Bazar günü günü, 08 noyabr 2026
     

KİVDF-nin Əmək və ... Nazirliyi ilə birgə müsabiqəsinə məqalə yazan qalib jurnalist min manat mükafat aldı - FOTO

Image


Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi “Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin rəhbər vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi əhalinin rifahının yaxşılaşdırılması istiqamətində yeni inqilabi addımların atıldığını vurğulayıb. Nazir bildirib ki, cari ilin ötən dövründə minimum əməkhaqqının orta hesabla 40 faiz artırılması 600 min, pensiyanın minimum məbləğinin  orta hesabla 40 faiz artırılması 233 min, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması 600 minədək vətəndaşı əhatə edib. Həmçinin 500 mindən çox məcburi köçkünün müavinəti 50 faiz artırılıb, 110 minədək tələbənin təqaüdlərində əhəmiyyətli artımlar edilib. Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı isə 800 mindən çox vətəndaşın problemli kreditlərinin həllinə, bununla onların sosial vəziyyətinin yaxşılaşmasına imkan verib. Bu və digər sosial əhəmiyyətə malik tədbirlər ümumilikdə 3 milyon insanın rifahına mühüm dəstək olub: "Prezident cənab İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimindəki çıxışı zamanı bu istiqamətdə aparılan işlərin davamlı xarakter daşıdığını, minimum əməkhaqqının, minimum pensiyanın artırılmasının gündəlikdə olduğunu bir daha vurğulayıb".

Nazir, həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə idarəçilik və əhaliyə xidmətlərin innovativ həllərin tətbiqi üzərində qurulması istiqamətində köklü islahatların aparıldığını qeyd edib. O, pensiya təyinatından başlayaraq dövlət sosial xidmətlərinin proaktiv formada təşkili işlərinə başlandığını, bu işlərin məcrasının genişləndiyini, yaradılan DOST Agentliyinin və ilk DOST mərkəzinin ölkəmizin sosial sahədə yeni bir uğurlu təcrübəsi olduğunu, Bakı və ölkəmizin bölgələri üzrə 31 DOST mərkəzinin qurulmasının nəzərdə tutulduğunu deyib.

Sahil Babayev onu da bildirib ki, Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün əlavə olaraq 20 milyon manat vəsaitin ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox - 626 mənzilin təqdim edilməsinə səbəb olub. Nazir cari ildə bu kateqoriyadan olan 800-dək vətəndaşın dövlət hesabına mənzillə təmin olunacağını  diqqətə çatdırıb.

Qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində tədbirlərdən söz açan Sahil Babayev məqsədyönlü stimullaşdırıcı addımlar nəticəsində cari ilin ötən dövründə əmək müqaviləsi ilə işləyənlərin sayının 91 min nəfərə yaxın artdığını deyib.

Çıxışını davam etdirən Sahil Babayev bildirib ki, bu gün nəticələri açıqlanan müsabiqə ölkədə sosial inkişaf sahəsində əldə olunan bu irəliləyişlərin, islahatların uğurlu nəticələri barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasına xidmət edib. Ümumilikdə müvafiq fəaliyyət sahələrində aparılan islahatlar, görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında media ilə fəal əməkdaşlıq qurulub.

Aidiyyəti mövzularda ictimai məlumatlandırmanın genişləndirilməsi, jurnalist peşəkarlığının artırılması, maraq və əməyinin stimullaşdırılması üçün Fondla əməkdaşlıq şəraitində fərdi jurnalist yazıları müsabiqələrinin təşkili də diqqətdə saxlanılır: "Müsbət haldır ki, KİV nümayəndələri bu müsabiqələrdə fəal iştirak edirlər. Qarşıdakı dövrdə də  Fondla birgə belə müsabiqələrin keçirilməsi davam etdiriləcək".

Fondun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq, qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sayca üçüncü fərdi jurnalist yazıları müsabiqəsinin təşkilini nazirliyin fəal və məhsuldar fəaliyyəti, habelə mediaya açıq qurum olması ilə əlaqələndirib. V.Səfərli xüsusi vurğulayıb ki, nazirlik son aylarda fəaliyyətini tamamilə yeni, çevik və şəffaf mexanizmlər üzərində quraraq, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların, bu sahədə imzalanmış fərman və sərəncamların icrasında yaxından iştirak edir.

V.Səfərli qeyd edib ki, nazirliyin həyata keçirdiyi islahatların ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında medianın rolu və xidmətləri müstəsnadır. İcraçı direktor bu baxımdan keçirilən birgə müsabiqələrin əhəmiyyətini xüsusi vurğulayıb. V.Səfərli 2019-cu il aprelin 3-dən mayın 1-dək davam edən fərdi jurnalist yazıları müsabiqəsinə 20 KİV-dən 31 yazının təqdim olunduğunu, yazıların Fondun və nazirliyin ekspertləri tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor müsabiqənin yekunlarına əsasən 6 nəfərin əsas, 5 nəfərin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev nazirliklə media arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən belə intensiv görüşlərin və birgə yazı müsabiqələrinin əhəmiyyətindən söz açıb.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub.

Tədbiri yekunlaşdıran nazir Sahil Babayev media ilə əlaqələrin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək,belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, birinci yeri tutan jurnalist 1000 manat mükafat alıb.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ