18/06/2019 13:39
728 x 90

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Respublika Günü təbrikində “uğurlarınız Türkiyə üçün də qürur mənbəyidir” yazdı

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir ki, dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir.

“Bir millət, iki dövlət” şüarı ilə genişlənən strateji münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm. Qarşıdakı dövrdə də sıx əməkdaşlığımızın regionumuzda və regionumuzdan kənarda sülh, rifah və sabitliyə mühüm töhfə verəcəyinə səmimi qəlbdən inanıram.

Əlavə edək ki, Prezidentə təbriklər davam etməkdədir. Belə ki, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudes və Belçikalıların Kralı Filip də Prezident İlham Əliyevə 28 May Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Son xəbərlər