Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclası Bakıda keçiriləcək. Bu barədə baki-xeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfovla Gürcüstan Xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyilə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası bu ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.