Bazar günü günü, 08 noyabr 2026
     

ABŞ Hitler üzərində qələbənin 75 illiyi şərəfinə üçbayraqlı qızıl medal buraxdı - SSRİ-nin bayrağı “unuduldu”...

Image


“... bu tam olaraq saxtakarlıq və ədalətsizlikdir”

 

Amerikanın “Bradford Exchanget” şirkəti faşizm üzərində qələbənin 75 illiyi münasibətilə yeni bir pul sikkəsi (medal) buraxıb. Sözügedən sikkə 24 karat qızılla süslənib. Buraxılan sikkənin qiyməti 39, 99 dollardır.

Qeyd edək ki, bu sikkə rəsmi pul vahidi kimi dövriyyədə deyil, ondan yalnız kolleksiyalar və müəyyən hədiyyələr qismində istifadə etmək olar.

Üzərində ABŞ-ın 33-cü prezidenti Harri Trümenin və ordu generalı Duayt Eyzenhauerin şəkilləri əks olunan sikkənin üzərində, həmçinin, ABŞ, Fransa və Böyük Britaniyanın bayraqları olsa da, II Dünya Müharibəsində qələbənin qazanılmasında böyük rolu olan SSRİ-nin bayrağı əks olunmayıb.

Faşizm üzərində qələbənin qazanılması üçün birgə fəaliyyət göstərən 4 müttəfiq ölkədən birinin bayrağının əks olunmaması təəccüb doğurur. SSRİ-nin bayrağının həmin sikkədə yer almaması həqiqətən də yanlışlıqdır.

Ekspertlər bunu ciddi səhv, tarixi saxtalaşdırmaq kimi dəyərləndirirlər. Mütəxəssislər qeyd edirlər ki, II Dünya Müharibəsi 1939-cu ilin 2 sentyabr tarixində başlayıb, 1945-ci il sentyabrın 2-də  Yaponiyanın məğlubiyyəti ilə başa çatıb. Onlar hesab edirlər ki, faşizm üzərində qələbənin 75 illiyinə həsr edilən qızıl sikkənin üzərində SSRİ-nin bayrağının əks olunmaması SSRİ tərkibində həmin müharibədə iştirak edən keçmiş ittifaq respublikalarına da qarşı ədalətsizlikdir.

Azərbaycan II Dünya Müharibəsində həm insan, həm neft, həm də digər texniki resurslarına görə  xüsusi fəaliyyət göstərib. Məlumdur ki, Azərbaycandan II Dünya Müharibəsinə 600 min nəfər gedib və onlardan 200 min nəfəri geri dönməyib. 

  • “Qələbənin qazanılmasında, qaliblər sırasında sözsüz ki, SSRİ-nin də xüsusi aparıcı yeri var idi”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Firdovsiyyə Əhmədova mövzunu “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, SSRİ hazırda mövcud olmasa da, onun faşizm üzərində qələbənin qazanılmasında rolu danılmazdır. F.Əhmədovanın fikrincə, SSRİ-nin bayrağını sözügedən sikkədə əks etdirmək istəməyiblərsə, keçmiş SSRİ tərkibində olan və müharibədə iştirak edən, hazırda müstəqil olan dövlətlərin bayraqları həmin sikkədə əks olunmalı idi. “Bu sikkənin buraxılması tarixi mövzuya müraciətdir. Yəni o sikkə günümüzlə bağlı rəmzi olaraq buraxılmayıb. Bu sikkənin buraxılmasının mahiyyətində tarixə müraciət etmək durubsa, təbii ki, həmin tarixi gerçəkliyi də özündə əks etdirməlidir. Gerçəklik də ondan ibarətdir ki, bu gün bayraqları həmin sikkədə əks olunan dövlətlər bayrağı o sikkədə əks olunmayan keçmiş SSRİ ilə II Dünya Müharibəsində müttəfiq idilər. Bu baxımdan, qələbənin qazanılmasında, qaliblər sırasında sözsüz ki, SSRİ-nin də xüsusi aparıcı yeri var idi. Bu hər hansı bir ideologiyadan, siyasi münasibətdən asılı olmayan bir gerçəklikdir. Bu bir faktdır və bunu heç kim geri qayıdıb tarixdən silə bilməz. Təbii ki, SSRİ-nin də simasında həmin Sovetlər Birliyinə daxil olan müttəfiq respublikaların rolundan da söhbət gedir. SSRİ-ni təşkil edən müttəfiq respublikaların hər birinin canlı və maddi itkisi hesabına faşizm üzərində qələbə əldə olunub. O qələbənin qazanılmasında xidməti olan beynəlxalq subyekt kimi sözsüz ki, o dövrdən bəhs edən bir tarix üçün SSRİ-nin də bayrağı müttəfiq dövlətlərin bayrağı ilə birgə həmin sikkədə öz əksini tapmalı idi. Bu sikkədə SSRİ-nin bayrağı əks olunmasa da, adı qeyd olunmasa da, faşizm üzərində qələbənin ildönümlərinə həsr edilən təntənəli tədbirlərdə indiki Rusiya Federasiyasının dövlət başçısı da həmin o dövlətlərin başçıları ilə birgə iştirak edir. Ancaq burada bir tarixi saxtakarlıq var ki, SSRİ-nin varisi yalnız indiki Rusiya Federasiyası deyil, SSRİ-ni təşkil edən müttəfiq respublikaların hər birinin faşizm üzərində qələbənin qazanılmasında payı var. O cümlədən də Azərbaycanın. Yəni burada həm də söhbət o dövrdə Azərbaycan SSR-in II Dünya Müharibəsində həm canlı, həm də maddi qüvvəsindən gedir. Hesab edirəm ki, əgər faşizm üzərində qələbə ilə bağlı müasir anlamda dövlətlərin adları hansısa bir sikkələrdə, medallarda əks olunursa, onda keçmiş beynəlxalq subyekt olan SSRİ-nin üzvü olan, hazırda müstəqil olan dövlətlərin hər birinin adı qalib dövlətlərin adları ilə birgə sadalanmalıdır. Ya keçmiş subyekt kimi SSRİ-nin adı göstərilməli, ya da keçmiş SSRİ respublikalarının adları da o siyahılarda yer almalıdır”.

F.Əhmədovanın sözlərinə görə, həmçinin, faşizm üzərində qələbə ilə bağlı keçirilən istənilən təntənəli tədbirdə keçmiş müttəfiq respublikalarının başçıları iştirak etməlidirlər. “Əks təqdirdə bu yalnız saxtakarlıq yox, həm də tarixi ədalətsizlik olar. Çünki o qələbəni yalnız Rusiya Federasiyası qazanmayıb. Buraxılan sikkə belə təəssürat yaradır ki, II Dünya Müharibəsində bir sıra Avropa dövlətləri iştirak edib, amma SSRİ kimi böyük bir ərazini və əhalini əhatə edən ölkə iştirak etməyib, bu tam olaraq saxtakarlıq və ədalətsizlikdir”- deyə F.Əhmədova qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ