Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanda rus əsgərinin İŞİD-çi tərəfindən öldürülməsi - Ermənistan İŞİD-in Qafqaza gəlişini tətikləyir…

Image


Hələ də tam şəkildə məğlub edilməyən İŞİD terrorçu qruplaşmasının bu dəfə MDB məkanı üçün yaratdığı təhdidlərin miqyası genişlənməkdədir. Digər tərəfdən, hadisələrin inkişaf axarı göstərir ki, sözügedən qruplaşmanın maraq dairəsində yer alan məqamlardan biri Cənubi Qafqaza gəlmək və burada mövqelərini möhkəmləndirməkdir. Bunun üçün İŞİD terroru dövlət siyasəti halına gətirmiş Ermənistandan yararlanmağı düşünür.

Bu barədə danışmazdan öncə qeyd edək ki, İŞİD-in MDB məkanına marağının artması artıq rəsmi səviyyələrdə də etiraf edilir. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov bu xüsusda vurğulayır ki, İŞİD ekstremist qruplaşmasının üzvləri Əfqanıstanın şimalına, Orta Asiyadakı keçmiş sovet respublikaları ilə sərhədə yığışır. ABŞ ordusu hazırda Əfqanıstanda 2 minədək İŞİD döyüşçüsünün olduğunu bildirir. Bortnikov isə bu sayın daha çox olduğunu deyərək, 5 minədək İŞİD döyüşçüsünün Əfqanıstanın şimal vilayətlərinə yerləşdirilməsindən narahatlığını bildirib. Federal Təhlükəsizlik Xidmətinin direktoru hazırda qruplaşmaya qarşı mübarizə aparıldığını da diqqətə çatdırıb: “Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarla əməkdaşlıq nəticəsində İŞİD və digər beynəlxalq terror təşkilatlarının 8 yuvası aşkar və məhv edilib”. Onun sözlərinə görə, MDB xüsusi xidmət orqanları arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biri də əməliyyat məlumatlarının daimi mübadiləsidir. Əldə edilən məlumatlar beynəlxalq terrorla mübarizə məlumat bankına, MDB Antiterror Mərkəzinin xüsusi məlumat bankına və kollektiv istifadə üçün digər informasiya sistemlərinə əlavə olunur. Aparılan mübarizəyə rəğmən isə İŞİD-in MDB məkanına marağı artır və bura Qafqaz da daxildir.

Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar isə İrəvanın İŞİD-ə artan rəğbətinin həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu göstərir. Məsələ burasındadır ki, Paşinyan İŞİD-i regiona gətirməklə Qarabağ münaqişəsinin yenidən alovlanmasının qarşısını ala biləcəyini düşünür. O bu fonda iddia edir ki, Dağlıq Qarabağda eskalasiya İraq və Suriyadan qaçan islamçı döyüşçüləri məhz Qafqaza gətirə bilər: “Siz İran ətrafında hansı gərgin situasiyanın yarandığını görürsünüz. Bu gərginlik artmaqda davam edir. Suriyada böyük sayda islamçı radikal qruplaşma var. Onlar anlayırlar ki, artıq İraq və Suriyada onlara yer yoxdur. Bizim məlumatımıza görə, onlar bu gün özləri üçün yeni yer axtarırlar. Əgər bizim regionda hansısa yeni eskalasiya olsa, onlara bu, regionda peyda olmaq üçün yaxşı bəhanə olacaq. Onlar üçün bu çox rahat nöqtədir. Buradan onlar öz fəaliyyətlərini İran, Rusiya, bütün Qafqaz və Mərkəzi Asiyaya yönəldə bilərlər”. Hesab edilir ki, belə mövqe nümayiş etdirməklə erməni nazir İŞİD-in ölkəsinə gəlməsinə haqq qazandırmağa çalışır.

Xatırladaq ki, bir müddət əvvəl bu xüsusda Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmə Müqavimət Baş İdarəsinin rəisi Oleq İlyinıx da maraqlı açıqlamalar vermişdi: “Suriya və İraqdakı məğlubiyyətindən sonra İŞİD öz maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistan ərazilərinə yönləndirir”. Onun sözlərinə görə, İŞİD terrorçuları bütün dünyada terror fəaliyyətləri həyata keçirə biləcək ümumdünya terror şəbəkəsinin, “yatan” dairələrin yaradılması üzrə planlar  hazırlayırlar. İndilikdə Əfqanıstanın MDB və Mərkəzi Asiya ölkələri ilə həmsərhəd olan şimal əyalətində taliblərin və İŞİD silahlılarının mövqelərinin möhkəmləndiyini vurğulayan İlyinıx isə aşağıdakı məqamları da diqqətə çatdırıb: “Suriya, İraq və Əfqanıstanda İŞİD-in tərəfində minlərlə MDB vətəndaşı döyüşdüyü, onların öz ölkələrinə qayıtmaq istəməsi labüd olduğu üçün bu proseslər xüsusi təhlükə kəsb edir. Belə halları nəzərə alaraq, biz diqqəti tərəfdaşlarla qarşılıqlı fəaliyyət üzərində cəmləyirik”. Beləliklə, Moskva İŞİD-in Əfqanıstana toplaşmasından çox narahatdır. Oradan terrorçuların Mərkəzi Asiya dövlətlərinə və Rusiyaya sızması ehtimalı qaçılmazdır. Təbii ki, terror qruplarının hədəflərindən biri də Cənubi Qafqazdır. Öz növbəsində, Cənubi Qafqazda İŞİD terrorunun başlamasına yardım edən tərəf qismində isə İrəvanın çıxış edəcəyi şübhə doğurmur. Bu fonda Ermənistanda İŞİD tərəfdarlarının peyda olması da heç kimə sirr deyil.  Məsələn, elə Gümrüdəki 102-ci hərbi bazanın bir rus əsgərinin İŞİD tərəfdarı Arman Cancuğazyan tərəfindən bıçaqlanaraq öldürülməsi halı bunun real təsdiqidir. Digər tərəfdən, Rusiya Suriyada İŞİD-in məhv edilməsindən sonra terrorçuların Rusiyadan intiqam almağa çalışacaqlarını yaxşı bilir. Bu baxımdan rus hərbçiləri Ermənistanda İŞİD terrorçuları üçün olduqca asan hədəf ola bilər. İŞİD-ə sadiq qalan ermənilərin mövcudluğu terrorçuların müəyyənləşdirilməsi və məhv edilməsini daha da çətinləşdirir. Məhz bu səbəbdən hesab edilir ki,İŞİD-in Qafqaza gəlməsinə qarşı olan Rusiya artıq erməni terrorunu da diqqətə almalıdır.

Məsələ ondan ibarətdir ki, terrorla mübarizə avtomatik olaraq Cənubi Qafqazda erməni terroru problemini yeni səviyyədə gündəmə gətirir. İndiyə qədər Moskva beynəlxalq terrorla mübarizədə öz sərhədləri yaxınlığında illərdir tüğyan edən erməni terroru ilə əlaqəli heç nə deməyib. Bu isə bütövlükdə beynəlxalq terrora qarşı mübarizənin yarımçıq olması anlamına gəlir. Belə çıxır ki, təşkilata daxil olan ölkələrin hər biri etməni terroruna qarşı mübarizə ilə bağlı mövqeyini dəqiqləşdirməlidir. Erməni terroru ilə mübarizə qəbul edilməyəcəksə, İŞİD-lə savaş da formal xarakter daşıyacaq. Özü də nəzərə alınmalıdır ki, Ermənistan İŞİD və digər tererorçularla getdikcə daha sıx işbirliyinə gedir. Bu fonda müxtəlif terrorçu qrupların təkibinə qoşulan ermənilərin sayında da ciddi artım qeydə alınır. Həmin terrorçuların çox vaxt ya Ermənistanda, ya da işğal edilmiş Azərbaycan ərazilərində məskunlaşması barədə də məlumatlar mövcuddur. Artıq əldə edilən məlumata görə, Suriyada PKK terror təşkilatının tərkibində ermənilərdən ibarət yeni terror qrupu yaradılıb. Qrupun tərkibinə Ermənistandan Suriyaya gedən daşnak-ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qruplar qoşulub. PKK-nın tərkibində qurulan bu erməni qruplaşma terror təşkilatının Suriya qolu olan YPG-yə tabedir. Həmin tererorçular isə vaxtaşırı Ermənistanda peyda olurlar. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Ermənistan Suryiada sıxışdırılmış İŞİD üçün də maraq obyektidir. Xatırladaq ki, İŞİD-ə qədər ASALA, PKK və digərləri Ermənistanda özünə yer edə bilib. İndi İŞİD də Ermənistana üz tutmaq niyyətindədir. Bu isə təkcə Azərbaycana yox, Türkiyəyə, hətta Yaxın Şərqdə öz planları olan Rusiyaya da müəyyən təhdidlər yaradır. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ