyəti bu saat çaşbaş vəziyyətdədir. Daxildə olan problemlər onlara birləşməyə imkan vermir. Əlbəttə, Ermənistanın bu vəziyyəti artıq beynəlxalq qurumları da bezdirib. Rusiyanın özündə də artıq müəyyən qədər soyuqluq hiss olunur. Çünki ara-sıra Rusiya bazasının Ermənistandan çıxarılması ilə bağlı fikirlər səsləndirilir”.

Bütün bunlar həm də o deməkdir ki, döyüş meydanında işğalçı tərəf getdikcə daha gücsüz duruma düşür. Elə bu səbəbdən Azərbaycanın güc nümayişi düşmən ölkədə indi daha böyük vahimə yaradır. Düşməni həm də narahat edən budur ki, indi cəbhədə hər hansı qığılcım genişmiqyaslı savaşa rəvac verə bilər. Özü də burada müdafiə naziri, general-polkovnik Zakir Həsənovun genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olarkən orduya verdiyi təlimat da düşmən tərəfindən diqqətlə nəzərə alınır. Xatırladaq ki, müdafiə naziri bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və əldə olunan məlumatlara əsasən düşmənin törədə biləcəyi təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq tapşırıqlar verib. Bu isə o deməkdir ki, ermənilərin cəbhə təxribatı bundan sonra düşmənə daha baha başa gələ bilər. Həm də belə təxribat düşmənin çox qorxduğu savaşın da başlanmasına rəvac vermək iqtidarındadır.

Düzdür, hələ ki, Azərbaycan sülh danışıqlarına sadiqdir.  Lakin Bakı daim bildirir ki, hərb variantı da istisna deyil. Ordunun davamlı olaraq modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər də məhz Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir. Düşmən də görür ki, Azərbaycanın qüdrətli ordusu və qətiyyətli, prinsipial mövqeyi var. Eyni zamanda, indiyədək erməniləri sülh danışıqlarına vadar etməyən, yaxud danışıqlar masasına gətirmək istəməyən beynəlxalq təşkilatlar və dövlətlər də dərk etməlidir ki, Azərbaycanın səbri tükənməz deyil. Çünki ermənilər məhz bu vaxta qədər həmin təşkialatların və dövlətlərin yardımı ilə torpaqlarımızı işğal altında saxlaya bilib. Amma artıq vəziyyət dəyişib. Bunu ermənilərin özü də kifayət qədər aydın görür. Hesab edilir ki, düşmən ordumuzun gücünü yenidən görmək  istəmirsə və üzləşdiyi çətinliklərin aradan qalxmasını istəyirsə, Ermənistan bütün bunlara səbəb olan Dağlıq Qarabağ probleminin həlli üçün artıq əməli addımlar atmalıdır.  İrəvan yaranmış indiki vəziyyətdən nəticə çıxarmalı və Azərbaycanla razılığa gəlib torpaqları azad etməyə başlamalıdır. Əks təqdirdə düşmənin böyük qorxu duyduğu Azərbaycan ordusunun hərəkətə keçməsi qaçılmaz olacaq. Torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması isə mütləqdir. Azərbaycan ordusu artıq sübut edib ki, dünya ictimaiyyəti bu məsələnin sülh yolu ilə sonlanmasına nail ola bilməzsə, işğal edilmiş torpaqlarımızın hərbi yolla azad edilməsi mümkündür. Elə məlum aprel döyüşləri zamanı dörd gün davam edən əməliyyatlarda Azərbaycan ordusu qarşıya qoyulan məqsədinə nail oldu. Özü də bu, müharibə yox, əks-həmlə döyüşləri, cavab zərbələri idi. İndi ordumuz savaşa başlasa, düşmən onu hansı böyük fəlakətlərin gözlədiyini kifayət qədər yaxşı bilir. Məhz bu mənada, indi Ermənistanın seçim üçün nə vaxtı, nə də imkanı var. Düşmən tezliklə zəbt edilmiş ərazilərin azad olunmasına start verməlidir. Əks təqdirdə kifayət qədər qorxu içində izlədiyi hərbi təlimlərin istənilən an real döyüş əməliyyatına keçməsinə də hazır olmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ