Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycana qarşı siyasiləşdirilmiş futbol kampaniyasında daha bir yalan - ingilislərin bilet qaytarma xəbərində məntiqsizlik...

Image


Azərbaycanı növbəti sınağa çəkmək istəyirlər. Ancaq ölkəmizdə bu cür təxribatçı niyyətlərə qarşı sərt immunitet formalaşdığı üçün, bizi indi də müxtəlif mövzularda şantaj edirlər. Əslində, bu təxribatların hardan və niyə qaynaqlandığını biz hamıdan gözəl bilirik. Çünki ilk dəfə deyil ki, bununla üzləşirik. Bəllidir ki, bizi gözü götürməyən qüvvələr Azərbaycan kimi gənc ölkənin başı dik olaraq, ən mötəbər tədbirlərə evsahibliyi etmək iddialarını həzm edə bilmirlər.

Hər zaman görmüşük ki, mühüm tədbirlər öncəsi bizi qaralamağa çalışırlar. Ölkəmizə müxtəlif istiqamətlərdən hücumlar vüsət alır. Hətta siyasətlə bağlı olmayan idman yarışlarını belə siyasiləşdirməyə çalışırlar. Bütün tədbirlər öncəsi eyni sözü deyiblər. Guya buradakı təhlükəsizlik mühiti standarta cavab vermir, infrastruktur və şərait pisdir, ölkədə insan haqlarının vəziyyəti qənaətbəxş deyil. Dəfələrlə gəlib görüblər ki, tədbirlər ən yüksək təhlükəsizlik şəraitində baş tutur. Heç bir iradları da olmayıb. Hətta ölkəmizin təşkilatçılığını uzun müddət digər ölkələr üçün örnək olaraq göstəriblər.

Bənzər ssenari yenə işə salınıb. Budəfəki mövzu ölkəmizin evsahibliyi edəcəyi Avropa Liqasının final matçı ilə bağlıdır. İlk “atəşi” Britaniyanın XİN-i açdı. Ondan sonra təxmin edilirdi ki, kampaniya ardıcıllıqla aparılacaq. Britaniya XİN bəyanat verərək Azərbaycanın bu yarışa evsahibliyi etmək iqtidarında olmadığı rəyini yaratmağa yönəlik bəzi əsassız faktları təqdim etdi. Həmin iddialara ölkəmizdən əsaslı cavab verildiyi üçün, Krallığın ölkəmizdəki səfirliyi öz nazirliklərinin yanlışını düzəldən bir açıqlama ilə çıxış etdi. Ardınca təxribatçı estafet idmana və idmançılara verildi. “Arsenal” klubunun heç də məhsuldar olmayan erməni əsilli, Mxitaryan adlı futbolçusunun milli kimliyi qabardılmağa başladı. Erməni idmançı guya bura gəldiyindən ehtiyat etdiyini deyərək, təxribatçı şouda əsas rolu almış oldu. Maraqlıdır ki, ermənilər bu təxribatlarına İngiltərənin nüfuzlu futbol klubunu da şərik edə bildilər. “Arsenal” rəhbərliyi də Mxitaryanın təhlükəsizliyindən narahat olduğunu əsas gətirib, onu Bakıya gətirməyəcəklərini bəyan etdi. Bununla da guya Bakıya ermənifob bir şəhər olmaq kimi damğanı yapışdırmaq istədilər. Amma həmin əsassız iddiaların da cavabı verildi. Çoxlu misal göstərildi ki, Azərbaycanda indiyə qədər keçirilən sonsuz sayda idman və digər tədbirlərdə ermənilər iştirak edib, hətta qalib olanları da olub. Onların təhlükəsizliyi ilə bağlı hər hansı bir problem yaşanmayıb. Bundan əlavə, Azərbaycanın bir neçə rəsmi qurumu finalın və xüsusilə də “Arsenal” futbolçusunun təhlükəsizliyinə tam təminat verdiyini bəyan etsə də, bu, klubu qane etmədi. Deməli, bütün deyilənlər bəhanədən başqa nəsə deyilmiş. Sonra prosesə Azərbaycanla bağlı daim qərəzli mövqe sərgiləyən beynəlxalq hüquq-müdafiə təşkilatları qoşuldular. Bunun da lazımi effekt vermədiyini görənlər indi də birbaşa final oyunda iştirak edən şəxslərə qarşı təxribatçı xəbərlər dövriyyəyə buraxmağa başladılar. Britaniyanın "The Times" nəşri yazıb ki, guya Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçıları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırırlar. Həmin iddialarda qeyd edilir ki, "Arsenal" və "Çelsi", ümumilikdə, 6000-dən çox bilet qaytaracaq, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər. Qeyd edək ki, UEFA, ümumilikdə, klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir. Bu istiqamətdə yayılan təxribatçı məlumatlarda qeyd edilir ki, qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib. Əslində, irəli sürülən bu iddiaların əsassız olduğunu ciddi dəlillərlə sübut etmək mümkündür. Bəllidir ki, bu cür mötəbər tədbirlər ölkənin öz istəyi ilə onun ərazisində keçirilmir.  Final oyunu da o qəbildəndir.

Finalın Bakıda keçirilməsi UEFA-nın qərarı olub. O da məlumdur ki, belə qərarın verilməsi spontan olmur. Bütün parametrlər araşdırılandan sonra belə qərara imza atılır. Yəni Azərbaycan lazım olan şərtlərə cavab verməsəydi, heç finalın burada keçirilməsinə əvvəlcədən imkan verilməzdi. Azərbaycan belə müraciəti etsə də, daha sərfəli təkliflər irəli sürdüyünə, digər namizədlərlə bağlı daha əlverişli şərait yaratdığına görə bu oyuna evsahibliyi etmək hüququnu qazanıb. Ən maraqlısı isə budur ki, iddialarda final iştirakçısının məhz ingilis klublarının olması ilə bağlı bəzi yersiz fikirlər də səslənir. Guya bu amil təşkilatı işlərdə bir qədər problemə səbəb olur. Bu da əsassızdır. Çünki Azərbaycan belə bir iddianı hələ 2017-ci ildə ortaya qoyub. Onda  kim ehtimal edə bilərdi ki, finala məhz 2 ingilis komandası çıxacaq? Məntiqlə, finala Azərbaycana daha yaxın ölkələrin klubları da çıxa bilərdi. Aydındır ki, bu cür idman yarışlarının təşkil edildiyi ölkələrə azarkeşlərin kütləvi axını baş verir. Bu da onların hadisə yerinə çatmasını adi qaydalardakından bir balaca da olsa çətin edir. Bunu böyük idman oyunlarına evsahibliyi edən ölkələrin hər biri yaşayıb. Ancaq Azərbaycanın ən müasir infrastrukturu və nəqliyyat potensialı bu axını qarşılamaq gücündədir. Bundan qəti narahat olmağa dəyməz. Yazının əvvəlində də vurğuladıq ki, artıq bizdə bu cür bəhanələr, təxribatlara qarşı möhkəm immunitet  yaranıb. Onlarla mübarizə edib sonda qalib gəlmək kimi təcrübəni mənimsəmişik. Misal kimi “Avroviziya”nı, Avropa və İslam Həmrəyliyi oyunlarını göstərə bilərik. Bu baxımdan da bütün iddialara, kimlərinsə narazılıq və narahatlıq yaratmaq, müxtəlif bəhanələrlə bu oyunun keçirilmısinə əngəl olmaq cəhdlərinə baxmayaraq, dünyanın diqqət mərkəzində olan futbol bayramı ən yüksək səviyyədə baş tutacaq və milyonlarla futbol azarkeşi bundan zövq alacaq. Buna kiminsə qəti şübhəsi olmasın. Bununla Azərbaycan öz arxivinə daha bir mühüm idman tədbirini yüksək səviyyədə təşkil etməyi bacaran qızıl xalı yazdırmış olacaq...

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ