22/08/2019 20:36
728 x 90

Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir - FOTO

Prezident Əliyev Çinə aydın mesaj verdi

img

Prezident İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının Xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı, ilk növbədə, Çində keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə Çin tərəfinə minnətdarlığını bildirib, bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirərək vurğulayıb ki, Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir. Dövlət başçısı deyib ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub və ölkəmizin nəqliyyat infrastrukturu bu layihə çərçivəsində nəqliyyat daşımaları üçün istifadə edilə bilər.

Xarici işlər naziri Van Yi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir. 

Son xəbərlər