Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər Gürcüstanın NATO – Avrointeqrasiya xəttinə qarşı rəsmi hərəkata başladı…

Image


Cənubi Qafqazda ermənilərin böyük təhdid mənbəyi qismində çıxış etməsi, təkcə Azərbaycana yox, regionun bir sıra digər ölkələrinə qarşı da ərazi iddiaları irəli sürməsi heç kimə sirr deyil. Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğal altında saxlayan Ermənistanın bu gün Gürcüstan və Türkiyə kimi ölkələrə torpaq iddilarının olması da məlum həqiqətdir. İndilikdə belə görünür ki, ermənilərin maraq dairəsində yer alan əsas məqamlardan biri Gürcüstanın parçalanması, bu fonda həmin ölkənin bir hissəsinin ələ keçirilməsidir.

Ümumiyyətlə, real vəziyyət bu qənaətə gəlməyə əsas verir ki, ermənilər Azərbaycana qarşı etdikləri xain əməlləri indi də Gürcüstanda tətbiq etmək niyyətindədir. ABŞ Milli Demokratiya İnstitutunun Gürcüstanda etnik azlıqlar arasında keçirdiyi sorğuda bu ölkənin NATO və Avropa Birliyinə inteqrasiyasına ermənilərin qarşı çıxması isə bunun daha bir təsdiqidir. Qeyd edək ki, ABŞ Milli Demokratiya İnstitutu Gürcüstanın NATO və AB-yə inteqrasiya etməsi ilə bağlı etnik azlıqlar arasında sorğu keçirib. Sorğuda ermənilərin böyük hissəsi inteqrasiyaya qarşı çıxıb. Bununla ermənilər rəsmi Tiflisin siyasəti ilə razılaşmadıqlarını nümayiş etdirirlər. Ekspertlər bu məsəl’nin mahiyyətinin heç də sadə olmadığını bildirir. Çünki ermənilərin planları var ki, Cavaxetiyanı Ermənistana birləşdirsinlər. Amma onlar çox gözəl bilir ki, Gürcüstan Qərbə inteqrasiya etməyə davam etsə və sonda NATO-nun və Avropa Birliyinin üzvü olsa, ermənilərin arzuları ürəyində qalacaq. Təbii ki, buna görə onlar Gürcüstanın Qərbə inteqrasiyasını istəmirlər. Ermənilərin niyyəti budur ki,  Gürcüstan Rusiya ilə Qərbin çəkişmə meydanına çevrilsin. Bununla da vaxtilə Azərbaycana qarşı qurulan planı Gürcüstan üçün edib, Cavaxetiyanı Ermənistana birləşdirmək onların planlarını əsas tərkib hissəsidir. Baş verənlərlə bağlı Avropanın nüfuzlu “Advance” nəşri də yazır ki, ermənilərin Gürcüstan və Türkiyə ilə bağlı niyyətlərinə son qoyulmayıb və bu prosesdə aktivlik var. “Ermənistanın xaricdəki həmvətənlərə hədəflənmiş siyasəti qədər bölgədə başqa heç bir siyasət belə ciddi problemlərə səbəb olmayıb. Buna ən parlaq örnək onun Dağlıq Qarabağda və Ermənistan güclərinin işğal etdikləri daha yeddi rayonda Azərbaycanla sürən savaşıdır. Lakin İrəvanın iki qonşu dövlətə – Türkiyə və Gürcüstana yanaşması gələcək üçün potensialca daha təhlükəlidir. Şərqi Türkiyədə haçansa çoxlu erməni yaşayıb və bu bölgə keçmişdə ermənilərlə birləşən xeyli kürd üçün qabaqkı kimi yurd olaraq qalır.

Gürcüstana gəlincə, onun Cavaxetiya bölgəsində Tiflisdənsə İrəvana xeyli sıx bağlı olan böyük erməni icması məskunlaşıb. Son bir neçə həftədə, çox ehtimal ki,  ən yaxın gələcəkdə bu iki bölgənin birində, ya da ikisində Ermənistanın hərəkəti üzündən gərginliyin çoxalacağını təsdiqləyən iki hadisə baş verib. Bundan başqa, bir bölgədəki hadisə başqasında oxşar, potensialca təhlükəli hadisələr törədə bilər. Deməli, birincisi, söhbət Ağası Ərəbyanın yazdığı və Rusiyanın “Realist” agentliyinin dərc etdiyi məqalədən gedir. Cavaxetiya erməni diasporunun bu lideri materialda Şərqi Türkiyədəki durumdan və ermənilərlə kürdlərin yeni mümkün ittifaqından danışır. Son həftələrdə baş vermiş ikinci mühüm hadisə Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilərin Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan erməni diasporu üçün vəsait toplamaq planları haqda bəyanatı olub.

Ərəbyanın məqaləsi fitnəkar “Qərbi Ermənistan və təkcə bu deyil: Erməni-Kürd SSR-nin gələcəyi varmı?” adını daşıyır və daha maraqlı yarımbaşlıq verilib – “Erməni xalqının və erməni dövlətlərinin işıqlı gələcəyini necə təmin etməli?”. Materialda deyilir ki, dünya və Ermənistanın yerləşdiyi bölgə “nəticəsi sərhədlərin və milli birliklərin irihəcmli yenidən bölüşdürülməsi ola biləcək böyük böhrana yuvarlanır”. Əlbəttə, təhlükə var ki, qonşular Ermənistana hücum edər, amma onun eynən müəyyən “imkanları” var ki, İrəvandakı elitalar diqqətini bu problemə toplasa, öz məqsədlərinə yetsin və ən geniş mənada erməniləri qorusun.

Ərəbyan eyham vurur ki, xəritələri belə əhatəli yenidən çızmaq nəticəsində əvvəllər Rusiya imperiyası və SSRİ-yə daxil olmuş ərazilərin böyük bölümünü əhatə edəcək “İttifaqın yeni dövlətləri” meydana çıxa bilər. Sərhədlərin dəyişilməsi çağdaş Şərqi Türkiyədə (çar II Nikolayın I dünya savaşında nail olduğu və 1945-ci ildən sonra amerikalılar qarşısını alana qədər İosif Stalinin can atdığı bənzər nəsə) yeni bir erməni-kürd qurumunun yaradılmasına səbəb ola bilərdi.

Erməni şərhçisinin yazdığı kimi, belə bölgəsəl dəyişikliklər artıq ən yaxın gələcəkdə baş verərsə, İrəvan ermənilərin üstün olaca]ı “Erməni-Kürd SSR variantı”nın reanimasiyasına hazır olmalıdır. Yeri gəlmişkən, güman edilmir ki, Moskva bu nəzəri qurumda ermənilərə liderlik hüququ verər. Amma İrəvan əlləşsə, niyyətinə nail ola bilər. Ermənilər və kürdlər arasındakı bağın öz tarixi kökləri var: hər iki xalq İran xalqları qrupundan qaynaqlanıb. Erməni dili Hind-İran dil qrupunda özəl budağa ayrılır, halbuki? kürd dili qədim İran dilinin birbaşa varisidir. İki xalq Qafqazdan Şərqi Türkiyə və İrana qədər yayılan bir ərazidə yaşayır.

Sözügedən müəllif təəssüflə davam edir ki, Ermənistan hökumətinin bu qədər əhatəli düşünəcəyindən az şey xəbər verir. Amma yenə də arzulanan nəticə üçün özül qurmaqdan ötrü atılması mümkün və zəruri kiçik addımcıqlar, o cümlədən yenidən Qərbi Ermənistan ola biləsi çağdaş Şərqi Türkiyədə yaşayan kürdlər, assuriyalılar və başqa xalqlarla dialoqu fəallaşdırmaq  mümkündür. İrəvan bu xalqlar içində Ermənistanın orada geri qaytarılması mümkünsüz keçmişin hansısa əks-sədası deyil, çağdaş bölgənin bir bölümü olduğu haqda ideyanı fəal təbliğ etməlidir. Əlbəttə, Ərəbyanın ideyaları olduqca əcaibdir və bununla belə, daha məhdud addımlar haqda hələlik İrəvanda deyil, Moskavada bəzi ermənilər düşünə bilər. Xırda addımlar hökmən problemlə nəticələnməyəcək, amma bax, böyük oyun durumu partlada bilər.

Los-Ancelesdəki erməni diasporu daha konkret və əməli, amma eyni zamanda siyasi baxımdan təhlükəli planlar qurur. İyunun 2-də Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər üçün vəsait toplamağı nəzərdə tutan telemarafon start götürür. Təşkilatçıların iddia etdikləri kimi, bu, “Diasporanın birləşməsi üçün platforma” qurulduqdan sonra mümkün olub. Bu layihənin liderlərindən biri Qaregin Nalbandyan bildirib ki, vəsait toplanışı “Gürcüstana qarşı” yönəlməyib. Əksinə, məqsəd erməni-gürcü münasibətlərini möhkəmlətməkdir. Lakin Cavaxetiyanın daha bir xarici maliyyə qaynağı meydana çıxarsa, Tiflislə münasibətləri pisləşə bilər. Gürcülər bunda açıqca Nalbandyanın dediyi xoş niyyəti görmür. Ermənilər bu bölgənin böyük hissəsində yaşayır. Cavaxetiyanın cənub bölümü Ermənistan Respublikası ilə həmsərhəddir. Orada etnik ermənilər çoxluq təşkil edir və ermənicə danışırlar, gürcülər, ruslar və Qafqazın başqa xalqları azlıqdadır. Cavaxetiyada durum arabir kəskinləşir. “Cavaxk” birləşmiş etnik erməni demokratik birliyi Gürcüstan çərçivəsində ərazi muxtariyyəti tələb edir. Ermənistan Respublikasının və erməni diasporasının ən görkəmlisi Erməni İnqilabi Federasiyası olan bəzi siyasi birlikləri iddia edirlər ki, Cavaxk (Cavaxetiyanın ermənicə adı) bölgəsi Ermənistana keçməlidir”. Bütün bunlar Ermənistanın bir daha bölgədə təhlükəli oyunlar oynadığını aydın surətdə nümayiş etdirir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ